Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


27.12.2021  10:48 

“Ayağından asmaqdan tutmuş, əxlaqsız hərəkətlərə qədər…” - Şikayət





A+  A-

Qaratel Əhmədova: “Yoldaşımın üstündə hələ də işgəncə izləri var, elə əzablar veriblər, eşidəndə dəhşətə gəldim…”

Bu günlərdə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 8 ay əvvəl Yevlax rayonunun Aşağı Bucaq kəndində baş vermiş yanğın və hadisə yerindən tapılan qadın meyitilə bağlı məlumat yaydı. Hüquq-mühafizə orqanlarının birgə açıqlamasında bildirilirdi ki, aprelin 14-də sözügedən yanğın hadisəsi qəsdən törədilib. İddia olunur ki, 53 yaşlı Səidə Hüseynova əvvəlcə tamah məqsədilə öldürülüb, ardınca cinayətin izini itirməkdən ötrü onun olduğu cücə sexinə benzin töküb yandırıblar.

“Ayağından asmaqdan tutmuş, əxlaqsız hərəkətlərə qədər…”

Bu hadisəyə görə saxlanılan Elnur Hüseynov mərhum Səidə Hüseynovanın bacısı qızının əridir. 35 yaşlı Elnur Hüseynov Göygöl rayonunun Çaykənd kəndində 14 il fizika müəllimi işləyib.

Təqsirləndirilən Elnur Hüseynovun həyat yoldaşı Qaratel Əhmədova deyir ki, xalasının ölümünə ərinin heç bir aidiyyəti yoxdur. Sadəcə, prokurorluq və polis orqanları cinayətin üstünün açılması görüntüsü yaratmaq, öz nüfuzlarını artırmaq üçün bu işdə əli olmayan adamı qurban seçiblər. Qaratel Əhmədovanın sözlərinə görə, həyat yoldaşına ağlasığmaz işgəncələr veriblər:

“Bir neçə gün əvvəl evə zəng eləmişdi, ona verilən işgəncələrlə bağlı elə şeylər danışdı, dəhşətə gəldik. Ayağından asmaqdan, dabanlarına dəyənəklə vurmaqdan tutmuş, əxlaqsız hərəkətlərlə hədələməyə qədər… 3-4 gün əvvəl təcridxanada onu gördüm, işgəncələrin izləri hələ də qalır. O danışdıqca fikirləşirdim ki, insan olan kəs bunları necə eləyə bilər?”

“Yoldaşım prokuror müavininin yanında vəkilin ayağına düşüb ki, məni öldürürlər”

Qaratel Əhmədova deyir ki, həyat yoldaşının qətldə ittiham olunduğunu bilən kimi ona vəkil tutublar. Lakin vəkilin Elnur Hüseynovla görüşməsinə imkan verməyiblər. Müdafiəçinin müxtəlif qurumlara müraciətindən sonra o, müvəkkili ilə görüşə bilib:

“Yoldaşım deyir ki, vəkili görəndə sanki gözlərimə işıq gəldi. Vəkilin ayağına düşüb ki, məni burada öldürürlər. Prokuror müavininin gözü qarşısında olub bunlar”.

Sözügedən yanğın hadisəsilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb ki, evə bitişik cücə sexinin yanar konstruksiyaları 360 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı içəridə 1968-ci il təvəllüdlü Səidə Hüseynovanın yanmış meyiti aşkarlanıb.

İlkin istintaq dövründə hüquq-mühafizə orqanları hadisənin texniki səbəbdən baş verdiyi qənaətinə gəlib, Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb, bu istiqamətdə dindirmələr aparılıb.

“Bəlkə elə məhkəmə yoldaşıma bəraət verəcək, niyə onu biabır eləyirlər?”

Səidə Hüseynovanın yaxınları, o cümlədən bacısı Rəhilə Əhmədova istintaqdan narazı qalıb. Onlar Yevlax Rayon Prokurorluğundan yuxarı instansiyalara şikayətlər göndəriblər. İddia ediblər ki, Səidə Hüseynovanın ölümü əslində qətldir, o, tamah məqsədilə öldürülüb. Rəhilə Əhmədova Yevlax Rayon Prokurorluğunun rəhbərliyindən şikayətini media vasitəsilə də ictimailəşdirib. O, müraciətlərində qardaşı Musa Hüseynovun Qarabağ döyüşlərində həlak olmasını vurğulayıb, şəhid bacısının qanının batırılmasına imkan verilməməsini tələb edib.

“Bu şikayətlərə görə nəyin bahasına olursa olsun, “qatil tapıldı” görüntüsü yaratmaq vacib idi. Prokuror öz vəzifəsindən ötrü, özünü təmizə çıxarmaq üçün mənim yoldaşımı qurban seçdi. Elə ona görə də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tələm-tələsik məlumat yaydılar, şəklini də verdilər ki, guya cinayətin üstünü açıblar, qatili tapıblar. Öyrənmişəm, deyirlər ki, bunun özü qanunsuzluqdur, təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Bəlkə elə məhkəmə yoldaşıma bəraət verəcək, niyə bəri başdan onu biabır eləyirlər?”, – Qaratel Əhmədova bildirib.

“Öz vəzifələrindən ötrü günahsız adamın, 4 uşağımın haqqına girirlər”

Elnur Hüseynovun ikisi qız, ikisi oğlan olmaqla, 4 azyaşlı övladı var. Böyüyü 13 yaşında, ən kiçiyi isə 1 yaş 2 aylıqdır. Anaları deyir ki, ataları haqqında məlumat yayılandan sonra övladları dərsə getmirlər:

“Öz vəzifələrindən ötrü günahsız adamın, 4 uşağımın haqqına girirlər. Bu dörd uşağı mən necə saxlayım? Bunu Allah da götürməz. Əgər sübutları olsaydı, ortaya qoyardılar, göstərərdilər ki, sən öldürmüsən. Deməli, sübut yoxdur ki, adamı qanına qəltan eləyib, onun boynuna qoyublar. Prezidentdən, vitse-prezidentdən kömək istəyirəm, uşaqlarımın ah-naləsini nəzərə alsınlar, bu işin obyektiv araşdırılmasına göstəriş versinlər”.

Qaratel Əhmədovanın sözlərinə görə, xalası öldürülən vaxt həyat yoldaşı Elnur Hüseynov Çaykənddə ailəsinin yanında olub. Bunu təsdiqləyən sübutlar da var: “Hadisə olub Yevlaxın kəndində, biz oluruq Göygölün kəndində. Yanğın elə hadisədir ki, səsi dərhal çıxıb. Qonşu deyilik ki, orada bu işi görüb, qaçıb evə girsin. Bu hadisə baş verəndə Elnur evdə bizimlə olub. Deyirlər ki, guya xalam tamah məqsədilə öldürülüb, onun pulunu, qızılını götürüblər. Biz xalamın yasına gedəndə taksi pulu tapmırdıq. Bəs harda idi xalamdan götürülən pullar? Hamısı şər-böhtandır”.

“Göstərmək istəyirlər ki, bu, elə cinayətkardır…”

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında iddia olunur ki, Elnur Hüseynov həyat yoldaşının xalasını tamah məqsədilə bıçaqla qətlə yetirib. O, hadisə yerindən 1500 manat və 900 dollar pul, qızıl-zinət əşyaları götürüb. Cinayətin izini itirmək üçün özüylə gətirdiyi dizel yanacağını meyitin üstünə və cücə sexinə tökərək yandırıb.

Elnur Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 14 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Elnur Hüseynov bir müddət öncə oğurluq ittihamıyla məsuliyyətə cəlb olunub. Həyat yoldaşı hesab edir ki, Yevlax Rayon Prokurorluğu məhz bu məqamdan istifadə edərək, onu hədəf seçib:

“Göstərsinlər ki, baxın, başqa bir oğurluq hadisəsində də təqsirləndirilir, bu elə cinayətkardır…”/Meydan TV

Xəbər 1183 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +