Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.01.2022  12:15 

Rusiya dalana dirənir - Bayden-Zelenski görüşü nə vəd edir?





A+  A-

ABŞ prezidenti Co Bayden yanvarın 2-də bir daha Ukrayna prezidenti Volodimir Zelenski ilə danışacağını bildirib.

Ağ Evin dekabrın 31-də yaydığı bu xəbərdə deyilir ki, bu telefon söhbəti zamanı Bayden ABŞ-ın Rusiyanın müdaxiləsi təhlükəsi ilə üzləşən Ukraynanın suverenlik və ərazi bütövlüynü dəstəklədiyini bir daha təsdiqləmək niyyətindədir.

İki lider habelə ABŞ-ın Rusiya ilə gələn aya planlaşdırılan görüşünü müzakirə edəcək.

Bundan əvvəl, dekabrın 30-da Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

ABŞ prezidenti Volodimir Zelenski ilə üç həftə bundan əvvəl danışmışdı.

Rusiya Ukrayna sərhədi yaxınlığına 100 mindən çox hərbçi cəmləşdirib və ABŞ və NATO-dan yazılı təhlükəsizlik qarantiyaları tələb edib.

Rusiya əmin olmaq istədiyini bildirib ki, NATO şərqə doğru genişlənməyəcək, ABŞ və Qərb isə keçmiş sovet məkanında hərbi təlimlərini məhdudlaşdıracaqlar.

Bayden və NATO dəfələrlə bəyan ediblər ki, hərbi alyansın qapısı bütün ölkələrin üzünə açıqdır və bu məsələdə üçüncü bir ölkə veto hüququna malik ola bilməz.

Zelenski də Ukraynanın NATO-ya üzv olmaq istəyindən geri çəkilmir.

Putin deyib ki, Rusiyanın tələbləri yerinə yetirilməzsə, Moskva Qərbə qarşı bir sıra variantları nəzərdən keçirəcək.

Bayden dekabrın 30-da Putinə xəbərdarlıq edib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ və müttəfiqləri Moskva üzərinə son dərəcə sərt sanksiyalar qoyacaqlar.



Bayden administrasiyası bitməkdə olan ilin son günlərində ABŞ-ın müttəfiqləri ilə məsləhətləşmələr keçirib.

Dekabrın 31-də ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynaya hücumdan çəkindirmək variantlarını Kanada və italiyalı həmkarları ilə müzakirə edib.

Habelə Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon söhbəti olub. Onlar NATO-Rusiya Şurasının qarşıdan gələn danışıqlarını müzakirə ediblər.

ABŞ və Rusiya rəsmiləri arasında danışıqlar yanvarın 9-10-da Cenevrədə keçiriləcək.

Yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının ayrıca iclası keçirilməlidir./AzadlıqRadiosu

Xəbər 1429 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +