İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.12.2021  16:48 

Diasporlararası turnir keçirilib - Kiyevdə





A+  A-

Ukrayna Azərbaycanları Radası və Ze!Molodyojkanın birgə təşkilatçılığı ilə Ukraynada yaşayan azsaylı xalqların nümayəndələrinin işitakı ilə 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turnirini keçirilib.

Ukrayna, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızstan və Ərəb komandadalarının REJO İdman Kompleksində güclərini sınayıblar.

Azərbaycan və Ukrayna himnlərinin səsləndirilməsi ilə başlayan turnirin qalibi Özbəkistanı 8-1, Qırğızıstanı 10-2 hesabı ilə məğlub edərək finala yüksələn azərbaycanlı gənclər olublar. Təmsilşilərimizin finaldakı rəqibi Ukraynadakı Türkiyə səfirliyinin diplomatlarından ibarət Türkiyə komandasını 9-0 və ZE Molodyojka komandasını 6-4 hesabı ilə məğlub edən ərəblərin Dostluq komandası olub. Maraqlı və çətin mübarizədə azərbaycanlı gənclər ərəb rəqiblərini 7-0 hesabı ilə məğlub edərək kubokun sahibi olublar.



Turnirin bombardiri azərbaycanlı gənclərinin hücumçusu Orxan İbadov tamaşaçıların və hakimlərin ortaq qərarı həm də ‘Ən yaxşı futbolçu’ nominasiyasının qalibi olub.

Çempion komandamıza kuboku və medalları təqdim edən sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın və SSRİ-nin əməkdar məşqçisi, bədən tərbiyəsi və idmanın əməkdar işçisi, veteranlar arasında sərbəst güləş üzrə dünya və Avropa çempionu, “Bakinets” klubunun prezidenti və Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hamını təbrik edib. Gənclərə xüsusi ilə də idmançılara hər zaman dəstək olduqlarını bildirən RAU həmtəsisçisi iştirakçılara uğurlar arzulayıb.



Turnirin ikincisi olan ərəblərin Dostluq komandasına medallarını təqdim edən hüquq elmləri doktoru, Ukrayna Azərbaycanlıları Radasının digər həmtəsisçisi Hikmət Cavadov idmanın birləşdirici rolundan danışıb. Cavadov qeyd edib ki "Fair Play" qaydalarına uyğun keçən belə yarışlar bizi bir birimizə daha da yaxınlaşdırır, dostluqları möhkəmləndirir.

ZeMolodyojka oyunçularını brünc medallarla təltif edən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov dövlətimizin, ümumilikdə diasporumuzun gənclərə və idmana olan diqqərini vurğulayıb. Azərbaycanlı diplomat diasporlararası əlaqələrin inkişafında belə turnirlərin davamlı keçirilməsinin vacibliyini qeyd edib.



‘Ən yaxşı futbolçu’ nominasiyasının qalibi Orxan İbadovu təbrik edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadova turnir iştirakçıları adından təşəkkür edib. Baş katib təşkilati dəstəyə görə ZeMolodyojka rəhbəri Ukrayna Ali radasının deputatı Aleksandr Sançenkoya, beynəlxalq əlaqələr departamentinin rəhbəri Alina Poddubnaya və UAR aparat rəhbəri Elşad İbrahimova xüsusi təşəkkür edib. Turnirdə qardaşlığın, dostluğun və həmrəyliyin qalib gəldiyini bildirən Məmmədov yüksək səviyyədə iştiraklarına görə Türkiyə səfirliyin komandasını və kapitanı Evren bəyi, Özbəkistan komandasını və kapitanı Fərhad Abdullayevi, ‘Dostluq’ komandasını və kapitanı şeyx İmadı, ZeMolodyojka komandası və kapitanı Vaqif Nağiyevi, Qırğızıstan komandasını və kapitanı Mirlan bəyi və çempion Azərbaycan komandasını və kapitanı Yaşar Məmmədovu təbrik edərək uğurlar arzulayıb.



Türkiyə - Dostluq 0-9
ZeMolodyojka - Dostluq 4-6
ZeMolodyojka - Türkiyə 6-1

Azərbaycan - Özbəkistan 8-1
Özbəkistan - Qırğızıstan 8-6
Azərbaycan- Qırğızıstan 10-2

ZeMolodyojka - Özbəkistan 2-1
Türkiyə - Qırğızıstan 1-5
Azərbaycan - Dostluq 7-0

1. Azərbaycan
2. Dostluq
3. ZeMolodyojka
4. Özbəkistan
5. Qırğızıstan
6. Türkiyə

Birliyimiz və qardaşlığımız sarsılmaz və əbədi olsun!

Xəbər 1404 dəfə oxunub.



22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +