Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


06.11.2021  14:15 

Yüzə yaxın ailə 3 aydır isti suya həsrət qalıb - Sumqayıtda





A+  A-

“Binamızda 3 aydır ki, qanunsuz olaraq isti suyu kəsiblər. Yüzə yaxın ailə ilin bu vaxtı isti suya həsrət qalıb. Şikayət edirik, problemimizi həll edən yoxdur”.

XezerNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş binanın sakini, I qrup əlil Vüqar Xəlilov müraciət edib.

Onun sözlərinə görə, yaşadığı bina 2012-ci ildə istismara verilib və hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansındadır. Sakinlər soyuq və isti suya görə ayrılıqda ödəniş edirlər: “Biz bu binaya köçəndə isti suyun bir kub metri 40 qəpik idi. Sonra 1.92 manata qaldırdılar. Ötən il isti suyun ödənişində problem yarandı, bina sakinlərinin borcu 21 min manata çatmışdı. İsti suyun verilişini bir müddət dayandırdılar, sakinlərin şikayətindən sonra bərpa olundu, amma kub metri 2.90 manata qaldırıldı. Hazırda binada isti suyun kub metri 3.35 manatdır. Bu, Tarif Şurasının qərarına uyğun deyil, çox absurd qərardır. Ölkədə suyun, benzinin qiyməti 1 manatdır, amma biz isti suya görə 3.35 manat ödəməliyik. Təsəvvür edin ki, bunun soyuq suyu var, qazı, işığı, digər kommunal xidmət haqları var. Biz əlillər 200-300 manat pensiya ilə o boyda ödənişi necə edək?”

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, cavab birdir: Ödəniş olunmalıdır.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Qafqazinfo”ya bildirdi ki, isti suyun tarifləri dövlət tənzimləməsindən çıxarılıb. Sözügedən qurum soyuq suyu alır, faktiki xərclər nədirsə, idarə heyəti tərəfindən ona uyğun tariflər tətbiq olunur: “Bu məbləğ sərf olunan qaz, elektrik enerjisinin dəyərinə görə müəyyənləşir”.

İsti suyun dayandırılması ilə bağlı qərarın qanunsuz olaraq verilməsinə gəlincə isə, R. Əliyev bildirib ki, bunun üçün heç bir məhkəmə qərarına ehtiyac yoxdur: “Qanunda nəzərdə tutulub ki, göstərilən xidmətin dəyəri abonentlər tərəfindən növbəti ayın sonunadək ödənilməlidir. Ödənilmədiyi halda təchizat da dayandırıla bilər”.

“Binaya verilən isti suyun tariflərinə yenidən baxıla bilərmi?” sualına gəlincə isə, “Azəristiliktəchizat” rəsmisi bildirib ki, hazırda bu məsələ müzakirə mövzusu deyil: “Əksinə, biz o tarifi müəyyən edəndən sonra təbii qazın və elektrik enerjisinin də qiyməti qalxıb. Biz çalışırıq ki, məhdudlaşdırmaya getməyək. Amma ödəniş olunmadığına görə məcbur qalıb təchizatı dayandırırıq. Bu, bizim iradəmizdən asılı deyil”.

Qeyd edək ki, “Azəristiliktəchizat”ın illər ərzində yığılıb qalan on milyonlarla manat dəyərində borcu olub. Hətta bir neçə dəfə “Azəriqaz” qurumun qazla təmin edilməsini dayandırdığı üçün yaşayış binaları və təhsil müəssisələrinə istiliyin verilməsində problemlər yaranırdı.



“Azəristiliktəchizat”ın rəsmiləri həmin zaman qeyd edirdilər ki, onlar “Azəriqaz”dan qazı, “Azərsu”dan suyu alıb qazanxanalarda isidəndən sonra vətəndaşları və qurumları istiliklə təmin edirlər. “Azəristiliktəchizat”ın məsul şəxsləri qazın və suyun qiymətinin qalxması müqabilində istiliyə görə ödənişin az olmasından şikayətlənir və borclarının yığılmasını bununla izah edirdilər.

Xəbər 1015 dəfə oxunub.




20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +