Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.12.2021  23:44 

Putinin iştahı...





A+  A-

Kremlin "xozeyin"i bu gün özünün növbəti illik böyük mətbuat brifinqini keçirdi və düz 4 saat danışdı, bir sıra sualları emosional və əsəbi cavablandırdı. Adam çox gümrah, çox da havalı görünürdü.

Lakin bizim əsas məsələmiz izləyicilərdən birinin öz rəyində "dörd saatlıq boş söhbət" kimi dəyərləndirdiyi bu brifinq deyil. Əsas məsələ Rusiyanın son günlərdə Putinin adından NATO və ABŞ-a təqdim etdiyi "Regional təhlükəsizliyə dair yeni razılaşma" sənədində ortaya qoyduğu həyasız tələblər və keçmiş postsovet ölkələrinin dövlət müstəqilliyini təhdid edən müddəalardır.

Bu tələb və müddəaları ortaya atan Putin öz ölkəsinin təhlükəsizliyi üçün, Ukraynanın NATO-ya üzv qəbul edilməməsi üçün və keçmiş sovet respublikalarının Rusiyanın "maraq dairəsi" kimi tanınması üçün bu günkü brifinqdə də Qərbdən dərhal danışıqlara başlamağı və zəmanət verməyi tələb etdi.

Kreml rəhbəri o qədər cızığından çıxıb ki, ABŞ və NATO qarşısında irəli sürdüyü təkliflərin ağılasığmaz olduğunu və beynəlxalq hüquqa tüpürdüyünü dərk eləmir. Belə ki, Rusiyanın təqdim etdiyi məlum sənəddəki tələblərə görə, NATO və ABŞ Ukraynada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, keçmişdə Sovet respublikaları olmuş hazırkı müstəqil dövlətlərin NATO-ya üzv qəbul edilməyəcəyinə hüquqi təminat verməli və hətta Baltikyanı ölkələr də NATO sıralarından çıxarılmalıdır.

Qərb Rusiya liderinin bu tələblərindən şokdadır. Qərb liderləri Putinin bu qədər həddini aşacağını və ambisioz tələblər irəli sürəcəyini bəlkə də heç gözləmirdilər. Amma əsl həqiqətdə isə məhz Qərbin son illərdə lidersizlik böhranı yaşaması və Angela Merkel kimi şəxslərin Putinin nazıyla oynaması Rusiya liderinin bütün "qırmızı xətt"ləri keçməsinə gətirib çıxarıb.

Nəticə etibarilə, Putinin irəli sürdüyü bu tələblər ondan xəbər verir ki, hazırda Kreml keçmiş Sovet respublikalarını faktiki olaraq artıq açıq şəkildə öz nüfuz dairəsi, "arxa bağça"sı" hesab etməyə başlayıb. Kremlin bu tələbləri, Putinin bu geosiyasi iştahı bütün postsovet ölkələrinin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinə və suverenliyinə qarşı açıq təhdiddir. Başqa sözlə desək, Kremlin tələbləri həmin ölkələrin müstəqilliyini məhdudlaşdırmaq, onlara ağalıq etmək, onların işlərinə qarışmaq cəhdidir.

Bu tələblər açıq-aşkar "ayı siyasəti"nün təzahür elementləridir. Keçmiş SSRİ-nin dağılması faktıyla hələ də barışa bilməyən, "qırmızı imperiya" sayılan Sovetlər İttifaqının dağılmasını “20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandıran və ittifaq dövlətini hansısa bir ad altında nəyin bahasına olursa-olsun yenidən bərpa etmək kimi xəstə fantaziyalarla yaşayan Putin indi başqalarının işinə qarışmaqdan sanki həzz alır. Amma bu, qətiyyən doğru davranış deyil.

Bu günkü brifinqdə verilən suallar da bir daha onu göstərdi ki, hazırda Rusiya özü sosial-iqtisadi cəhətdən yerlərdə sürünür. Putin də etiraf etdi ki, Rusiya iqtisadiyyatı hazırda dünya iqtisadiyyatının cəmi 2 faizini təşkil edir və dünyanın idarəolunma mərkəzi Rusiyada yox, ABŞ-da yerləşir.

Özü iqtisadi problemlər içində çabalayan, neftdən və silah sənayesindən başqa heç nəyi olmayan Rusiya kimi geridəqalmış bir ölkənin postsovet respublikalarını öz təsir dairəsində, öz nəzarəti altında saxlamaq cəhdləri sadəcə və sadəcə absurddur, dəlilikdir. Koronavirusdan qorunmaq üçün aylardan bəri bunkerdə yaşayan Putin belə görünür ki, həqiqətən də reallıq hissini itirib. Nə Ukrayna, nə Gürcüstan, nədəki, Azərbaycan, Moldova, Baltikyanı ölkələr və Orta Asiya cümhuriyyətləri NATO alyansı ilə, Avropa Birliyi ilə, ABŞ-la hərbi, siyasi, iqtisadi əlaqələrini Putinin kaprizlərinə, iştahına qurban verəsi, güzəştə gedəsi deyillər.

Moskva heç bir ölkənin bu və ya digər hərbi bloka, müdafiə alyansına qoşulmaq istəyinə qadağa qoya bilməz. Heç kim xarici siyasətdə kiminlə dostluq, kiminlə əməkdaşlıq, kiminlə də strateji müttəfiqlik edəcəyini Moskvadan soruşmağa, Kremldən izn almağa borclu deyil. Hərbi müttəfiq, iqtisadi tərəfdaş, siyasi ortaq seçmək hər bir suveren respublikanın öz müstəsna hüququdur və buna heç bir böyük ölkə müdaxilə edə, qarışa bilməz!

Putin gecələr yuxuda gördüklərini səhərlər ayılıb reallıq kimi təsəvvür edirsə, bu onun öz şəxsi işidir. Ancaq onun Ukraynanın, eləcə də digər keçmiş sovet respublikalarının yaradılmasını "Leninin səhvi" kimi dəyərləndirməsi və indi bu "səhv"i düzəltməyə çalışması absurddur. Həmin respublikaları gorbagor Lenin yaratmamışdı. Onlar SSRİ-dən əvvəl müstəqil respublika kimi artıq mövcud idilər.

Putin boş vaxtlarında tarix kitablarını vərəqləyib oxusa yaxşı olar. Tarixi pis bilənlərin geosiyasi iştahları həmişə həddindən artıq böyük olur. Ancaq indi 20-ci əsrin 20-ci illəri yox, 21-ci əsrin 20-ci illəridir. Bu dəfə tarix təkrarlanmayacaq. Bu dəfə müstəqilliyimiz əbədidir!

Bəybala Mirzəyev

Xəbər 1341 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +