“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


03.02.2022  17:32 

Dövlət qurumları necə xidmət göstərirlər?





A+  A-

Qiymətləndirmənin nəticəsinə görə üç nazirlik və bir icra hakimiyyəti sıfır bal toplayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə ötən ilin Hesabatını dərc edib.

Agentlik bununla bağlı ötən ilin sonunda 2020-2021-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat keçirimişdi.

Ötən il Dövlət Agentliyi 24 mərkəzi icra orqanının 227 xidməti, 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və 4 kommunal qurumun 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidməti qiymətləndirilib.

Nəticələr yenə də ürəkaçan deyil.

Cari ildə də yalnız bir dövlət qurumu ən yüksək nəticəni, 5 ulduzu qazana bilib.

“ASAN xidmət indeksi” üzrə dörd ildir ki, ardıcıl olaraq dövlət qurumları arasında ən yüksək nəticəni (92.8%) Dövlət Miqrasiya Xidməti göstərib.

Cəmi 3 dövlət qurumu isə qiymətləndirmənin yekununa görə 4 ulduz toplayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 79.65% nəticə ilə 4 ulduz qazanmaqla ikinci yerdə qərarlaşıb. Maraqlı məqam ondan ibarətdir ki, bu Nazirlik 2019-cu ildə aparılmış qiymətləndirmədəki 20-ci yerdən cəmi iki il ərzində 2-ci yerə yüksələ bilib.

Düşündürücü məqam odur ki monitorinq olunan qurumların yarıdan çoxu cəmi 1 ulduz toplaya bilib.
Üç nazirlik isə, Maliyyə Nazirliyi 0.00 % , Mədəniyyət Nazirliyi 0.00 % , Xarici İşlər Nazirliyi 0.00% ən aşağı nəticə , “0” bal toplayıblar.
Yəni, buradan belə anlaşılır ki, bu qurumlarda xidmət səviyyəsi ən elementar normalara cavab vermir.

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək, 4 ulduzlu nəticə Binəqədi Rayon İcra Hakimiyyətinə (60.04 %), ən aşağı nəticə isə Nəsimi Rayon İcra Hakimiyyətinə( 0.00%) məxsusdur.

Kommunal xidmətlər sırasında qiymətləndirmədə isə ən yüksək nəticə, 5 ulduzla "Azərişıq"-a (83.61 %) aiddir.
Düşünürəm ki bu nəticə Azərişıq üçün böyük uğurdu. Ötən il bu qurum 3 ulduzla 45% lik nəticə göstərmişdi.

Bu sektorda ən aşağı nəticəni Azəriqaz(22.10 %) əldə edib.

VXSİ Dövlət Agentliyi qiymətləndirməni “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Prezidentin 11 sentyabr 2014-cü il tarixli fəranı əsasında 5 ildir ki elektron formada həyata keçirir.



"ASAN xidmət indeksi” əsasında qiymətləndirmə 5 ulduz sistemi üzrə 143 altmeyar olmaqla xidmətin cari vəziyyətinin yoxlanılmasını nəzərdə tutur.

Meyarlar internet, telefon və KİV vasitəsi ilə xidmət haqqında məlumat alma imkanı, şikayət etmə vasitələri barədə məlumatlandırma, elektronlaşma vəziyyəti, xidmət haqqının ödənilməsi, xidmətin müddəti və nəticəsi, inteqrasiya, dayanıqlılıq və təhlükəsizlik və istiqamətləri əhatə edir.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Osman Gündüz

Xəbər 1230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +