“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


20.01.2022  11:40 

Bəli, Qazaxıstan faciəsindən “dərs almaq” lazımdır





A+  A-

1990-cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır. Hər qəzetin də öz variantı, öz yanaşması...

Sabir Rüstəmxanlı

Nəhayət, internet açılıb, əlaqələr bərpa olunub. Narahatlıq və sual dolu yazılarımız qazax dostlarımıza çatıb və onlar da bəzisi ehtiyatla, bəzisi açıq şəkildə cavablar yazır, həmin günlərdə görüb-izlədikləri haqqında fikirlərini bölüşürlər. Otuz il əvvəl Sovet ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərdən sonra bizim göz yaşı ilə dolu yazılarımız, dünyanın eşitmək istəmədiyi harayımız yada düşür. O vaxt Sovet Ordusu Bakı işğalını bir müddət gizli saxlaya bilmişdi, lakin Qazaxıstan hadisələri gizli qalmadı.

Bir qazax ziyalısının yazısında oxuyuram: “Tokayev ölkəyə ordu yeritdi və biz dünənki gündən Rusiyanın işğalı altındayıq. Tokayevin apardığı iyrənc təbliğata aldanmayın.. Yağmaçılar, vəhşilik törədib evləri yandıranlar hakimiyyətin öz adamlarıydı. Xalqın dinc mitinqini gözdən salıb boğmaq üçün.”

Başqa bir akademik dostum qazax xalqına müraciət edir ki, adını dəyişmək istəyirəksə, Nursultan şəhərinə türklərin böyük sərkərdəsi Çingiz xan adını verək...

Üstəlik, türk dünyasının və Qazaxıstanın ağsaqqalı N.Nazarbayev də bir çoxlarının sevincinə, marağına, narahatlığına son qoyub mətbuatda açıqlama ilə çıxış edib, baş verən olaylarda düşmən əli olduğunu bildirib, xalqı yekdilliyə çağrıb və Tokayevin qiyamı yatırmaq üçün atdığı addımları bəyəndiyini bəyan edib...

Görünən budur ki, Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrinin ordusunu Qazaxıstana soxmaqla qazax xalqının iradəsini qıracaqlarını, xalqın türklük sevdasını söndürəcəklərini düşünənlər yanıldılar...

Bu baxımdan da Qazaxıstandakı durum bizdə 20 Yanvardan sonrakı vəziyyətə çox bənzərdir.


Şübhəsiz, bu hadisələr haqqında əsl həqiqəti müəyyən vaxt keçəndən sonra öyrənəcəyik.

Bu arada Rusiya mətbuatında on beş gündür “Qazax qiyamının texnologiyası”na həsr edilmiş məqalələr uc-uca calanıb. Məşhur qəzetlərdən birində oxuyuruq: “Artıq məlumdur-Qazaxıstandakı proqram klassik “rəngli inqilablara” bənzəmirdi. Qazax qiyamı bir şəhərdəki dinc etirazdan ildırım sürəti ilə bütün ölkəni bürüyən xaos alovlanmasına çevrildi”. Bu qiyamı “kim və necə təşkil edib?” sualına cavab gəzən icmalçılar və siyasətçilər təxminən eyni mövqeyi bölüşürlər. Onlar hesab edirlər ki, bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da hakimiyyət orqanları sosial tələblərlə küçəyə çıxan narazı insanlarla vaxtında dil tapa bilmədi və buna görə də vəziyyətdən kimliyi bəlli olmayan dağıdıcı qüvvələr, “düşmənlər, hakimiyyət hərisləri” bacarıqla istifadə etdilər. Əhalinin bir bölgədə başlanan dinc mitinqlərinə hakimiyyətin cavabı gecikəndə, görünür, öncədən yüksək səviyyədə hazırlanmış qüvvələr təşəbbüsü ələ aldılar. Ya Qazaxıstanı parçalamaq, ya da hakimiyyətə zəbt etmək məqsədilə...

Dinc mitinqləri qanlı toqquşmalara çevirənlər arasında prezident Tokayevin də adı çəkilir, təqaüddə olan N. Nazarbayevin də, xarici qüvvələrin də...

Hətta Moskvanın “Versiya” qəzeti “inqilabı küçələrdə yox, saraylarda edirlər” hökmü ilə öz ehtimalını aksiom kimi, qəzetin üz qabığını dolduran iri hərflərlə verməkdən də çəkinməmişdir: “Qazaxıstanda Maydanın rejissoru (tərtibçisi) prezident aparatında idi.” Demək olar ki bütün təhlilçilər küçələrə axan insanların arasında qonşu ölkələrdən gəlmiş və xüsusi hazırlanmış silahlı dəstələrin olduğunu vurğulayırlar. Maraqlıdır ki, hələ bir il əvvəl Nazarbayevin nəvəsi, Aysultan (Londonda naməlum şəkildə dünyasını dəyişib) feysbukda məlumat yaymışdı ki, babasını aradan götürmək üçün Qazaxıstanda cələfilərdən ibarət 400 nəfərlik xüsusu gizli dəstə var.

Rusiya mətbuatı xüsusi bir arxayınçılıqla köhnə illə bərabər Nazarbayevin də yola salındığını vurğulayaraq, onun və ailəsinin xaricdəki əmlaklarının suyahisini dərc edərkən, Qazaxıstana gələn “rus qışı”nın “ərəb baharı”na bənzəmədiyini də unutmur; çünki bu qışın Rusiyada “qazax sindromu”na çevrilmək qorxusu var.. (Bu yaxınlarda məlumat yayılmışdı ki, dünyanın milyarder ölkə başçıları arasında V. Putin birinci yerdədir)

Bəzi Moskva şərhçiləri Rusiyanın bu hadisədən dərs çıxarmalı olduğunu da dönə-dönə vurğulayır. Dmitri Papov adlı müəllif “Qazıxstanın rus qışı” adlı məqaləsində yazır: “ Qazaxıstan inqilabından bir neçə dərs almaq olar. Qazaxıstanda da, bizdəki kimi... İşlər plana uyğun gedir: əhali kasıblaşır, oliqarxlar zənginləşir, sənaye dağılıb. Qazaxıstan hakimiyyəti Rusiyanın təcrübəsini nəzərə almamaqla ciddi səhv buraxıb. Vəhşi oliqarx kapitalizmində sabitliyi saxlamaq üçün əhalini tam dilənçiyə çevirmədən kasıblıq həddində saxlayır, həm də böyüyüb orta təbəqəyə çevrilməsinə, dirçəlməsinə, özünü arxayın hiss edib siyasi tələblər irəli sürməsinə imkan vermirlər... (Bunlar hamısı bizim də keçdiyimiz yollardır). Başqa müəlliflərin, deputatların, beynəlxalq əlaqələr üzrə mütəxəsislərin yazılarında xoruzun quyruğu daha aydın görünür; əllərinə bəhanə düşüb: Qazaxıstanda rus əhalisinin demoqrafik vəziyyəti üzrə statistikalar aşkarlanır, rusofobiyanın güclənməsi, rus dilinin dövlət dili olmaması və hətta 1986-cı ilin Kolbin hadisələri xatırlanır... Sanki bunları demək üçün susub bu günü gözləyirmişlər.

Qazaxıstanın gələcəyi ilə bağlı suallara verilən cavablarda isə belə bir arxayınçılıq var ki, bu qiyamdan sonra ölkədə Rusiyanın təsiri artacaq, Tokayev Putindən daha çox asılı olacaq; neft-qaz istehsalında İngiltərə-ABŞ- ın təsiri məhdudlaşacaq, “latınlaşma” (yəqin əlifbanı nəzərdə tuturlar) və “millətçilik” meyillərinin qarşısı alınacaq... Onu da açıq-aşkar, yazırlar ki, bu hadisələrin Rusiyaya sıçramaq qorxusu da var.

Yadımdadır, 1990 cı ildə sovet ordusunun Azəraycana yeridilməsinin bir bəhanəsi də burada guya millətçiliyin güclənməsi idi. Yəni rus, ingilis, fransız millətini sevə bilər. biz yox!

Maraqlıdır ki, ilk mitinqlərə çıxanlar neftin, qazın qiymətinin artırılmasına etiraz edir, sosial tələblər irəli sürürdülərsə, Rusiya mətbuatının maraq və istəkləri qazaxların bu tələblərini kölgədə qoyur və daha aqressivdir: rus dilinin rəsmi status alması, siyasi hakimiyyətə ruspərəst qüvvələrin gətiriləsinə yardım, rusların köçünün qarşısının alınması və hətta Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmuş ölkələrin SSRİ-dən qopmuş başqa ölkələrdə də belə hadisələrin ola biləcəyini nəzərə alması və hazır olması. Anlamaq olmur, bu təşkilat ölkələrin daxili işlərinə hansı haqla qarışa bilərlər...

Bəli, Qazaxıstan faciəsindən “dərs almaq” lazımdır.

Ən birincisi milli birliyi, vətəndaş həmrəyliyini qorumaq dərsi, ikincisi, milləti aclıqla, bahalıqla imtahana çəkməmək dərsi, üçüncüsü oliqarx vəhşiliyi və saymazlığına və ölkənin sərvətinin kənara axmasına yol verməmək dərsi, dördüncüsü, ölkədə qarşılıqlı sayqı, dialoq mühitinin qorunması, siyasi mübarizələrin yalnız Konstitutsiyaya və qanunlara uyğun şəkildə aparılması dərsi, nəhayət, Milli kimliyin təməli olan Ana dilinin qorunması, dilimizin naşıların əli ilə elmi don geyindirilərək korlanmasının qarşısını almaq və ölkədə təhsilin birmənalı olaraq dövlət dilinə keçirilməsi dərsi və s.

XəzərNews.az

Xəbər 1522 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +