Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.01.2022  23:22 

UNUN QİYMƏT ARTIMI





A+  A-

(I yazı, qlobal bazar)

Unun qiymət artımı 2 amilin təsiri altında formalaşıb. Bunun biri qlobal bazarla, digəri isə yerli bazarla bağlıdır. Bu yazı da dünya birjalarında buğdanın qiymət artımı ilə bağlı məqamlara toxunaq.

Bildiyimiz kimi buğda birjada alınıb-satılan məhsullardan biridir. Artıq 1 ton buğda Nyu-York birjalarında 330-340 dollar arasında alınıb-satılır. Hazırda dünyada buğdanın qiymət artımı 2018-2019-cu illərlə müqayisədə təxminən 30-40 faizlik bahalaşmaya məruz qalıb.

Ümumiyyətlə 2021-ci il dünyada bahalaşma ili kimi yaddaşlarda qaldı. Belə ki, həm enerji sektoru üzrə, həm də qeyri-enerji sektoru üzrə qiymət artımları əhəmiyyətli sıçrayışla baş verib.

Dünya Bankının dekabr ayında yaydığı hesabata görə, 2021-ci ildə dünyada enerji qiymətlərinin ortalama artım tempi 2,1 dəfə, qeyri-enerji sektorunda qiymət artımı isə 25% artmışdır. Ərzaq qiymətləri 27%, taxılın qiymətləri 25%-ə yaxın yüksəlib. Buğdanın qiyməti isə son 11 ildə ən yüksək qiymətə qalxıb.

Buğdanın qiymətinin artması dünyada iri buğda istehsalçısı olan dövlətlərin davranışları ilə birbaşa bağlı olub. Ölkənin buğda istehsalı həm də ərzaq təhlükəsizliyinin tərkib elementidir. Gündəlik istehlakın idxaldan asıllığı böyük olan dövlətlər ərzaq təhlükəsizliyi ilə bağlı strukturu zədələmiş olurlar.

Dünyada buğdanın qiymətinin artmasının əsas təsirli səbəbi kimi Kanada da və ABŞ-da havaların quraqlıq keçməsi və Rusiyada taxıl ixracına qoyulan vergilər göstərilir.

Dünyada ən çox buğda istehsalçısı kimi Çin, Pakistan, Rusiya, ABŞ, Kanada sayılsa da, amma iqtisadi-siyasi blok olaraq Avropa İttifaqı 27 ölkə ilə birlikdə dünya üzrə lider saymaq olar. Belə ki, Aİ-nın istehsal gücü 138 milyon tondur. Dünyanın 2 super gücləri Çin və ABŞ arasında istehsal imkanlarına diqqət edəndə aydın görünür ki, Çin ABŞ-dan təxminən 3 dəfə daha çox taxıl istehsal edir.

Ümumən, dünya üzrə taxıl istehsalı 2020-2021 illəri arasında 775 milyon ton olmuşdur. ABŞ Kənd Təsərrüfatı Administrasiyasının hesablamalarına görə, 2022-ci il üçün qlobal taxıl istehsalı həcmi 780 milyon ton nəzərdə tutulduğu halda, istehlak tələbi isə 789 milyon ton proqnozlaşdırılır. Doğrudur, burada 9 milyon ton kəsr həddi (təklifin tələbi üstələməsi) xüsusi risk yaratmır. Amma onu proqnozlaşdırmağa imkan verir ki, il ərzində çox da yüksək olmayan səviyyədə nisbi qiymət dalğalanması ehtimalı qarşıda bizi gözləyir.

Deməli buğda ixrac edən dövlətlər rüsumları artırmasalar və ya ona bənzər qlobal konyukturada əlahiddə fors-major vəziyyətlər yaranmasa cari ilin sonuna kəskin qiymət artımlarını gözləməməliyik.

Məhəmməd Talıblı
İqtisadçı


Xəbər 1203 dəfə oxunub.




05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +