200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.01.2022  10:51 

5 kiloqrama yaxın heroin aşkarlandı - Cəlilabadda





A+  A-

Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Cəfər Qurbanov saxlanılıb.

XəzərNews.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan 20 qrama yaxın heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evə keçirilən baxış zamanı həyətdəki yardımçı tikilidən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 5 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər rayon sakini – Əlövsət Məmmədov, Cavid Quliyev, Araz Mahmudov və Zülfüqar Eyvazov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə heroin aşkarlanıb.

Aparılan araşdırmalarla Z.Eyvazovun həmçinin Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən 400 manat dəyərində tikinti materialları oğurladığı da müəyyən edilib.







Xəbər 1594 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +