Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.12.2021  20:34 

Sarıqamış şəhidləri - İnsanlıq dramı...





A+  A-

Sarıqamış faciəsi bizim də faciəmizdir.

Orada 90 min əsgərimiz şaxtada, çovğunda donub. Bir güllə belə atmaq imkanı ollmadan Vətən yolunda canlarını fəda ediblər, şəhid olubllar. Bu savaşın günahkarı çar Rusiyası idi.

Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarıkamış əməliyyatını həyata keçirib. Bölgədəki Allahu-Əkbər dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi amansız şaxtadan donaraq həlak olub.

Bu faciə Osmanlı Türkiyəsinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri hesab olunur.

Rusiya imperiyası Birinci Dünya müharibəsi zamanı Türkiyənin düşdüyü çətin vəziyyətdən yararlanaraq Osmanlıya müharibə elan edib.

Hərbiyyə naziri Ənvər paşanın hazırladığı plana əsasən, Osmanlı ordusu Sarıqamışa iki istiqamətdən hücum edərək, Qafqazda rus qoşunlarına zərbə endirməli və onları mühasirəyə almalı idi. 125 minlik türk ordusu strateji yüksəkliklərdən aşaraq hücuma başlayır. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər yalnız 15 saat davam gətirə bilirlər.

Sarıqamış dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir. Ənvər paşa isə qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nədənsə nəzərə almamışdı. Bu da azmış kimi, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və isti geyim gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır.

Dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayan bu orduda yüzlərlə azərbaycanlı könüllülər də vardı. Onlar qardaş ölkəyə köməyə getmişdilər.

1915-ci il yanvarın 18-i faciənin pik anı sayılır. Sarıqamışa doğru hərəkət edən türk ordusunun 90 mindən çox əsgəri donub şaxtalı çöllərdə buz adamlara çevrilir. Soyuqdan bir-birinə sarılan türk əsgərləri elə bu vəziyyətdəcə şəhadətə qovuşurlar.

Sarıqamışdakı işğalçı rus ordusunun generalı Yudeniç sonradan xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazıb.

Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi tamamilə rus ordusu tərəfindən işğal edilir, Qars və Ərzurum villayətlərinin əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qalır. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək, əhalini qılıncdan keçiriblər.

Quduzlaşan erməni terrorçuları fürsətdən istifadə edib indiki Azərbaycan ərazilərinə də hücum edərək, kütləvi qırğınlar törədiblər.

Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgəri isə Rusiya çarının əmri ilə Bakıya gətirilib və Xəzər dənizindəki “cəhənnəm adası” sayılan Nargin adasına sürgün edilib. Onların da müsibəti, faciəsi bir ayrı mövzudur. Sonralar bir sıra cəsur azərbaycanlılar öz həyatlarını təhlükəyə ataraq, oradakı türk əsirlərinin bir çoxunu gizli yollarla adadan qaçıraraq Vətənə - Türkiyəyə qayıtmalarına kömək ediblər.

Sarıqamış faciəsi gerçəkdən də bir insanlıq dramı idi. Dünya hərb tarixində buna bənzər ikinci belə bir müsibət yaşanmayıb.

Bizim dərdlərimiz həmişə bir olub.

Bütün acıları birlikdə yaşamışıq.

Bəybala Mirzəyev

Xəbər 1241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +