Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


20.01.2022  20:19 

11 yaşlı qızını Adnan Oktarla evləndirmək istəyib





A+  A-

Türkiyədə “Harun Yəhya” ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə ittiham olunan Adnan Oktarla bağlı yeni iddia irəli sürülüb.

Türkiyəli jurnalistlərdən biri səs yazısı ələ keçirib. Həmin qeyddə Türkiyədə yaşayan valideynlərdən birinin 11 yaşlı qızını Adnanla evlənməyə məcbur etməsini əks etdirən səs yazıları yer alıb. Uşağın anası qızına Adnan Oktara ərə gedəcəyi təqdirdə lüks və dəbdəbəli həyat tərzi yaşayacağını deyib:

"Hocamız çox yaraşıqlı və varlıdır, nə olsun ki, yaşlıdır, amma o, kraldır. Ona ərə getsən, "Porsche", "Ferrari" sürəcəksən. Boğazda evin olacaq. İndi yaşın azdır. Böyüyəndə məni daha yaxşı başa düşəcəksən. Kaş mənim evimdə xadimə çalışardı: yeməyimi bişirərdi, paltarlarımı yuyardı".

Sözügedən qızın 4 yaşı olanda İran əsilli atası anası ilə boşanıb. Bundan sonra ana İsveçrəyə köçüb. O, orada yenidən evlənib.

Xatırladaq ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunub. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilib. Ona 1075 il həbs cəzası verilib.

Adnana cinayət törətmək məqsədilə təşkilat qurması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı./BAKU.WS

Xəbər 3112 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +