İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


20.12.2021  19:29 

“Yol bizi canımızdan bezdirib” - Bir kəndin min dərdi...





A+  A-

Yolsuzluq kənd sakinlərinin əsas dərdinə çevrilib...

“Yayda toz-torpağından, qışda gölməçəsindən, palçığından bezmişik. Bu yol gözümüzü açandan bərbad gündədir və düzəlmir”.

Göyçayın Qızılağac kəndinin sakinləri kəndin yol problemindən cana doyduqlarını deyirlər. İllərdir bu barədə rayon rəhbərliyinə etdikləri müraciətlərin bir faydasının olmadığını söyləyirlər.

Yolun kənarında dayanıb oğlunun mətəbdən gəlməsini gözləyən kənd sakini Səmayə İsayeva deyir ki, peşmandır rayon mərkəzində bir işi olsun, kənddən rayona getmək zülmdür:

“Çıxırsan yola ki, maşın tapıb gedəsən, təpədən dırnağa palçığa batırsan. Yenə qış gəlib, qara günlər başlayıb. Ən pisi də elə yollar pis olduğu üçün rayon mərkəzinə gedən maşınların baha qiymət oxumasıdır. Mən yenə ayda-ildə bir dəfə çıxıram. Ancaq bunun rayonda işləyənləri var, həftədə bir neçə dəfə rayon xəstəxanasına getməyə məcbur olan xəstələr var. Məsələn, qohumumuz həftədə 3 dəfə dializə gedir, canından bezib”.

Sakinləri deyirlər ki, yayda problem çox göz deşmir. Sadəcə toz-torpaq və sürücülərin şikayəti olur problem.

Ancaq qışda palçıq birbaşa hamının həyatına təsir edir:

“Yağış yağır, çalalar su ilə dolur, yollar palçıq olur. Heç baxan da yoxdur. Dəfələrlə rayon rəhbərliyinə, yuxarılara məktublar göndərmişik, xeyri olmayıb. Axırıncı dəfə yalan-doğru dedilər ki, guya kəndə yaxşı yol çəkəcəklər. Hələ bir xəbər yoxdur. Düzdür, kəndarası, məhəllə yolları da pis gündədir, kaş ona da bir çarə tapıla, çox yaxşı olar. Ancaq bizim əsas dərdimiz rayona gedən ana yoldur ki, bu gün təmirə ehtiyacı var”.

Yaxın qonşu kəndlərin bəzilərində yol probleminin həll olunduğu da sakinlərin nəzərindən qaçmayıb. Hər dəfə hansısa kəndin yol problemi həll olunanda sevinirlər ki, bir gün Qızılağacın yolları da təmir ediləcək:

“Hələ ortada bir şey yoxdur. Gözləyirik, görək bizi nə vaxt bu bəladan xilas edəcəklər. Deyirlər: “Siz bilmirsiz, yol çəkmək ucuz başa gəlmir, gərək büdcədən pul ayrıla”. Ayrılsın, biz də bunu istəyirik. Bunun üçün gərək rayon rəhbərliyi müraciət etsin ki, filan kəndin yolu bərbaddır, təmirə ehtiyac var. Görünür, bizim kəndi hər il sona saxlayıralar”.

Kənd sakinlərindən Azər Əliyev də yoldan şikayətçidir. Deyir, bu yollarda nə maşın salamat qalır, nə də əsəbləri:

“Yol bizi canımızdan bezdirib. Maşını yuyursan, 5 dəqiqəyə palçığa batır. Bu, ən sadəsidir. İki gündənbir ustadayıq. Bu yollar keçilməzdir. Amma məcburuq, bizim çörəyimiz də bundan çıxır”.

Göyçay Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Musayev Meydan TV-yə bildirib ki, Qızılağac kəndinin sakinlərindən təzəlikcə də yol problemi ilə bağlı məktub alıblar:

“Bəli, orada yol problemi var. Biz Göyçay Bərgüşad avtomagistralının Qızılağac kəndi istiqamətinin təmiri, yenidənqurulması ilə bağlı artıq Bakıya müraciət ünvanlamışıq. Adətən, vəsait ayrılanda həmin işə Azərbaycan Avtomobil Yolları baxır. Yəni təmir-tikinti ilə onlar məşğul olurlar. Ümid edək ki, tezliklə məktuba müsbət cavab alacağıq və Qızılağacın yol ilə bağlı problemi qalmayacaq”.

2022-ci ilin dövlət büdcəsindən Göyçaya vəsait ayrılmayıb. Yalnız 14 rayona vəsait ayrılacağı qeyd edilib ki, onlar da əsasən, işğaldan azad edilən bölgələrdir.

Həm hökumət rəsmiləri, həm də Prezident İlham Əliyev Azərbaycanın əksər rayonlarının özlərini dolandıra biləcək gücünün olduğunu düşünür.

Hətta Prezident İlham Əliyev sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına yeni təyin olunan icra başçıları ilə görüşündə sabiq məmurların ünvanına tənqidlər səsləndirməklə yanaşı, regional inkişaf məsələlərinə də toxunub. O, öz çıxışında əvvəlki illərdən fərqli olaraq, artıq rayonların çoxunun mərkəzi büdcədən dotasiya almadan xərclərini qarşıladığını bildirib:

“10 il bundan əvvəl, demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam”.

Prezident əlavə edib ki, aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır:

“Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”.

Xəbər 1299 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +