200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.01.2022  11:13 

22 il həbs yatıb çıxan yenə oğurluq etdi





A+  A-

İsmayıllı rayonunda yerləşən mobil telefonların satıldığı mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən şəxs obyektdən ümumi dəyəri 4160 manat olan 10 ədəd mobil telefonun və 300 manata yaxın pulun oğurlandığını bildirib.

XəzərNews.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə bir neçə dəfə həbs olunan və ümumilikdə 22 il məhkumluq həyatı yaşayan Durar Qasımov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul, ərzaq məhsulları, eləcə də Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurladığı məlum olub.

D.Qasımov ifadəsində törətdiyi əməlləri etiraf edib, cinayət yolu ilə əldə etdiyi mobil telefonları isə respublikanın müxtəlif şəhər və rayonlarında dəyərindən dəfələrlə ucuz qiymətə satdığını bildirib. Qeyd edək ki, telefonların bir neçəsi ondan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 2195 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +