Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.12.2021  09:48 

Səfirin “suçu”





A+  A-

Bir müddət əvvəl Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonəliyev “Sputnik Azərbaycan”ın mətbuat mərkəzində keçirdiyi konfransda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri nümayəndələrinin Rusiyanın iştirakı olmadan görüşmələrini təklif etmişdi. Təklif müəyyən anlaşılmazlığa səbəb olsa da, Qırğızıstan prezidentinin müdaxiləsi sayəsində böyük diplomatik skandaldan qaçıldı.

Açıqlama səfirin yanlışı kimi izah olunsa da, bu, iki regionun Rusiyanın iştirakı olmadan əməkdaşlıq etməsi haqda ilk təklif deyil. Hələ 2021-ci ilin əvvəllərində Orta Asiya və Cənubi Qafqaz ölkələrinin birgə əməkdaşlıq formatı haqda ABŞ-ın sabiq diplomatlarının dilindən bəzi ideyalar səsləndirilmiş, əsaslandırmalar edilmişdi.

Karnegi Fondunun əməkdaşı, 2013-17-ci illərdə ABŞ-ın ATƏT-də səfiri olmuş Daniel Bayer nüfuzlu “Foreign Policy” jurnalında dərc etdiyi məqalədə Bayden administrasiyasının Dağlıq Qarbağla bağlı siyasətini necə qurması, Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsi üçün müxtəlif tövsiyələr sırasında regionu əhatələyən iqtisadi əmıkdaşlıq strategiyası yürütmək təklifi də yer alırdı. İddia olunurdu ki, infrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb olunması Ermənistan, Azərbaycan və Gürcüstanın iqtisadiyyatlarını gücləndirərdi.

Bildirilirdi ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda bu regionu gündəmə gətirməli, Vaşinqton isə Avropa İttifaqı və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional əməkdaşlığın çərçivəsini hazırlamalıdır. Müəllifin fikrincə, Obama administrasiyasının yaratdığı, Tramp administrasiyasının davam etdirdiyi və Orta Asiyada regional əməkdaşlığı nəzərdə tutan C5+1 modeli yeni SC3+2 çərçivəsi(Orta Asiya və Cənubi Qafqaz dövlətləri +ABŞ +Avropa İttifaqı) üçün model ola bilər.

Burda diqqət çəkən cəhət yeni formatın Azərbaycan və Türkiyənin təklif etdiyi altıtərəfli əməkdaşlıq formatına qarşı qoyulması və C5+1 formatı ilə (5 Orta Asiya respublikası+ ABŞ) əlaqələndirilməsi idi. Qeyd edildiyi kimi, bəhs olunan format Barak Obama administrasiyası tərəfindən düşünülüb və antirusiya mahiyyətindədir. Obama administrasiyasının xarici siyasət kursunu davam etdirən Bayden hakimiyyəti bu formatı yenidən canlandırmaqda və Cənubi Qafqazı, xüsusən Azərbaycanı həmin formatda görməkdə maraqlı olduğunu gizlətmir.

ABŞ prezidenti Co Baydenin azərbaycanlı və türküstanlı həmkarkarlarına ünvanladığı Novruz təbriklərində də hər iki regionun (Cənubi Qafqaz və Orta Asiyanın) birgə regional əməkdaşlıq kontekstində nəzərdən keçirlməsinə işarələr var idi.

K.Osmonəliyevin Orta Asiya və Cənubi Qafqaz ölkələrinin Rusiyadan ayrıca görüşməyi təklif etməsi də bu ideyanın davamı kimi görünür və fikrimizcə, təklifi səsləndirmək üçün məkan olaraq “Sputnik Azərbaycan”ın mətbuat mərkəzinin seçilməsi də təsadüfi deyil. Gözlənildiyi kimi, səfirin açıqlama-demarşına Rusiya mediası dərhal reaksiya verib, bunun ardınca Qırğızıstan Prezidenti səfirə töhmət elan edib. Görünür, səfir diplomatik kuluarlarda qapalı müzakirə edilməli olan məsələni ictimailəşdirməklə Moskvanın qəzəbini Qırğızıstanın üstünə çəkdiyi üçün cəzalandırılır.

Amma 3+3 formatı yalnız Rusiyanı deyil, həm də İran və Türkiyəni regional əməkdaşlığın tərəfləri kimi nəzərdən keçirir. Maraqlıdır, qırğız səfiri ilə vasitəsilə yenidən səsləndirlən təklif yalnız Rusiyanın iştirakınımı istisna edir, yoxsa həm də Türkiyə və İran istisna edilir? Axı, 3+3 çərçivəsində sıxlaşan təmaslara sinxron olaraq uzun müddətdir qeyri- işlək olan ECO (İƏT) də yenidən aktuallaşdırılıb, qurumun son Aşqabad sammitini İran mediası 13-cü administasiyanın(İbrahim Rəisi hökumətinin) beynəlxalq təcriddən qurtulmaq yolunda ən böyük diplomatik uğuru kimi təqdim edir.

Təklif uğursuz zaman və məkanda, uğursuz formulirovkada səsləndirilməsəydi, çoxsaylı əməkdaşlıq formatlarından biri kimi maraq doğura bilərdi. Azərbaycan onsuz da həmişə müxtəlif ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlatlarında iştirakda maraqlı olduğunu nümayiş etdirib, yeganə ön şərt bu əməkdaşlığın digər tərədaş ölkələrə qarşı yönəlməməsidir...

Cəmaləddin Quliyev
XəzərNews.az


Xəbər 1393 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +