İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.11.2021  16:41 

Bakı Forumu: anlaşma, dialoq və əməkdaşlıq tribunası





A+  A-

Bu gündən ölkəmizdə Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu öz işinə başlayıb.

Dünyanın, xüsusən də pandemiyanın hələ də səngimədiyi belə bir dövrdə Bakının növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etməsi əlamətdar hadisədir.

Tədbirin əlamətdarlığı həm də bir neçə asbektdən ölkəmiz üçün maraqlı olmasıdır:

Belə ki, uzun müddətdir pandemiya səbəbindən distant tədbirlərin canlı təmaslarla əvəz olunması Azərbaycanın regionda – dünyada tribunaya çevrilməsinə şərait yaratdı. Həm özümüz, həm də digər nüfuzlu iştirakçılar “Bakı tribunası”ndan faydalanaraq problemlərini, təkliflərini beynəlxalq ictimaiyyətə çatdıra biləcəklər.

Çünki, Forum çərçivəsində keçiriləcək panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı” ilə yanaşı, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.



İkincisi, Prezident İlham Əliyev pandemiya ilə bağlı Azərbaycanda görülən işləri, xüsusən də vaksinləşmə prosesi nəticəsində həm virusa yoluxmaların, həm də ölüm hallarının region ölkələrinə nisbətən aşağı səviyyədə olmasının düsturunu məhz bu tribuna vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırdı.

Prezident bildirdi ki, bu düsturun fəlsəfəsi ondan ibarətdir ki, ölkə daxilində qısa zamanda tibbi infrastruktur pandemiya ilə səmərəli mübarizə məqsədlərinə uyğunlaşdırılıb, yeni xəstəxanalar açılıb və 4 min əlavə çarpayı yaradılıb, tibbi ləvazimatların alınması kimi real və əməli işlərlə yanaşı, pandemiya ilk gündən nəzarətə götürülüb, bu və ya digər effektiv tədbirlər vasitəsilə virusun geniş yayılmasına imkan verilməyib. Bütün bunlarla yanaşı, vətəndaşlara sosial yardım paketlərinin həyata keçirilməsi, 2.9 milyard dollar həcmində dövlət büdcəsindən ayrılan vəsaitin pandemiyadan əziyyət çəkən insanların ehtiyaclarının ödənilməsinə sərf olunub.

Dövlət başçısı belə bir çətin və ağır məqamda Azərbaycanın inkişaf etməkdə olan digər ölkələrə yardım göstərməsini də bəyan edib. Prezident bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdik, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırdıq: “Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırdıq. Bu addımlar, eləcə də dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşması məsələnin həllinə töhfə verə bilərdi”.

Əslində müharibə şəraitində olan Azərbaycanın bu jesti beynəlxalq ictimaiyyət, xüsusən də iqtisadi cəhətdən inkişaf etmiş, lakin “paylaşmaqda xəsislik edən” dövlətlər üçün bir nümunə - təcrübə olmalı idi.



Üçüncüsü və bizim üçün ən əsası Vətən müharibəsində əldə olunan qələbənin bir ili ərəfəsində dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin Bakıda olması, qalib ölkənin ötən bir il müddətində yaşadıqlarını gözləri ilə görmələri idi.

Prezidentin də bu mövzu ilə bağlı Forumda səsləndirdiyi fikirlər - tezislər bir daha onu göstərdi ki, Azərbaycan məğlub dudrumda olduğu ötən 28 ildə olduğu kimi, qalib durumda olduğu yaxın bir ildə də sülh ritorikasından imtina etməyib: “Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir. Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət Zəfər çalacaq”.

Prezident həmçini azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu da Forum iştirakçılarının diqqətinə çatdırmaqla ötən müddət ərzində Ermənistanın daşa-divara qarşı da terror həyata keçirdiyini bəyan etdi: “Hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür”.



Dördüncüsü, son iki ildə pandemiya səbəbindən dünyada baş verən sosial-iqtisadi gərginliklər fonunda Azərbaycanın minimum ziyanla çıxması barədə ölkə başçısının səsləndirdiyi rəqəmlərin VIII Qlobal Bakı Forumunda təhlili...

Xüsusən də Cənub Qaz Dəhlizi layihəsinin başa çatması, TAP layihəsinin tamamlanması və istismara verilməsinin Azərbaycan, region və Avropa üçün tarixi nailiyyət olması, CQD-nin Avropa üçün yeni enerji mənbəyi olması, mənbələrin şaxələndirilməsinə mühüm rol oynaması, Azərbaycanın nəql etdiyi qazın yarısının avropalı istehlaçılar tərəfindən istifadə olunması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsindən bəhs etdi: “Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması Azərbaycan üçün, qonşularımız üçün, Avropa üçün tarixi nailiyyət oldu. Çünki bu, Avropa enerji təhlükəsizliyinin mühüm faktorudur, şaxələndirmə alətidir” – deyən Prezident İlham Əliyev əlavə etdi ki, təkcə cari ilin 10 ay ərzində Azərbaycan bu marşrutla Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox çatdırıb: “Bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub. Azərbaycan qazının çatdırıldığı ölkələrdə qaz qiyməti böhranı yoxdur və heç kim soyuqdan donmayıb. Bu bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir”.



Tədbir iştirakçıları da Bakı Forumunun tarixi əhmiyyətini həm çıxışlarında, həm də yerli və xarici mətbuata müsahiblərində açıq mətnlə bəyan ediblər.

Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forum iştirakçılarına müraciətində bildirib ki, bu tədbir il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır: “Hər birimiz pandemiyanın mümkün qədər tez başa çatmasını arzu edirik. Bu baxımdan, hazırkı forum xüsusi əhəmiyyət kəsb edir”.

Roma Papası Fransisk Bakı Forumuna ünvanlandığı müraciətində bildirib ki, bu tədbir çərçivəsində COVID-19-la bağlı məsələləri müzakirə edəcək və ən təxirəsalınmaz suallara cavab axtaracaqsınız: “Bu tədbirlərin keçirilməsi icmalar arasında daha çox anlaşmaya, öhdəliklərə daha məsuliyyətlə yanaşmağa, əməkdaşlığın, dialoqun və qarşılıqlı hörmətin dərinləşməsinə imkan yaradacaq”.

Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyeva Forumunun açılış mərasimində bildirdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT COVID-19-dan sonrakı dünyaya aid olan məsələləri müzakirə edir: “Bu, əslində, bizdə nikbinlik yaradır ki, COVID-19 artıq geridə qalır və biz hamı üçün daha yaxşı gələcəyin qurulmasına çalışırıq. Kütləvi dəstək və peyvəndlənmə sayəsində dünya ölkələri artıq bərpa olunmaq üzrədir“.



ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib ki, forumda sabiq prezidentlər və baş nazirlər, nüfuzlu diplomatlar, müxtəlif sahələr üzrə ekspertlər bir araya gələrək üzləşdiyimiz başlıca problemləri müzakirə edirlər: “Biz COVID-19-dan sonrakı dünya haqqında danışırıq. Bizim səhiyyə ilə bağlı problemlərimiz var, iqtisadiyyatda, neft və qazın tədarükündə bəzi qüsurlar mövcuddur. ABŞ-da vaksin kifayət qədərdir, amma Afrikada yalnız üç faiz əhali tam peyvəndlənib. Bunlar həll edilməli olan ciddi problemlərdir və bu platforma bu məsələdə həll yollarını tapmaqda kömək edəcək”.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpası üzrə planlarının tam reallaşdırılacağına əmin olduğunu bildirən Rumıniyanın sabiq Baş naziri Petre Roman İkinci Qarabağ müharibəsinin Azərbaycanın uğurlu Qələbəsi ilə nəticələnməsinə diqqət çəkib: “Azərbaycan həmişə düzgün və ədalətli yolla gedib. Ölkəniz BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq hüquq çərçivəsində mübarizə aparıb”.

Xatırladaq ki, dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı ilə təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.

Niyaz Niftiyev

Xəbər 1324 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +