Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


27.11.2021  20:16 

“Ehtiyaclarını ödəmək üçün ofisiant, mühafizəçi, satıcı, kassir işləyirlər”





A+  A-

Qiyabi oxuyanlara tələbə təhsil kreditinin verilməməsinin səbəbləri açıqlanıb. Təhsil nazirinin müavini İdris İsayev qiyabi təhsil alanların əmək bazarında işləyib, pul qazana biləcəklərini deyib.

Nazir müavini bildirib ki, əyani təhsil alanların işləmək və gəlir əldə etmək imkanları yoxdur:

“Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir”.

XəzərNews.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Meydan TV-yə deyib ki, əyani və qiyabi təhsil alan tələbənin hüquqları bərabərdir. Qiyabi təhsil alanlara kreditlərin verilməməsi onların hüquqlarının məhdudlaşdırılması deməkdir:

““Qiyabi oxuyan tələbə işləyə bilər”, – deyəndə nə nəzərdə tutulur? Qiyabi təhsil alan ofisiant işləməlidir, yoxsa mühafizəçi? Belə olan halda, zəhmət olmasa, Təhsil Nazirliyi 20 min qiyabi tələbəni işlə təmin etsin. Əyanilər də işləyir. Hamısı ehtiyaclarını ödəmək üçün restoranda ofisiant, mühafizə xidmətində, marketlərdə satıcı, kassir işləyirlər”.

Ekspertin fikrincə, təhsil tələbə kreditləri çox çətin şərtlərlə verilir. Belə ki, kreditin çox yüksək – 6 faizlə verilməsi tələbələrə maddi problem yaradacaq. Digər məsələ isə müraciət zamanı yaranan çətinliklərdir.

“Kredit bu qədər dolayı olmamalıdır. Tələbə gedib, notariusdan sənəd yığmamalıdır. Onun tələbə olması, eyni zamanda, ehtiyacının olduğunu təsdiqləyən sənəd elektron portalda var. Tələbə birbaşa oradan rahatlıqla müraciətini etməlidir”, – Kamran Əsədov deyib.

2021-ci il iyunun 17-də Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Məqsəd aztəminatlı təbəqələrin təhsilə əlçatanlığını təmin etməkdir.

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manatdır.

Noyabrın 25-də Təhsil Nazirliyi təhsil tələbə kreditinin verilməsi şərtləri ilə bağlı brifinq keçirib. Brifinqdə nazir müavini İdris İsayev kredit şərtləri, faiz dərəcələri və güzəştlər haqqında danışıb.

Xəbər 1122 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +