“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


17.11.2021  21:50 

Azərbaycanda ailələri analar dağıdır?





A+  A-

Bu ilin 9 ayında Azərbaycanda 41 min 67 nikah, 12 min 892 boşanma qeydə alınıb. Statistikadan göründüyü kimi, boşanmaların sayı kifayət qədər, yəni təxminən 30 artıb və artmaqda da davam edir.

Bəzən gənc ailələrin dağılmasında şou-biznes əhli günahkar sayılır. “Röya ərindən boşandı”, “Aygünün əri yoxdur”, “Xumar Qədimovanın kimsəciyi yoxdur, amma milyonçudur” sayaq rəyləri ucadan deyənlər də var. Yəni boşanmalarda daha çox qadınların pul və şöhrət hərisliyi qabardılır. Bəs, görəsən, müğənnilər bu barədə nə düşünür? Onlar özünü günahkar, tifaqdağıdan, evyıxan sayırmı?

“İnanın, boşanmalarda günah qız analarındadır. Çoxu elədir, hamıya şamil eləmirəm. Amma qız analarının ucbatından bir çox ailə dağılır”.

XəzərNews.az xəbər verir ki, bunu Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib və baiskarlıq ittihamını gənc ailələrin valideynlərinə yönəldib:

“Bu, şəxsi fikrimdir. Boşanmalarda müğənniləri günahlandıranlar, niyə yaxşı insandan yaxşı xüsusiyyət götürmürlər ki? Mən müğənniyəm, universitet bitirmişəm, məndən nümunə götürürsə, bunu öyrənsin.

Dünən bir tədbirdə idim, orada aparıcı bir müğənnini təqdim etdi, həmin müğənni də çox eybəcər, gənclərə örnək ola bilməyəcək şəkildə, mental dəyərlərə uyğun olmayan libasda idi. Anam-bacım, bura Avropa deyil axı, Azərbaycandır! Amma həmin müğənnini səhnəyə elə gözəl cümlələrlə təqdim edib çağırdılar ki, camaatda da çaşqınlıq yarandı.

Mən beləsinə heç müğənni də demirəm. Sosial şəbəkələrdə özünü müğənni kimi təqdim edənlər küçə adamlarıdır. Halbuki o qədər gözəl sənətçilərimiz var. Elnarə Abdullayeva, Gülyaz-Gülyanaq bacıları. Əsl Azərbaycan qadının keyfiyyətlərinə malik insanlar. Daha 2 mahnı oxuyub əxlaqsızlıqla məşğul olanı yox”.

İfaçı hər sahədə pis insanların olduğunu qeyd edib:

“Təkcə müğənnilik peşəsində deyil, hər bir sahədə pisi də var, yaxşısı da. Bu müəllimlərdə də, həkimlərdə də, gözəllik salonu işçilərində də aiddir. Niyə pisə baxıb pis şey götürürlər?! Bəzən deyirlər ki, kimsə kiminsə tərbiyəsini pozdu, bu boş söhbətdir. İnsanın özünün qanında, canında pozğunluq olmasa, 100 adam da yığışsa, bir şey edə bilməz. Elə ailələr tanıyıram ki, ata əyyaşdır, amma oğlu alim. Yəni heç öz atasından örnək götürməyib. Bəs o uşağın tərbiyəsi niyə pozulmayıb? Hər kəs özünə cavabdehdir!

Yeri gələndə atam rəhmətə gedib, qardaşım yanımda deyil, ərim, yəni “bunu etmə-eləmə” deyənim yoxdur, amma pis işlə məşğul olmuram, bilirəm ki, bu zərərdir. Çünki şüurum, ağlım var, bilirəm ki, pis əməl məni hörmətdən sala bilər”.


Xəbər 2436 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +