Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


22.12.2021  07:20 

Ata tərəfindən 6 yaşından zorlanan qızcığazın zülmü...





A+  A-

Zorlanan uşaqla bağlı narahat olanlara!

Təəssüflər olsun ki, bu hallar bizim müasir reallığın üz qarasıdır.

Ata tərəfindən 6 yaşından zorlanan qızcığazın zülmü,
zilləti heç bir böyük üçün çəkiləcək dərd deyil.

Ağırdır, məhvedicidir, acıdır.

Biz böyüklər, belə hallar varsa, onların aşkar edilməyində köməkçi olmalıyıq.

Amma çox təəssüflənirəm ki, hələ qondarma mentalitet pərdəsi altında gizlənib, bu haqda danışmayın, yazmayın deyənlər var.

Çox təəssüf edirəm ki, vəziyyətdən çıxış yolları axtarmaq əvəzinə, olanları ört-basdır edib, məni və mənim kimilərini susdurmağa çalışanlar var.

Əgər hamımız sussaq, heç maariflənmə aparmasaq, ictimaiyyəti ayıltmasaq, qurban – qurban olduğunu necə müəyyən etsin?

Dünən haqqında bəhs etdiyim o körpəyə atası durmadan beyninə yeridirmiş ki, bu, normal haldır!
Sən mənim spermamdan yaranmısan, ona görə, sənlə nə istəsəm edə bilərəm!

Bunu bütün atalar edir!

Gözünü açıb, özünü hələ dərk etməmişdən, doğma “ata” tərəfindən psixoloji və seksual zorlamaya məruz qalan körpə - bunun anormal olduğunu, cinayət sayıldığını haradan bilsin?

Kimsə yazıb ki, gərək videoya çəkib dəlil-sübutla polisə gedəydi.

Siz heç təsəvvür belə etmirsiniz ki, bu tip cinayətkarlar necə tədbirli olur.

Sizcə, bu cür əməllər törədən “ata” qızına telefonla istifadəyə və ya çəkilişə icazə verərdi?

Siz bilsəniz, o yazıq qız necə bir nəzarət altında böyüyüb.

Qıraqdan baxan olsa, deyər ki, gör, necə tələbkar atadır, dərsdən 1 dəqiqə gec gəldiyi üçün qızını armaturla döyür.

Daha o baxan bilməyəcək ki, “ata” onu şəxsi seksual oyuncağı sandığı və qısqandığı üçün belə döyür.

Siz elə bilirsiniz, polisə bu tip şikayətlər az daxil olur?

Heç çox uzaq keçmiş deyil ki, arvadını döydüyü üçün haqqında polisə şikayət olunan, özü də polis olan ərin iş yoldaşları nə oyun çıxardı.

Məhz o polis "kolleqalar"ın qeyri-peşəkarlığı ucbatından həmin o zorakı polis arvadını bölmədəcə güllələyib öldürdü.

Çox təəssüflər olsun ki, qadın zorakılığı ölkəmizdə anındaca cinayət əməli kimi qiymətləndirilmir, ailə daxili münaqişə kimi başdı-başına buraxılır.

Çox təəssüflər olsun ki, polisə, prokurorluğa şikayət daxil olanda cəld tədbirlər görülmür.

Dünən yazdığım hadisə də bu cür etinasızlıqla üzləşib.

Zorlanmış qızın xilas üçün hüquqşünas Sevda xanım Məhərrəmova müraciətindən sonra, Sevda xanım dəhal rayon prokurorluğuna müraciət edir.

Amma “başlarını ağrıtmamaq” üçün prokurorluq işi başından atır.

Çarəsiz qalan Sevda xanım öz şəxsi əlaqələrindən istifadə edərək birbaşa respublika prokurorluğundan işə baxılmasına çalışır.

Mən bu sətirləri yazıram və ağlayıram...

Çünki şərəfini itirmiş bürokratlar ucbatından iş oradan-oraya atıldıqca, o zavallı qızın o günlər ərzində də “atası” tərəfindən zorlanmağı davam edir.

Məhz bu səbəbdən, ekspertiyaza gedən gün, zorlanmaqdan banka qapağı boyda olmuş anal dəlikdən “ata”nın toxumları şırhaşır tökülüb.

Mən təsəvvür edirəm ki, bu tip neçə şikayət, bax beləcə, hüquq-mühafizə orqanları tərəfindən soyuqqanlı münasibətlə rastlaşaraq, həll olunmayıb.

Beləcə, çox sayda seksual əsarətdə qalan qızlar var.

Elə onlardan ikisini mən şəxsən xilas etmişəm.

Bu, mənə səhərimi bölmədə açmağa, yekə-yekə mayorlarla qırğına çıxmağa, məsələ həllini tapmayınca, oranı tərk etməyəcəyim tələbləri hesabına başa gəlib.

Məndən çəkiniblər, çünki hadisənin mediada işıqlanacağından qorxublar və mütəşəkkil şəkildə əməliyyat keçirilib.

Amma hamı Sevda Məhərrəmova, Ülviyyə Alovlu deyil.
Hamı mübarizənin sonuna çata bilmir və ya imkan vermirlər.

Dirəşmək lazımdır, qormamaq, xilas üçün əlindən gələni etmək lazımdır.

İmkan düşdükcə də ətrafınızdakı qız uşaqlarına qarşı daha həssas davranmalı, onlarla səmimi söhbət etməkdən çəkinməməliyik.

Bəlkə, elə öz balaca doğma qızınızı (bəlkə də oğlunuzu) qardaşı, atası, dayısı, qonşusu, sinif yoldaşı və ya daha kimsə seksual zorakılığa məruz qoyur?

Bu baryerlər nəyə lazımdır?

Camaat nə deyər – yarlığı bizi niyə idarə etməlidir?

Sizə qondarma mentalitetin baryerləri daha dəyərlidir, yoxsa doğma qızınızın, bacınızın, rəfiqənizin xoşbəxtliyi?

Dünən haqqında yazdığım körpənin bütün qohum-əqrabası günhakar olaraq o qızı çıxardı.

Nənə, bibilər qırğın edir ki, polisə getməməliydiniz.

Cinayətkarın xala uşaqları, yekə-yekə “kişilər” isə deyir ki, atanı yoldan sən çıxarmısan, günah səndədir.

6 yaşlı qız öz “atasına” qarşı hansı seksual hərəkətlər edə bilər, axı?

Xalxın sözü, evin içindən niyə vacib və dəyərli olmalıdır, axı?

Deməli, qızını zorlamaq normaldır, amma bu haqda şikayət etmək yox?

Nə isə.

Bu gün o şərəfsiz “ata”ya hökm oxundu.

Prokuror cinayətkara 20 il həbs tələb etsə də,
hakim – yumşaldıcı məqamları nəzərə alaraq, 18 il iş verib.

Təbii ki, mən anlaya bilmirəm ki, beləsi üçün “yumşaldıcı məqamlar” nə ola bilər?

Atasının şəhid statusu ya himayəsində azyaşlı qız uşağının olması?

Məncə, bunlar, əksinə, gücləndirici səbəb olmalıydı.

Ən acınacaqlısı da budur ki, o “ata” həbsdən çıxanda zorlanmış qızın cəmi 38 yaşı olacaq.

Kim qarantiya verir ki, o, çıxıb ana və balaya qisas planı hazırlamayacaq?

Ona görə də hesab edirəm ki, pedofiliya ömürlük həbslə cəzalandırılmalıdır!

P.S: Hadisə ilə bağlı daha ətraflı məlumatı Sevda xanımdan ala bilərsiniz. Üzləşdiyiniz bu tip problemlə də bağlı heç çəkinmədən Sevda xanıma və ya mənə yaza bilərsiniz. Əmin olun, xilas tapılacaq!

Ülviyyə Alovlu

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +