Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.10.2021  22:14 

Azərbaycanda kimlər Ərdoğanın yenidən prezident olmasını istəmir?





A+  A-

2023-cü ildə Azərbaycan ciddi sınaqlarla qarşı-qarşıya qala bilər. Qarabağda mənzillənən separatçıları və ya tədricən bahalaşan qiymətləri nəzərdə tutmuram. O məsələlər yoluna düşəcək.

2023-də qardaş Türkiyədə prezident seçkiləri keçiriləcək. Və bu seçkinin nəticələrini təbiri-caizsə ölkəmiz öz dərsində hiss edəcək...

Sirr deyil ki, hazırkı Türkiyə iqtidarı, daha konkret desək, R.T.Ərdoğan Azərbayanı protokol naminə qardaş adlandırmır, Uzun Adam doğurdan da ölkəmizə qarşı dar gün dostu münasibəti sərgiləyir.

Yaddaşımızdan silinməyib. 2009-cu ildə Prezıdent Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlunun bütün səylətinə baxmayaraq Baş Nazir Ərdoğan Ermənistanla sərhədlərin açılmasına qarşı çıxmışdı...

Onun Vətən müharibəmiz zamanı ölkəmizə göstərdiyi dəstək isə göz önündədir. Məhz buna görə də bir neçə gün əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Prezidenti ölkəmizdə hər kəsin Ərdoğanı sevdiyini bir daha təkrar etdi...

Qarşıdan isə hörmətli Ərdoğan üçün təhlükəli seçki marafonu gəlir, artıq onun xalq arasında dayaqlarını sarsıtmaq üçün qlobal güclər bir sıra mexanizmləri işə salıblar. Türk lirəsi sürətlələ dəyər itirməyə başlayıb v s...

Azərbaycanda Ərdoğanın yenidən prezidentlik kürsüsündə əyləşməsini ən çox istəyən Prezident İlham Əliyevdir. Onların arasında siyasi sinerji olmaqla bərabər, həm də qardaşlıq münasibəti var. Və bu qardaşlıq sınaqdan daha doğrusu sınaqlardan üzüağ çıxıb... Hər iki lider çətin yoxuşlar aşıblar...

Təbii, birmənalı olaraq deyə bilərik, milli qüvvələr cənab Ərdoğanın yenidən dövlət başçısı seçilməsini cani-könüldən istəyirlər.

Siyahını uzatmaq da olar, başağrısı olmasın.

Bəs Azərbaycanda kimlər Ərdoğanın yenidən prezident olmasını istəmir.
Ən dolğun cavab: İlham Əliyevi prezident kimi görmək istəməyənlər...

Çünki Ərdoğan sükan arxasında olduğu müddətcə İlham Əliyev yalnız deyil!
Ərdoğanın yenidən rəisi-cumhur olmasını istəməyənlər Zəfərimizə nifrət edirlər və hər vəhclə onu gözdən salmağa çalışırlar, çünki qələbənin müəllifi İlham Əliyevdir...

Çünki bu Zəfər bir çox qara planları pozdu!

Sonra əhli-FETO gözünü yaxınlaşan seçkiyə dikib, onlar post-Ərdoğan dövrünə və revanşa hazırlaşırlar...

İran aşiqlərinə məxsus informasiya resurslarına, feysbuk səhifə və profillərinə gözucu nəzər salmaq kifayətdir ki, əmmaməlilərin Türkiyə Prezidentinə necə nifrət etdiklərini anlayasan. Çünki o, milli adamdır!

Təhlükəli olan isə Türkiyədə və digər ölkələrdəki anti-Ərdoğan dairələrin öz aralarında koordinasiya qurmalarıdır ki, yəqin edəcəklər.

Bu yaxınlarda ölkəmizdəki radikal müxalifət mənsublarının biri Ankaraya səfər edərək bir sıra görüşlər keçirmişdi, hətta xain və şərəfsiz adlandırmaqdan zövq duyacağım Ünal Çeviközlə də istişarələr etmişdi...

Hər halda Ərdoğan-Əliyev ittifaqını sarsıtmaq üçün "Hüseyniyyə", FETO, CHP, HDP, xaricdəki blogerlər, daxildə radikal müxalifət, PKK, Qərb və Rusiyanın bəzi dairələrinə bağlı olan ciddi kəsimlərin ittifaq cəhdi olacaq.

Olsun!

Mütləq həqiqət budur: Azərbaycanı, İlham Əliyevi sevib Türkiyəni, Ərdoğanı sevməmək və ya əksi mümkün deyil, iddia edən varsa da riyakardır..

Çünki bu iki lider bir araya gəldikcə parça-parça olmuş Vətən torpağı da bir araya gəlir, bütövləşir!

Hətta Türk dünyası özünə qayıdır!
Biz isə sadəcə ayıq-sayıq olmalıyıq!

Bəhruz Həsənov

Xəbər 1580 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +