“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


13.01.2022  18:56 

Əli Əliyevin həbsi pislənilir - Rəylər





A+  A-

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib. Bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib. Qərara əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.

XəzərNews.az xəbər verir ki, məhkəmənin bu qərarı ölkənin ziyalı kəsimi tərəfindən mənfi qarşılanıb.

Onların bəzilərini təqdim edirik:

İqtisadçı alim Qubad İbadoğlu:

- Bu gün Azərbaycanın müstəqil olmayan məhkəmələrindən birində Prezident Adminstrasiyasından gələn təlimat əsasında işləyən hakim Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev haqqında 5 aylıq həbsə dair hökm çıxarıb. Əli bəyə qarşı qaldırılan qondarma ittihamdan da əvvəlcədən bilinirdi ki, bu həbs gözləniləndir, çünki, siyasi sifariş verilmişdi, tələsirdilər. Əli bəylə bu barədə son iki həftədə BİZ TV-də iki dəfə veriliş etdik, sonuncu dəfə 2 gün əvvəl həm narahatlığımızı ifadə etdik, həm də həmrəyliyimizi bildirdik, belə qənaətə də onunla söhbət əsasında gəlmişəm....
Bu həbs bir daha Əliyev hakimiyyəti Azərbaycanda məhkəmələrin sifarişli hökmlər çıxarmasını, azad sözə və fikirə dözümsüz yanaşmasını nümayiş etdirdi...

Jurnalist Azər Həsrət:

- Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin absurd bir iddia ilə həbs edilməsini heç cür anlaya bilmirəm. Birincisi, dediyi sözlər əsassız idi, başa düşürük. Təbii ki, hər kəs məsuliyyətli olmalı, danışdığı sözə diqqət etməlidir. İkincisi də helikopter qəzasından sağ çıxan insanın bu iddia ilə bir partiya sədrini həbsə atdırmasını ona heç yaraşdırmadım. Sözdür də deyib. İndi hər sözə görə insanları məhkəməyə verməliyik? İllərdir şəxsimə atılmayan böhtan qalmayıb, onda gərək hər kəsi məhkəməyə verərdim? Ayıb oldu bu iş, ayıb. Və bu məsələdə hökm verən hakimləri də qınamadan keçə bilmirəm...

Yazar Şərif Ağayar:

- Adam deyib, mən o pilotların vertolyotda olduğuna inanmıram və buna görə 5 ay həbs edilib.
Uzağı deyərsən, cərə inan, cəhənnəmə ianan!
Həbs nə idi?
Bu məntiqlə Milli Kitabxananın vitirnlərindəki klassiklərə - Axundovun özü də daxil ömürlük iş düşür.
90-cı illərin qəzetlərini çıxarıb istənilən köşə yazarına 15 il vermək olar.
Hara gedirik, dostlar?
Çoxmu məmnunuq bu durumdan?
Bunun zərbəsini bu statusu oxuyan hər kəs hiss edəcək.
Söz və fikir azadlığı tamam boğulandan sonra indi Media haqqında o rüsvayçı qanunu dəstəkləyən yazı-pozu əhli heç kimə lazım olmayacaq.
Anlıyormusuz?

Jurnalist Zaur Qəriboğlu:

- Yasamal Məhkəməsinin hakimi Hüseyn Səfərovun qərarı ilə VİP sədri Əli Əliyev məhkəmə zalında 5 ay müddətinə həbs edildi. Bir partiya sədrinə qarşı verilən bu absurd qərarı qətiyyətlə pisləyirik!

Jurnalist Fərhad Məmmədov:

- VIP-in sədri Əli Əliyev VİP - siyasətçiin həbsinə təəssüflənirəm. Ölkə büdcəsini talayan və xalqı zəlil gününə salan korrupsioner və rüşvətxor məmurları həbs etmək əvəzinə partiya rəhbəri həbs olunur...

Jurnalist Fazil Əhməd:

- Partiya sədri Əli Əliyev iki kəlmə sözə görə həbs olunub.
Mənim yaxın dostumu isə iki nəfər dəfələrlə zəng edib öldürməklə hədələyiblər, üstəlik, Bakıda qanunsuz axtarış da elan ediblər. Amma deyirlər, bu, uzağı, inzibati xətadır..

Jurnalist Şəmşad Ağa:

- Əli Əliyevin həbsi gözlənilməz deyildi, özü dəfələrlə həbs ediləcəyi ilə bağlı anons vermişdi.
İlham Əliyevin icazəsi olmasaydı, onu həbs edə bilməzdilər...
Adamı Azərbaycanın üzərinə götürdüyü və icra etmədiyi "diffamasiya" ilə həbs ediblər.
Qoy "Media haqqında" qanunsuzluq təsdiqlənsin, əsl konsertə onda tamaşa edəcəksiniz.
Azərbaycanlılar iki "ali məqsəd" arasında sərgərdan qalıblar: "Çörək və tamaşa".
Çörək bahalaşdı, tamaşa isə davam edir...

Jurnalist Aygün Muradxanlı:


- Siyasətçi həbs də olunar, azadlığa da çıxar - mübarizə belə olur. Önəmli bilirsizmi nədir? İndi Əli Əliyevi internet tv-lərdə izləyən, like-layan, şərh yazan minlərlə insandan neçəsi müdafiə edəcək? Neçə nəfər adi FB statusu yazmağa cəsarət edəcək? Nə zaman ki, siz, əziz vətəndaş, seyrçi, sözünüzü deyənləri müdafiə etməkdən qorxmayacaqsız, ölkə onda düzələcək.


Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +