Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.11.2021  23:26 

İqtidar Saleh Rüstəmlini niyə həbs edib?





A+  A-

AXCP-Milli Şura alyansı bu suala belə cavab verir ki, Saleh bəy həbs olunan siyasi məhbusların ailəsinə maddi yardım göstərmək üçün müəyyən işlər görüb. Bundan xəbər tutan iqtidar Saleh bəyi narko-alverçi elan edərək onu 7 il 3 ay müddətinə azadlıqdan mərhum edib. Bu haqsızlığa cavab olaraq Saleh Rüstəmli 15 gündən çoxdur ki, aclıq aksiyası keçirir.

AXCP-Milli Şura Saleh bəyin həbsdən azad olunması üçün sosial şəbəkələrdə təbliğat aparır. Bəzən hətta ifrata vararaq deyirlər ki, Saleh bəyi müdafiə etməyən namuslu adam ola bilməz. Bu kimi giley-güzar janrında çağırışlar getdikcə daha çox səslənir. Təbii ki, belə şeylər əks-effekt verir.

Bu məsələyə mənim baxışım necədir? Dəfələrlə yazmışam ki, Azərbaycanda siyasi məhbus olmamalıdır. Ancaq son 30-35 ildə Azərbaycanda həmişə siyasi məhbus olub. İndi də var. Bu gedişlə bundan sonra da olacaq. Bəzən iqtidar Qərbin təzyiqi ilə bir qrup siyasi məhbusu əfv edir, 5 gün sonra əfv etdiyindən daha çox müxalifətçi həbs edərək siyasi məhbus siyahısının sona çatmasına imkan vermir.

Saleh Rüstəmli məsələsinə gəlincə, əlbəttə, o, narko-alverçi-filan deyil. Bu böhtandır. Bu böhtan əsasında bizim oyuncaq məhkəmələrimiz yuxarıdan gələn sifarişə uyğun olaraq adamı şərləyərək mühakimə edirlər. Bizim iqtidar əl-əyağına dolaşan namuslu bir adamın sinəsinə saxta bir yarlıq asmaqdan zərrə qədər də çəkinmir. Yəni buna görə vicdan əzabı çəkmək kimi bir narahatlığı yoxdur. Azərbaycan iqtidarı öz opponentlərini şərləyib həbs etməyi siyasi mübarizənin tərkib hissəsi hesab edir və buna çox normal baxır.

O da aydın görünür ki, bir qayda olaraq əsasən cəbhəçilər həbs olunurlar. Niyə belədir? Çünki iqtidar cəbhəçilərin davranışından son dərəcə narazıdır. İqtidar hesab edir ki, AXCP ona qarşı böhtan xarakterli təbliğat kampaniyası aparır. Böhtançıların isə nazı ilə oynamaq lazım deyil.

Cəbhəçilərdən sonra daha çox həbs olunanlar isə İrana bağlı islamçılardır. O da faktdır ki, AXCP-Milli Şura alyansı ilə İrana bağlı islamçı qüvvələr müttəfiqdir. Bu amil də iqtidarı hər iki tərəfə qarşı daha aqressiv mövqedən çıxış etməyə təhrik edir.
Ötən yazılarımda qeyd etmişdim. İqtidar sayı 70-ə çatan partiyaların əksəriyyəti ilə danışıqlar aparıb.

Müəyyən razılaşmalar əldə olunub. Ancaq iqtidar AXCP-Milli Şura alyansı və Müsavat Partiyası ilə bu kimi danışıqlara getməyib. Bu danışıqların baş tutmamasında hansı tərəf günahkardır? Demək çətindir. Bildiyim odur ki, Azərbaycanın daxilində siyasi konsensusun əldə olunması üçün bu danışıqların aparılması və bir çox məsələlərlə bağlı ortaq məxrəcə gəlmək çox yaxşı olardı. Nə qədər ki, bu danışıqlar aparılmayıb, anlaşma əldə olunmayıb bu kimi həbslər davam edəcək.

Bir şeyi də deyim. Azərbaycanda 70 yaxın siyasi partiya var. Onlar bir araya gəlib iqtidar qarşısında belə bir tələb irəli sürə bilmir ki, Azərbaycanda siyasi məhbus məsələsinə birdəfəlik son qoyulmalıdır. Bu işi görmək üçün təpər lazmdır.

Ziyalılarımız da bu baxımdan ortaya iradə qoya bilərdi. Ancaq iqtidar bəlli üsullarla onların da ağzına yekə bir qıfıl vurub.

Mənim baxışıma görə, AXCP-Milli Şura alyansı hələ iqtidarla birbaşa danışıqlara getməkdə maraqlı görünmür. İqtidar isə özünün elə aparır ki, guya ortada olan əsas müxalif qüvvə AXCP deyil. Əslində AXCP ilə iqtidar arasında müəyyən münasibətlər var. Cəbhəçilər ABŞ-ın Bakıdakı səfirliyi üzərindən iqtidara təsir etməyə üstünlük verirlər. Bu təsir isə ortaya ciddi nəticə qoymaq gücündə deyil. Çünki Amerika yaxşı bilir ki, İlham Əliyev iqtidarı çox güclüdür. Qarabağdakı möhtəşəm qələbədən sonra bu güc birə beş artıb. Praqmatik Amerika iqtidara gəlmək şansı aşağı olan bir təşkilata görə İlham Əliyevlə üz-göz olmaq istəmir...

Düşünürəm ki, Azərbaycanda siyasi məhbusların olması biabırçılıqdır. Bu, Azərbaycan dövlətinin üzərində qara bir ləkədir. Millət olaraq bu ləkəni nə qədər tez aradan qaldıra bilsək, bir o qədər yaxşı olar...

Elbəyi Həsənli

Xəbər 3157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +