Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


04.11.2021  17:51 

37 məktəb və liseyə müharibə qəhrəmanlarının adı verilib - SİYAHI





A+  A-

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanları və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti qərar qəbul edib.

Həmin qərarla 37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib.

XezerNews.az onların siyahısını təqdim edir:

1. Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun adı verilsin.

2. Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilsin.

3. Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilsin.

4. Bakı şəhəri 47 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Zaur İsmayıl oğlu Nudirəliyevin adı verilsin.

5. Qəbələ şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan
Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Əfqan Ağasəf oğlu Abdurahmanovun adı verilsin.

6. Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adı verilsin.

7. Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Nadir oğlu Əkbərovun adı verilsin.

8. Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Vaqif oğlu Əliyevin adı verilsin.

9. Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbinə (müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Faiq Qaçay oğlu Qasımovun adı verilsin.

10. Bakı şəhəri 216 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Vaqif oğlu Qasımovun adı verilsin.

11. Qubadlı rayonu Xanlıq kənd ümumi orta məktəbinə (müvəqqəti olaraq Bakı şəhəri, Ramana qəsəbəsində yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Vüqar Əhməd oğlu Ağayevin adı verilsin.

12. Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elbrus Eyvaz oğlu Bayramovun adı verilsin.

13. Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amid Rəbbil oğlu Heydərovun adı verilsin.

14. Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şixamir Oruc oğlu Qaflanovun adı verilsin.

15. Bakı şəhəri 88 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elçin Elşən oğlu Mansurovun adı verilsin.

16. Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Anar Mehman oğlu Şükürovun adı verilsin.

17. Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Rəşad Arif oğlu Abdullayevin adı verilsin.

18. Biləsuvar rayonu Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nihad Akif oğlu Babayevin adı verilsin.

19. Bakı şəhəri 48 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ceyhun Aydın oğlu Həsənovun adı verilsin.

20. Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adı verilsin.

21. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Veysəl Yadullayeviç Musibovun adı verilsin.

22. Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Surxay Əbdül oğlu Noçuyevin adı verilsin.

23. Zaqatala şəhəri 5 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İsmayıl Məhəmməd oğlu Səmədovun adı verilsin.

24. Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Valeh Vahid oğlu Bədəlovun adı verilsin.

25. Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azad Arif oğlu Hümbətovun adı verilsin.

26. Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Adil Asəm oğlu İbrahimlinin adı verilsin.

27. Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Şahin Hüseynbala oğlu Allahyarovun adı verilsin.

28. Salyan Peşə Liseyinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Sübhan Rahim oğlu Cəbrayılovun adı verilsin.

29. Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilsin.

30. Quba şəhəri Texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Mehrab Söhrab oğlu Niftəliyevin adı verilsin.

31. Ağstafa rayonu Böyük Kəsik kənd tam orta məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azər Nazim oğlu Yusiflinin adı verilsin.

32. Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Bayram oğlu Əsgərlinin adı verilsin.

33. Qobustan şəhəri 2 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Elyar Arif oğlu Vəliyevin adı verilsin.

34. Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilsin.

35. Oğuz şəhəri 3 nömrəli məktəb-liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Nail Nəriman oğlu İbrahimlinin adı verilsin.

36. Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Amin Tacəddin oğlu Novruzovun adı verilsin.

37. Füzuli rayonu Horadiz şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Fəqan Amil oğlu Zalovun adı verilsin.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılıb.

Xəbər 878 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +