İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.01.2022  15:58 

Növbəti absurdun səbəbi nədir?





A+  A-

İran nəşrləri indi də Xəzər suitilərinin ölüm səbəbini Azərbaycanın hərbi dəniz təlimləri ilə əlaqələndirirlər. İlk ittihamlar hələ ötən ilin noyabrında səsləndirilmişdi.

Yanvarın əvvəllərindən ittihamlar yenidən təkrarlanır. İddia olunur ki, İran sahillərində 14 suitinin ölüsü aşkarlanıb və İran alimləri də dərhal bu ölümün Azərbaycanın Xəzərdə keçirdiyi təlimləri ilə bağlı olması "diaqnozu" qoyublar.

Xəbər verildiyi kimi, hələ ötən ilin sentyabrən 12-də Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə başa çatan sualtı hücum və müdafiə qruplarının təlimləri İranda ciddi narahatlıq yaratmış, rəsmi Tehran ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə iddia etmişdi ki, Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən, beş sahilyanı ölkə istisna olmaqla, heç bir xarici dövlətin burada ordusu olmamalıdır, bu qadağandır. "Türkiyənin Xəzər dənizində hərbi mövcudluğu qanunsuzdur. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsi ilə araşdırma aparırıq”.

Azərbaycan tərəfi, daha çox ekspertlər səviyyəsində bu iddiaya cavab vermiş, izah olunmuşdu ki:

1) Xəzərdə təlimlərin keçirilməsi heç bir sazişi , o cümlədən Xəzərlə bağlı Konvensiyanın müddəalarını pozmur.

2) Təlimdə Türkiyə xüsusi təyinatlıları iştirak etsə də, Türkiyə Hərbi Dəniz Qüvvələrinin heç bir döyüş gəmisi onlara qoşulmayıb. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılan videolarda kiçikhəcmli gəmilərin təlimlərdə iştirak etdiyi görünürdü. Türk əsgərləri təlimlərə qatılmaq üçün gəlib və təlimlər başa çatdıqdan sonra da vətənlərinə dönüblər.

3) Konvensiyada “ərazi suları” anlayışı birmənalı olaraq sahilyanı dövlətin suverenliyinin əhatə etdiyi dəniz zolağı kimi tövsif olunub. Yəni Azərbaycna istədiyi ölkə ilə öz suveren ərazisində təlim keçə bilər.

O zamanda İran mediası xeyli -küy qaldırsa da, bir müddət sonra ara sakitləşmişdi. Görünür, ilkin ittihamların absurdluğu anlaşılandan sonra arada yaranmış fasilə zamanı ittiham üçün yeni bəhanə düşünülüb tapılıb. Bəs, niyə suiti məsələsinə belə ciddi yanaşılır?

İş ondadır ki, suiti ölümləri doğrudan da var. 2006-cı ildə qəbul edilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında ÇƏRÇİVƏ KONVENSİYASI”na əsasən isə "növlər arasında nisbəti nəzərə alaraq, müvafiq ekoloji və iqtisadi faktorlarla müəyyən olunan dəniz canlılarının növlərini, onların maksimum davamlı olmasını təmin edəcək səviyyədə populyasiyasını saxlamaq və təmin etmək,
həddindən artıq istismar nəticəsində dəniz bioloji
növlərinin yox olma təhlükəsinə məruz qalmayacaqları şəraitin təmin edilməsi; fövqəladə ekoloji hallar üçün cavab tədbirləri planlarının hazırlanması kimi tədbirlər nəzərdə tutulur".

Bəs suitilərlə bağlı nə baş verir? Azərbaycan mətbuatının 80-ci illərin sonları, 90-cı illərin birinci yarısına aid saralmış podşivkalarını qaldırın və baxın. Qəzetlərin əksəriyyətində bu barədə həyəcan təbili çalınan onlarla yazılar dərc edilib. BBC azəri xidməti silsilə reportajlar edib, ekspert rəyləri verilib. Problemlə bağlı 97-ci ilin əvvəllərində özümün də iki qəzet araşdırması hazırladığımı xatırlayıram. Xəzərin biologiyasını öyrənmək və qorumaq üçün Azərbaycan neftinə sərmayə yatıran xarici şirkətlərin qrant layihələri də icra olunub.

Yəni problem bugünlük deyil, ən əsası, sırf Azərbaycanla bağlı da deyil. Dənizin çirklənməsinə "ən böyük töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması, sahil boyu yerləşdirilmiş, ekoloji normalara əməl etməyən sənaye müəssisləri verir. Heç İran da öz "töhfəsini" əsirgəmir. Elə İran saytlarına kiçik arama vermək bəs edir ki, bu haqda kifayət qədər materiallarla tanış olasan.

Elə isə növbəti absurdun səbəbi nədir? Görünür, bu dəfə Xəzər konvensiyasında qoyulan ekoloji tələblərdən ölkəmizə qarşı istifadə edilmək üçün ortaya yeni , daha "əsaslı" iddialar atmaq lazım gəlib.

P.S. Şərhlərdə Rusiyanın susiti ölümlərinə səbəb olmasına dair iki link əlavə edirəm. Linkin biri Sistani ofisisi tərəfindən idarə olunan KİV-ə aiddir.

Cəmaləddin Quliyev

Xəbər 1119 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +