“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.01.2022  19:36 

Ukrayna Cənubi Qafqazın ən güclü ölkəsinin yardımına möhtacdır





A+  A-

Bu, çox mühüm səfərdir. Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər də Ukraynaya rəsmi və işgüzar səfərlər edib. Bu dəfəki səfər isə qalib ölkənin rəhbəri olaraq həyata keçirildi. 44 günlük müharibədə qələbə qazanan Azərbaycan Livan boyda, yaxud Luksemburqun dörd misli qədər ərazini geri qaytardı. Üstəlik, bu, dünyanın böyük dövlətlərinin istəyinə, planlarına uyğun yox, ona rəğmən, həmin dövlətlərin, hətta təzyiqlərinə sinə gərməklə əldə edildi.

İlk olaraq bu, ATƏT-in Misk qrupunun həmsədr dövlətləri Rusiya, Fransa, ABŞ-dır. Münaqişədə vasitəçilik missiyasına boyun olmuş bu dövlətlər otuz ilə yaxındır, əslində haqq-ədalətin bərqərar olmasına yox, mövcud status-kvonu olduğu kimi saxlamağa, yəni əslində Azərbaycanın işğal edilmiş öz torpaqlarından əlini üzməsi üçün çalışıblar.

İndi isə oxşar vəziyyət Ukrayna ilə bağlı yaranıb. Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı ABŞ və Avropa İttifaqının çox sərt sanksiyalar tətbiq edəcəkləri açıqlanıb.

Bu gün sosial iqtisadi problemlər girdabına get-gedə daha çox batan, 18 milyonadək vətəndaşı yoxsulluq həddində yaşayan Rusiya bütün bunlara baxmayaraq başqa ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qəsd etməyə davam edir.

Elə bu günlərdə Rusiya millət vəkillərinin dililə qonşu Qazaxıstana qarşı açıq-aşkar ərazi iddiaları səsləndirildi. Hətta Kreml təbliğat xadimlərindən biri Marqarita Simonyan Qazaxıstandan latın hərflərinə keçməməyi, yenidən Kiril hərflərinə qayıtmağı tələb etmək həyasızlığını belə özünə rəva gördü. Ermənistana dair isə bununla bağlı tələb ortaya qoyulmadı. Halbuki bu ölkə baş naziri Nikol Paşinyan Rusiyanın bütün şərtlərini qeyd-şərtsiz yerinə yetirdiyinə görə çox güman ki, Kiril hərflərinə keçməyi də qəbul edərdi.

Hər halda bu kimi bəyanatlar yeni SSRİ yaratmaq xülyaları ilə yaşayan bugünkü Rusiyanın siyasətinin məntiqi tərkib hissəsidir. Bu hədəfinə çatmağın vacib şərti Ukraynanı tabe etməkdir. Və artıq Rusiya-Ukrayna müharibəsinin labüd məsələ olmasına dair dünyanın bir çox politoloqları, hərbi ekspertləri açıq fikir bildirirlər. Kreml başbilənləri isə hər kəsdən tərəfin qəti şəkildə müəyyənləşdirməyi istəyirlər. Məhz belə bir şərtlər altında Azərbaycan Prezidentinin Ukraynaya səfəri xüsusi əhəmiyyət daşıyır.

Bəli, Ukrayna Cənubi Qafqazın siyasi və iqtisadi cəhətdən ən güclü ölkəsinin dəstəyinə möhtacdır. Regionda ən güclü ordusu olan, müharibədə qələbə çalıb öz torpaqlarını azad edən Azərbaycan Ukraynanın səmimi, sınanmış dostudur.

Prezident Vladimir Zelenski də Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərinə görə İlham Əliyevə çox haqlı olaraq təşəkkür etdi. Belə ki, Azərbaycan Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünə BMT, ATƏT kimi nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə dəstəyini ortaya qoyub. Rusiyadakıların narazılığna baxmayaraq, bundan sonra da belə olacaq.

Yeri gəlmişkən, Ermənistanın Ukraynadan narazı olacağını güman etmək üçün tutarlı əsaslar var. Axı prezident Vladimir Zelenski nə özü həmin ölkəyə səfər edib, nə də oranın prezidentini, yaxud baş nazirini Ukraynaya dəvət edib. Əslində Ermənistanın Krım yarımadasını ilhaq edən, Donbas bölgəsində müharibəyə başlayan Rusiyaya müxtəlif beynəlxalq platformlarda züy tutduğunu yada salsaq, belə münasibətin məntiqli olduğu göz qabağındadır.

Buna baxmayaraq, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda görülən bərpa və yenidənqurma işlərində Ukrayna şirkətlərinin də iştirak etmək niyyətində olmaları barədə prezident Zelenskinin fikirləri yəqin ki, Ermənistanda narazılıqla qarşılanıb. Ümidvaram, bu dəfə Ukraynanın İrəvandakı səfirliyinə yumurta-zad atmazlar.

Qərəz, Rusiya, yaxud Ermənistan bu barədə nə düşünürsə-düşünsün, ölkələrimiz ikitərəfli əlaqələrini bundan sonra da inkişaf etdirəcəklər. O cümlədən qarşılıqlı ticarət dövriyyəsini ikiqat artıraraq 2 milyard dollardan artıq həcmə gətirmək nəzərdə tutulur. Bu da əlçatan hədəfdir, çünki dünən Kiyev şəhərində imzalanmış sənədlərdən də göründüyü kimi, Azərbaycan Ukraynanı etibarlı tərəfdaş, sərmayə yatırmağa layiq ölkə kimi görür.

O cümlədən iki ölkə prezidentlərinin görüşündən sonra kənd təsərrüfatı nazirlikləri arasında anlaşma memorandumu Ukrayna aqrar siyasət və ərzaq təhlükəsizliyi naziri Roman Leşenko ilə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb.

Bütövlükdə Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfərinə yekun vuraraq deyə bilərik ki, bu səfər hər iki ölkənin bir-biri üçün əhəmiyyətini bir daha ortaya qoyaraq iqtisadi və siyasi əməkdaşlığı daha da gücləndirmək üçün yeni əsaslar yaradıb. Bunu istər Bakıda, istərsə də Kiyevdə razılıqla qarşılayırlar. Bunu həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynadakı azərbaycanlılar iftixar hissilə qarşılayırlar.

Hikmət Cavadov,
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru


Xəbər 1736 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +