Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.12.2021  17:04 

“Media haqqında” AR Qanun layihəsi təklifi ilə bağlı müraciət yayıldı - MƏTN





A+  A-

Bir qrup jurnalist, hüquqşünas və media eksperti “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifi ilə bağlı müraciət yayıb.

XəzərNews.az xəbər verir ki, Müraciətdə deyilir:

- Biz - bu müraciəti imzalayanlar, Azərbaycan Respublikası Milli Məclisində 1-ci oxunuşda qəbul edilən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi təklifinin media və ifadə azadlığını məh­dud­laş­dırmağa geniş imkanlar açmasından təəssüflənir, təklifin ictimai müzakirə testindən keçmədən, tələm–tələsik parlamentdə müzakirəsini demokratik dəyərlərə sayğısızlıq kimi qiymətləndirir, Milli Məclisi sözügedən layihəni gün­də­likdən çıxarmağa, geniş qatılımla işlənməsi üçün geri qaytarmağa çağırırıq.

“Media haqqında” Azərbaycan Respublikası Qanunu təklifinin parlament müzakirələrinə qədər qapalı tutulması, bilgi açıqlığı ilə bağlı milli qanunlara, eləcə də Azərbyacanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun deyil.

Layihə ölkənin media ictimaiyyətinin, habelə Azərbaycanın tərəfdaşlıq etdiyi Avropa Şurasının Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin müsbət rəyini almayıb.

Milli Məclisin 2005-ci ildə qəbul etdiyi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu, media hüququ ekspertlərinin, yerli, beynəlxalq ictimaiyyətin iştirakı ilə hazırlanmışdı. Həmin Qanun, ictimai bilgilərə çatımla bağlı əlverişli qanuni mexanizmlər yaradıb, onu indi də beynəlxalq təşkilatlar, mütərəqqi ölkələr örnək kimi göstərirlər.

Müzakirəyə çıxarılan “Media haqqında” qanuna münasibətdə bu yaxşı təcrübənin də görməzdən gəlinməsi təəssüf doğurur.

Qanun təklifi ilə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının ifadə və media azadlığı hüququnu qoruyan müddəaları arasında ciddi uyğunsuzluqlar var. Konstitusiya hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir, fikir, söz azadlığını, məlumat azadlığını qoruyur.

Bütün konstitusion hüquq və azadlıqlar beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Beynəlxalq müqavilələr milli qanunvericilik sistemimizin ayrılmaz tərkib hissəsidir və onunla milli qanunlar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilməlidir. Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı hüququnu təminat altına alan 10-cu maddəsi isə ifadə azadlığına müdaxilələrin aydın çərçivəsini, əsaslarını müəyyən edir. Təəssüf ki, qanun layihəsi təklifi qeyd edilən testlərin heç birinə cavab vermir, ifadə, media azadlığına gərəksiz müdaxilələrə münbit şərait yaradır.

Qanun təklifi, kimlərin jurnalistika peşəsi ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdə dövlətə geniş imkanlar açır, medianın özünütənzimləməsi modelindən imtinanı mənimsəyir. Dövlətin jurnalistlərə reyestr yaratması, reyestrlə bağlı çətin şərtlərin müəyyən edilməsi, vahid vəsiqə qaydasınının tətbiqi, qanunla jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş bütün məlumatların yayılmasını yasaqlamaq kimi tələblərin qoyulması, ifadə azadlığı hüququnun mühüm komponenti olan media azadlığına sağalmaz yaralar vura bilər.

Layihə təklifində audiovizual media subyektləri ilə bağlı mücərrəd, media qanunvericiliyi yaradıcılığı təcrübəsində rastlanmayan anlayışlardan istifadə olunması, tənzimləmələrin anlaşılmazlığı, təklif edilən layihənin mümkün faydlarını da kölgə altına salır. Xüsusilə, layihə təklifindəki lisenziya şərtinə tabe etdirilən “platforma yayımçı və operatorları” ilə bağlı tənzimləmələr media, ifadə azadlığına məhdudiyyətlər üçün geniş imkanlar açandır. Anlayışlarla bağlı qanun təklifinin mətninin anlaşılan olmaması, internet televiziyalarının tənzimlənməsinin də “platforma yayımçısı” anlayışı altına daxil ediləcəyinə ciddi əsas yaradır.

Biz, qanun layihəsi təklifinin ölkəmizin işıqlı, firavan gələcəyinə deyil, daha da qapalı mühitin formalaşmasına xidmət etməsindən narahatlığımızı ifadə edir, ifadə azadlığı hüququnun bütün başqa hüquqlardan faydalanmaqda mühüm önəmini, eyni zamanda bu hüququn özünün də mütləq hüquq olmadığını vurğulayırıq. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ifadə, media azadlığı ilə bağlı məhdudiyyətlər mütləq legitim, adekvat, demokratik cəmiyyətdə zəruri olmalı və təxirəsalınmaz sosial tələbatdan doğmalıdır.

İfadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında aydın ifadə edilmiş əsaslara uyğun olaraq, məhdudiyyətlərə məruz qala bilər.

Milli Məclisin müzakirəsinə çıxarılan təklifin bu əsaslara adekvat olmaması səbəbindən, hökuməti, bu layihənin qanuna çevrilməməsi üçün gərəkli addımları atmağa - onu parlamentin gündəliyindən çıxarmağa, yenidən vətəndaş cəmiyyəti təmsilçilərinin də yer aldığı işçi qrup yaratmağa və layihəni yenidən işlənməsi üçün həmin qrupa təqdim etməyə çağırırıq.



Xəbər 908 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +