Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.12.2021  19:58 

“İdeal” mağazalarının keçmiş sahibi: “Bəzi məsələlər barədə hələ danışmıram”





A+  A-

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbdsə olan iş adamı İlqar İsmayılovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə iclasında hakim Əli Məmmədov bu qərarı elan edib. Növbəti məhkəmə iclasında artıq çıxışlar mərhələsi başlayır və prokuror təqsirləndirilən iş adamına cəza istəyəcək.

Hərçənd, İlqar İsmayılov özü də, onun vəkilləri də məhkəmə istintaqının tamamlanmasına etiraz edib.

“Mən həmişə dövlətin, dövlətçiliyin tərəfində olmuşam. Elə məsələlər var ki, buna görə açıqlamamışam. Kommersiya sirri hesab etdiyim, qarşı tərəflə (“İdeal”ın indiki sahibi, AZAL prezidentinin xanımı Zərifə Həmzəyeva nəzərdə tutulur) mənim aramda olan bir sıra məsələlər haqda hələ danışmıram”, – İlqar İsmayılov bildirib.

1999-cu ildə “İdeal Company”ni təkbaşına yaradan İlqar İsmayılov 2011-ci ildə şirkətin 50 faizini Zərifə Həmzəyevaya satmaqla onunla şərik olub. O, 2013-2016-cı illərdə Zərifə Həmzəyevanın xəbəri və razılığı olmadan 680 min manatı şirkətin kassasından götürüb xərcləməkdə ittiham olunur. Qarşı tərəf iddia edir ki, ona çatacaq mənfəəti İlqar İsmayılov mənimsəyib, ona şirkətdən gəlir verilməyib.

İlqar İsmayılovun vəkili İlhamə Həsənova 2013-2016-cı illərdə Zərifə Həmzəyevaya “İdeal Company” tərəfindən dividend formasında 5 milyon 833 min 296 manat vəsait ödənildiyini təsdiqləyən sənədləri hakimlərə təqdim edib.

“2013-cü ilin yanvar ayından başlayaraq, 2016-cı ilin dekabr ayına qədər “İdeal Company” MMC tərəfindən dividend formasında Zərifə Həmzəyevaya “Gazelli” şirkəti vasitəsilə ödənilməsi sənədlərlə sübut olunur”, – vəkil bildirib.

Müdafiəçi vurğulayıb ki, prokurorluq istintaq zamanı “İdeal Company”nin kompüterlərində aşkarladığı məlumatları – bütün materialları yaddaş kartına köçürüb.

Həmin yaddaş kartı da cinayət işinin materiallarına əlavə olunub. Yaddaş kartında olan sənədlər arasında Zərifə Həmzəyevaya 5.8 milyon manat mənfəət ödənilməsinə dair materiallar da var. Lakin məhkəmədə yaddaş kartı açılmayıb, onun içindəki materiallar araşdırılmayıb: “Bu vəsaitin Zərifə Həmzəyevaya ödənilməsi gündəlik kassa hesabatları, məxaric qəbzləri və kassa əməliyyatları üzrə yönəltmələrlə də öz təsdiqini tapır”.

Müdafiəçinin sözlərinə görə, İlqar İsmayılov 2013-2016-cı illərdə şirkətdən digər təsisçinin xəbəri olmadan, özbaşına 680 min manat vəsaiti götürüb mənimsəməkdə ittiham olunur. Halbuki, həmin dövrdə iş adamı 2 milyon 717 min dollar, 4 milyon 498 min 440 manat və 780 min avro “İdeal Company”nin kassasına pul köçürüb: “İlqar İsmayılovun şirkətdən özbaşına 680 min manat pul götürməsi ittihamı həqiqətəuyğun deyil. Hətta ittiham əsaslı olsaydı belə, onun köçürdüyü vəsaitlərdən 680 min manat çıxıla bilərdi. Mənim təqdim etdiyim sübutlar istintaqın özü tərəfindən cinayət işi materiallarına əlavə olunmuş yaddaş kartındakı proqram təminatından çıxarılmış sənədlərdir”.

Vəkil məhkəməyə təqdim etdiyi sənədlərin cinayət işinin materiallarına əlavə olunması barədə vəsatət qaldırıb.

Müdafiə tərəfinin daha bir vəsatəti isə yaddaş kartının açılması və içindəki materialların tədqiq edilməsi haqda olub:

“Məhkəmədə sənədlərin tədqiqi mərhələsində həmin yaddaş kartı tədqiq olunmadı. Bildirildi ki, həmin kartın açılması mümkün deyil. Xahiş edirik, yaddaş kartının açılması üçün mütəxəssis cəlb olunsun, onun köməkliyilə yaddaş kartı açılsın və proqram təminatı məlumatları məhkəmədə araşdırılsın”.

Prokuror mütəxəssis dəvət olunması, yaddaş kartının açılması və araşdırılmasına, eləcə də Zərifə Həmzəyevaya 6 milyona yaxın mənfəət ödənilməsi haqda sənədlərin iş materiallarına əlavə olunmasına etiraz edib.

Hakimlər sənədlərin iş materiallarına əlavə olunması haqda vəsatəti təmin edib. Mütəxəssis cəlb olunması və yaddaş kartının açılıb tədqiq olunması barədə vəsatət isə rədd edilib.

Daha sonra hakim bu iş üzrə bir neçə aydır davam edən məhkəmə araşdırmasının yekunlaşdığını elan edib.

Dekabrın 27-də davam edəcək növbəti məhkəmə iclasında prokuror çıxış edib, İlqar İsmayılova cəza istəyəcək.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un da rəhbəridir./Meydan TV

Xəbər 1148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +