Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


10.11.2021  13:13 

Tanınmış jurnalistin qızının Türkiyə universitetində Zəfər təqdimatı - Fotolar





A+  A-

Süleyman Dəmirəl Universitetinin Sağlıq bilimləri fakültəsində Azərbaycanın Zəfər Bayramı və Bayraq günü münasibətilə tədbir keçirilib.

XezerNews.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin Dövlət himnlərini oxuyan tələbələr hər iki ölkənin azadlığı uğrunda canını qurban vermiş şəhidləri bir dəqiqəlik sükutla yad ediblər.

Fakültənin fizioterapiya və reabilitasiya bölümünün II kurs tələbəsi Qənirə Məmmədli “Azərbaycanın Zəfər günü” təqdimatı ilə çıxış edib. Qeyd edib ki, noyabrın 8-i Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış ən şanlı səhifədir.

“2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Azərbaycan ordusu bütün cəbhədə sürətli əks-hücuma keçdi. Münaqişələr tezliklə İkinci Qarabağ müharibəsinə çevrildi” deyən Q.Məmmədli 44 günlük müharibədə oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşanın azad edildiyini vurğulayıb.

“Vətən müharibəsində həlak olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2908 əsgəri şəhid olub, 6 nəfər itkin düşüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə can sağlığı versin”.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistanın məğlubiyyətini qəbul etdiyini deyən SDU-nun tələbəsi noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandığını vurğulayıb.

“Azərbaycanda Zəfər Gününün təsis edilməsi ilə bağlı ilk Prezident sərəncamı dekabrın 2-də verilib. Bu sərəncama əsasən, Zəfər Günü hər il noyabrın 10-da qeyd edilməli idi. Lakin noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Bayramının tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib. Şuşa şəhərinin tarixi əhəmiyyəti və işğaldan azad edilməsi nəzərə alınaraq Zəfər Gününün hər il noyabrın 8-də qeyd olunması qərara alınıb” deyən Q.Məmmədli dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradı keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın da Zəfər Qələbə Paradında iştirak etdiklərini xatırladıb.

Türkiyə-Azərbaycan əlaqələrindən danışan Qənirə Məmmədli Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət – iki dövlət” fikirlərinin hər iki ölkədə təkcə sözdə deyil, əməldə də bir olduğunu deyib.
Noyabrın 9-nun isə Azərbaycanda Bayraq Günü olduğunu deyən Q.Məmmədli bu günün təkcə Azərbaycanda deyil, xaricdə yaşayan azərbaycanlılar arasında daha böyük təntənə ilə qeyd edildiyini vurğulayıb.

Sonda bütün tələbələr “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı” şüarını səsləndiriblər.

Qeyd edək ki, Qənirə Məmmədli tanınmış jurnalist Qalib İbrahimoğlunun qızıdır.



Xəbər 1292 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +