Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


02.12.2021  23:13 

İran qəzetləri: “İran Ermənistanla sərhəddən məhrum olur?“





A+  A-

İran qəzetləri Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında noyabrın 26-da Cənubi Qafqaz regionunda transit yolların açılmasına dair Soçi sammiti çərçivəsində imzalanan üçtərəfli bəyanatı müzakirə edir.

Onlardan bəziləri rəsmi Bakının "Zəngəzur dəhlizi" adlandırdığı marşrut planını "saxta" adlandırıb və bu təklifin Tehran üçün bir sıra təhlükələr yaratdığını yazıblar. BBC Monitoring bu mövzu barədə İran mətbuatının xülasəsini hazırlayıb.

İslahatçı "Arman-i Milli" gündəlik nəşri dekabrın 2-də yayımladığı məqalədə üçtərəli bəyanatı "İranın Qafqazdan sıxışdırılması" kimi şərh edib.

Qəzet Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin siyasi, iqtisadi, təhlükəsizlik, eləcə də hərbi baxımdan İran üçün mənfi nəticələrinin olacağını iddia edib.

Bununla bağlı qəzet Qafqaz məsələləri üzrə baş analitik Mirqasım Momenidən müsahibə alıb. Siyasi təhlilçi bildirib ki, "İran sərhədləri boyunca tikilməsi planlaşdırılan Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya hərbi qüvvələri cavabdehlik daşıyacaq."

Bunu Kreml rəhbərliyinin İranla birbaşa sərhəd yaratma cəhdi kimi qiymətləndirən analitik, yeni vəziyyəti İran üçün "geosiyasi fəlakət" adlandırıb.

İranın digər islahatçı mətbuatı hesab edilən Etimad nəşri də Zəngəzur dəhlizi ilə bağlı məqalə dərc edib.

"İran Ermənistanla sərhəddən məhrum olur?" başlığı ilə yayımlanan yazıda Qafqaz məsələləri üzrə yerli ekspert Əhməd Kazıminin fikirlərinə yer verilib.

O, NATO qüvvələrinin İranın Şimal-Qərb hissəsində fəallığının artım ehtimalına diqqət çəkərək, Zəngəzur dəhlizini "Turançı (Pan-türkçü) dəhliz adlandırıb.

Əhməd Kazımi sözügedən kommunikasiya xəttinin İranın nəqliyyat, enerji, təhlükəsizlik və etnik maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib.

İranlı siyasi şərhçi təkcə rəsmi Tehranın deyil, qeyd olunan sahələrdə Moskva və Pekinin də ciddi təhlükələrlə üzləşəcəyini vurğulayıb. "Saxta Zəngəzur dəhlizi regional və beynəlxalq səviyyədə anti-İran layihəsidir"- deyə Kazımi əlavə edib.

Etemad qəzeti mövzu ilə bağlı İranın Azərbaycandakı sabiq səfiri Mohsen Pakayindən də müsahibə alıb.

Keçmiş diplomat Zəngəzur dəhlizi ətrafında konsensusun əldə edilməsi üçün Azərbaycan və Ermənistanın müzakirələr aparmalı olduğunu qeyd edib.

Pakayin açıqlamasında onu da deyib ki, iki ölkə ortaq məxrəcə gələ bilməsə, bu planın həyata keçməsi "qeyri-mümkündür"./BBC Azərbaycan

Xəbər 937 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +