Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


25.01.2022  20:34 

“Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin səbəbləri





A+  A-

Ukrayna Rusiya münasibətlərində yaranan gərginlik son bir ayda dünya mediasının baş xəbərinə çevrilib. Müharibə təhlükəsi dünya liderlərini narahat etməyə başlayıb. Buna səbəb isə Rusiyanın Ukrayna ilə sərhədə genişmiqyaslı hərbi kontingentini və texnikasını yığmasıdır.

Bu proses bir ilə yaxındır davam etsə də, proseslərin kulminasiya nöqtəsinə çatdığını düşünmək olar. Proseslər o məcraya gəlib ki, artıq Rusiya və ABŞ rəsmiləri ultimatum tonunda bəyanatlar verməkdən belə çəkinmirlər. Son bir ayda ABŞ, Kanada kimi ölkələrlə yanaşı, Britaniyadan da hərbi yardımların ardı-arası kəsilmir.

Bu gün hamını bir sual düşündürür, doğurdanmı müharibə olacaq? Qərbin iddia etdiyi kimi, Rusiya Ukraynanın böyük bir hissəsində hərbi kontingentini yerləşdirəcək? AZƏRTAC-ın xüsusi müxbiri bu suala cavab tapmağa çalışıb.

Ukraynada hərbi və siyasi ekspertlərin əksəriyyəti genişmiqyaslı müharibənin olacağını düşünmür. Düzdür, Donbasda, Luqanskda lokal hərbi toqquşmaların baş verəcəyini proqnozlaşdıranlar var. Onların fikrincə, Rusiya Krımın iqtisadi və siyasi təhlükəsizliyini daha da möhkəmləndirmək üçün həmin istiqamətdə hər hansı hərbi müdaxilə edə bilər. Ancaq genişmiqyaslı müharibədə nə Rusiya udar, nə də Qərb. Rusiya rəsmiləri Ukraynaya hər hansı hərbi müdaxilənin olacağı barədə yayılan məlumatları dəfələrlə təkzib ediblər. Amma Rusiyanın müəyyən etdiyi “qırmızı xətti” var, bu da Ukraynanın NATO-ya üzv qəbul olunmasıdır. Sözsüz ki, Rusiya öz sərhədi yaxınlığında NATO hərbi qüvvələrinin yerləşdirilməsi ilə heç cür barışa bilməz. Rəsmi Moskvanın hərbi güc nümayiş etdirməsinin arxasında həm də NATO-nun Ukraynadan imtinası dayanır və bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə səsləndirib.

Ukraynanın müdafiə naziri Oleksey Reznikov bəyan edib ki, hərbi nöqteyi-nəzərdən baxılsa, Rusiyanın günü-sabah Ukraynaya hücum edəcəyi inandırıcı deyil, ancaq gərginlik mövcuddur. Nazirin açıqlamasına əsasən, bu gün Rusiya silahlı qüvvələri Ukraynanı işğal edə biləcək zərbə qrupu yaratmayıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov da Rusiyanın Ukraynaya müdaxiləsini fiziki cəhətdən mümkünsüz adlandırıb. Onun sözlərinə görə, Rusiyanın tammiqyaslı hücumu üçün heç bir əsas yoxdur. Ukrayna Prezidenti Volodimir Zelenski isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra deyib ki, hər şey nəzarət altındadır və panikaya əsas yoxdur.

Açıqlamalardan göründüyü kimi, rəsmi Kiyev də genişmiqyaslı müharibənin olacağını düşünmür. Düzdür, Ukraynanın xarici siyasətində NATO-ya üzv olmaq prioritet məsələdir. Ancaq bu, real görünmür, çünki NATO-nun nizamnaməsində münaqişə ocağı olan ölkələrin üzvlük məsələsi mümkünsüzdür.

Bəs yaranan gərginliyə səbəb nədir? Ukraynalı ekspertlər hesab edirlər ki, Rusiyanın məqsədi Ukrayna rəhbərliyini, cəmiyyətini və onun Qərb müttəfiqlərini Donbasdakı təcavüzə qarşı silahlı müqavimətdən əl çəkməyə, atışmalara son qoymağa və bununla da Donbas və Krımı tanımağa məcbur etməkdir.

Yaranmış gərginlikdən Ukraynanın udacağı bir məsələ oldu, bu da ölkənin silahlanmasıdır. Ukrayna müdafiə naziri Oleksey Reznikov bildirib ki, ABŞ və Böyük Britaniya Ukraynaya əvvəllər “ancaq xəyal edə biləcəyimiz silahlar” verib.

Müasir müharibə əsəblərin müharibəsidir. Bəli, bölgədə əsəb və gərginlik var, ancaq genişmiqyaslı müharibə ehtimalı yoxdur.

Emil Hüseynli

Xəbər 1142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +