“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.12.2021  12:23 

Mədət Quliyev bu idmançılara ev və “Mercedes A-Class” verəcək - FOTO





A+  A-

Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti Mədət Quliyev idmançılar üçün təzə mükafatlar müəyyənləşdirib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, eyni zamanda müdafiə sənayesi naziri olan M.Quliyevin göstərişi ilə mükafatlar barədə velosipedçilərin məşq etdiyi zalların girişinə məlumat lövhəsi yerləşdirilib.

Lövhədə Olimpiya, dünya və Avropa çempionu olan idmançıya “Mercedes-Benz A-Class” və ya "BMW" 7-ci seriya avtomobil, Bakı şəhərində 5 otaqlı mənzil, 100 min manat mükafat, ayda 3 min manat olmaqla illik 36 min manatlıq maddi yardım veriləcəyi qeyd olunub.

Adıçəkilən turnirlərdə gümüş medal qazanan idmançı isə “Mersedes E-Class” və ya "BMW "5-ci seriya avtomobil, Bakı şəhərində 4 otaqlı mənzil, 70 min manat mükafat və ayda 2 min olmaqla 24 min manatlıq maddi yardım alacaq.

3-cü yerin sahibi isə “Mersedes C-Class” və ya "BMW" 3-cü seriya avtomobilə, Bakıda 3 otaqlı mənzilə, 50 min manatlıq mükafata və ayda min manat olmaqla illik 12 min manat maddi yardıma sahib çıxacaq.

Qeyd edək ki, rəsmi olaraq Prezident sərəncamı ilə Olimpiya çempionlarına pul mükafatı təqdim edilir.


Xəbər 1770 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +