Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.01.2022  17:30 

Ata vəzifəli, imkanlı, pullu, ardınca övladı gəlir… - SOCAR-da varislik





A+  A-

…Hələ xeyli əvvəl, indi də SOCAR-da vitse-prezident olanlardan birinin oğluna SOCAR-ın Türkiyədəki milyardlıq layihələrindən birinin idarəçiliyi etibar edilmişdi.

Bu təyinat qalmaqala, ardınca şikayətə səbəb olmuşdu. «Təzadlar»a bu məzmunda şirkətdən şikayət daxil olmuşdu deyə, araşdırma aparmışdıq. Məlum olmuşdu ki, heç hərbi xidmət üzü belə görməyən, topasına bəlkə də on min manatı əl ilə saymamış həmin sütül oğlan Türkiyədə hansısa bir universiteti bitirmiş, sonra səhv etmirəmsə, Almaniyada qeydiyyatda olan bir MMC-nin rəhbəri olmuş idi… Vəssalam! Qarşı tərəfin, yəni uşağın atası olan vitse-prezidentin də mövqeyi bizim üçün maraqlı idi deyə, ona elektron sorğu göndərmişdik. Nə baş verdi? Üstümüzə təhdidlə gəldilər…

SOCAR-dakı «Arı pətəyinə…» uzadılan çöp…

Ardını demirəm. «Desəm, öldürərlər, deməsəm ölləm!» Bu məntiqə söykənib keçirəm mətləbə: NHMT İB-nin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəməanlı olduqca maraqlı status paylaşmaqla, necə deyərlər, arı pətəyinə çöp uzadıb: M.Qəhrəmanlı yazır ki, «…Vəzifəli şəxslər əvvəl neftdən əldə olunan gəlir hesabına övladlarını xaricdə təhsil almağa göndərirlər. Qanuna zidd olaraq həmin məmur balalarının adı ölkə ictimaiyyətindən gizli saxlanılır. Qanunu da özləri yazıblar, bəhanə «Fərdi məlumatlar haqqında» Qanun 5.2.-ci maddəsidir. Guya! Sonra gündəmə «Yüksək vəzifələrə xaricdə təhsil almış gənclər təyin olunsun"u gətirirlər. Əlbəttə, xarici dil, intellekt… Və həmin balalar qəflətən üzə çıxır və ata davamçısı olurlar. İndi təzəlikcə SOCAR Müşahidə Müşahidə Şurasının (MŞ) Koordinasiya Ofisi yaradılıb. Koordinasiya ofisi MŞ-na tabe olacaq və MŞ tərəfindən ona verilən səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək. İndi həmin vəzifələrə vakansiya şərtləri elan olunub və xaricdə nüfuzlu universitetlərdə təhsilə üstünlük veriləcək! Di hayadı, "məmur davamçıları!" Cənablar, sizcə bu ölkədə təhsil almış bacarıqlı, lakın kasıb davamçısı olan övladlara qarşı diskrinimasiya deyil?».

«Əgər vəzifələrə, əsasən, xaricdə oxuyanlar gedəcəksə, onda Azərbaycanın Ali təhsil ocaqları kimə və nəyə lazımdır?»

Bu fikirlər isə Avropa Jurnalistlər Federasiyasının üzvü, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərziliyə məxsusdur. Jurnalist daha bir ciddi məsələyə toxundu:

- Azərbaycanda, hətta Prezident sərəncamları ilə təyin edilənlərin avtobioqrafiyasına baxanda əksəriyyətinin Avropa ölkələrindəki (əsasən də Türkiyənin), universitetləri bitirdikləri məlum olur… Dəfələrlə şahidi olmuşuq, nazirliklərdə, inzibati orqanlarda, hətta hüquq mühafizə orqanlarında belə yüksək vəzifələrə irəli çəkilənlərin əksəriyyəti xaricdə təhsil almışlar olur. Sual olunur: əgər yüksək, strateji vəzifələrə əsasən xaricdə oxuyanlar təyin ediləcəksə, onda Azərbaycanın Ali təhsil ocaqları kimə və nəyə lazımdır? Bu o deməkdir ki, Azərbaycanda hər il milyardlar xərclənən milli təhsilimizə etibar edilmir. Niyə??? Bəllidir ki, xaricdə oxuyanların demək olar hamısı imkanlı şəxslərin övladlarıdır. Onlar xaricdə yüksək məbləğli pulların hesabına təhsil alır, Mirvari Qəhrəmanlının söylədiyi kimi, adları isə məxfi saxlanılır, vakant yüksək vəzifə olanda da peyda olurlar. Bu, ölkədə vəzifələrə təyinatlarda düzgün yanaşma deyil. Xarici dili burda da öyrənirlər və öyrədirlər, amma burda həm də milli maraqlar, milli təəssübkeşlik vacib amil kimi nəzərə alınmalıdır… Ata vəzifəli, imkanlı, pullu, ardınca övladı gəlir… Bəs qalanlarımız neyləsin? Vəzifələrə irsi qanunlarlamı təyin edilmə yolu tutulub?

***

Bəli, düşündürücü sualdır. Cavabı isə hələki elə sual olaraq qalmaqdadır…

A.Məmmədli
Təzadlar qəzeti

Xəbər 4198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +