Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


31.01.2022  12:45 

Fevralın ilk gününün hava şəraiti açıqlanıb





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.

Xəbər 1042 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +