Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.12.2021  10:59 

Polis ona aid olmayan işi niyə araşdırır?





A+  A-

Bakıda sahibkar onunla bağlı başlanan cinayət işinin düzgün aparılmadığını iddia edir.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən şikayətçi Vüsal Qasımzadə bildirib ki, tanışı və biznes ortağı Müzəffər Salmanovun müraciəti əsasında Yasamal Rayon Polis İdarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Müzəffər Salmanov istintaqa əlyazma təqdim edərək ifadəsində qeyd edib ki, V.Qasımzadə dələduzluq yolu ilə ondan 123 000 dollar alaraq mənimsəyib. V.Qasımzadənin sözlərinə görə, Müzəffər Salmanovu 2019-cu ilin dekabrından tanıyır: "Onunla razılığa gəlmişdik ki, yerli bazarda armatur, katinka və müxtəlif tikinti materiallarının şərikli alqı-satqısı ilə məşğul olaq.

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən Müzəffər Salmanova aid ofisdə bir neçə dəfəyə ondan 123 000 dollar almışam. Bu pulla aldığım materialların alqı-satqısı nəticəsində əldə olunan qazancı elə həmin ofisdə Müzəffərə vermişəm. Hər dəfə pulu verəndə də onun otağındakı kameraya pulu göstərib sonra özünə vermişəm. İndi Müzəffər ofisi başqasına satıb, kamera görüntüləri də məhv edilib. Həmin iş üzrə araşdırmanın Yasamal rayonuna aidiyyəti olmadığına baxmayaraq, iş Yasamal rayon Polis İdarəsində araşdırılır”.

V. Qasımzadə deyir ki, qanuna görə şikayəti Nərimanov rayonunun hüquq-mühafizə orqanları araşdırmalıdır: “Əslində bu iş mülki məsələdir, burada cinayət tərkibi yoxdur. Yasamal polisi isə mülki məsələ olan pulu ödətdirmək üçün cinayət işi başladıb mənə təzyiq edir. Amma araşdırılsa belə, bunu Yasamal yox, Nərimanov polisi etməlidir. Mən Müzəffərlə heç vaxt Yasamal rayonu ərazisində görüşməmişəm. Araşdırma zamanı vəkilim dəfələrlə vəsatət verərək həm mənim, həm də Müzəffər Salmanovun istifadəsində olan mobil nömrələr üzrə anten məlumatların əldə edilməsinə dair sorğunun göndərilməsini xahiş edib.

Buna baxmayaraq, həmin vəsatətlərə nə rayon prokurorluğu, nə də polis idarəsi tərəfindən cavab verilir. Anten məlumatlara dair sorğu əldə ediləcəyi təqdirdə cinayət işinin Yasamal rayonuna aidiyyətinin olmadığı, Müzəffər Salmanovun ifadəsinin həqiqətə uyğun olmaması aşkar olunacaq. Hazırda Yasamal polisi ona aidiyyəti olmayan işlə bağlı cinayət işi başladaraq istintaq aparır.

Belə ki, Müzəffər 123.000 ABŞ dollarını aldıqdan sonra mənim onu müxtəlif bəhanələrlə aldatdığımı göstərib. Halbuki anten məlumatlarla mənim ittiham dövründə Müzəffərlə dəfələrlə görüşməyim, onunla əlaqə saxlamağım və mənim ifadəmdə göstərdiyim kimi birgə ticarətdən gələn xeyrin onunla bölüşdürməyim sübut olunacaq”

Vüsal Qasımzadənin iddiasına görə, həmin cinayət işində şahid qismində dindirilən şəxslər də saxtadır: “Mən həmin şəxsləri tanımıram. Onlar heç vaxt Müzəffərlə görüşlərimizdə yanımızda olmayıblar. Anten məlumatları əldə ediləcəyi təqdirdə bu da sübuta yetiriləcək.

Baş proruror Kamran Əliyev və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək həmin işin nəzarətə götürülməsini və vəsatətlərin təmin edilməsini xahiş edirəm".

Xəbər 982 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +