Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


26.11.2021  10:32 

Təhsil kreditində daha bir müəmma: Digər banklar və sığorta şirkətləri niyə kənarda qalıb?





A+  A-

“Təhsil tələbə krediti ilə bağlı keçirilən brifinqdə məlum oldu ki, digər güzəştli maliyyə mexanizmlərindən (ipoteka, sahibkarlığa dəstək və s.) fərqli olaraq bu maliyyələşmə mexanizminə cəmisi bir bank (Kapital bank) və bir sığorta şirkəti (Paşa Həyat) xidmət göstərəcək. Bu halda ortaya suallar çıxır. Digər banklar və sığorta şirkətləri niyə kənarda qalıb? “Kapital Bank”ı və “Paşa Həyat”ı hansı prinsiplə seçiblər? Bu barədə tender keçirilibmi? Hansı üstünlüyə görə “Kapital Bank” seçilib? Böyüklüyünə və şəbəkələşməyinə görə Beynəlxalq Bankdan geri qalır. Xidmətin keyfiyyətinə görə ondan üstün xeyli özəl banklar var”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, xidmət üçün cəmi bir bank və bir sığorta şirkətinin seçilməsi risklidir və gələcəkdə kreditlərin maliyyələşdiriməsində fasilələr yarada bilər:



Birincisi, reytinq uyğunsuzluğunun yaranması riskidir. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın 6.2.5-ci maddəsinə əsasən, müvəkkil bankın kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olmalıdır. Hazırda müvəkkil bank olan “Kapital Bank”ın reytinqi ölkə üzrə verilmiş reytinqdən maksimum səviyyədə - iki pillə aşağıdır. Həm “Moody`s”, həm də “S&P” reytinqləri üzrə fərq 2 pillədir. Fərz edək ki, sabah bu reytinq agentlikləri Azərbaycanın reytinqi bir pillə qaldırdılar və ya müvəkkil bankın reytinqini bir pillə aşağı saldılar. Bu halda necə olacaq? Bu o deməkdir ki, qanunvericiliyin tələblərinin təmin olunması üçün bütün əməliyyatlar dayandırılaraq yeni müvəkkil bank müəyyənləşdirilməlidir.



İkincisi, müvəkkil bankın ləğv edilməsidir. Adıçəkilən Qaydanın 6.9-cu maddəsinə görə, müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir. Əgər nəzəri olaraq bu hal baş verərsə, həmin maddəyə görə, ilk növbədə sığortalanmış əmanətlər, sonra ləğvedicinin pulu, daha sonra bədən xəsarəti almış bank işçilərinin vəsaitləri, dövlət büdcəsinə ödənişlər icra edilir. Əgər pul qalarsa, sonra Fondun pulları qaytarılır. Belə olan halda milyonlarla vəsaitin taleyi sual altına düşür.

Üçüncüsü, risklərin diversifikasiya olunmamasıdır. Belə ki, həm bankın, həm də sığorta şirkətinin eyni qrupa daxil olması. Yəni həm “Kapital bank”, həm də “Paşa Həyat” şirkəti Paşa Holdinq Qrupuna daxildir. Bu isə risklərin diversifikasiya olunmaması baxımından arzuolunan hal deyil.



Hər bir halda həm Sahibkarlığın İnkişafı Fondu, həm İpoteka Fondu, həm də digər institutlar vasitəsilə reallaşdırılan maliyyələşmə mexanizmlərinə çoxlu sayda müvəkkil banklar və sığorta şirkətləri cəlb edilib. Bu təcrübə bizdə var. Bəs bu halda niyə indi digər banklar və sığorta şirkətləri prosesə buraxılmır? Söhbət vergi ödəyicilərinin, Azərbaycan vətəndaşlarının pullarının taleyindən gedir. Bütün prosedurlar şəffaf, açıq və hesabatlı olmalıdır. Əks halda son vaxtlar hökumətin elan etdiyi “ağarma” siyasəti şüarçılıqdan uzağa getməyəcək”.

Xəbər 2875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +