Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.10.2021  19:35 

Azərbaycan Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyir





A+  A-

“ABŞ-ın Los-Anceles şəhərində 1982-ci ildə Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın həbsdən azad edilməsi qərarını pisləyirik. Bir terrorçunun azadlığa buraxılması təhlükəli olmaqla yanaşı, terrorçuluğun təşviq edilməsinə xidmət edir”.

XİN Mətbuat xidməti idarəsindən XezerNews.az-a verilən məlumata görə, bunu idarənin rəisi Leyla Abdullayeva erməni terrorçu Ambik Sassunyanın həbsdən azad edilməsinə münasibət bildirərkən deyib.

L. Abdullayeva bildirib ki, həbsdə olarkən, 2012-ci ildə “Hay Zinvor” adlı erməni hərbi jurnalına verdiyi müsahibəsində A.Sassunyanın erməni əsgəri olduğu və Azərbaycanın o zaman işğal altında olan Qarabağ ərazisində döyüşməyə hazır olduğunu bildirməsi bu terrorçunun heç də islah olmadığını nümayiş etdirir: "Ermənistan KİV-də yayılmış məlumata əsasən bu ölkədə olduğu bildirilən terrorçunun hər-hansı şəkildə qəhrəmanlaşdırılması cəhdlərinin qarşısı alınmalıdır".

Redaksiyadan

1973-cü ilin yanvarında Osmanlı doğumlu, ABŞ-ın Santa-Barbara şəhərində yaşayan 77 yaşlı Gürgen Yanikyan Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydarla əlaqə saxlayaraq Əbdülhəmid dövründən qalma bir rəsm və əskinasa sahib olduğunu, onları Türkiyə Cümhuriyyətinə bağışlamaq istədiyini xəbər verdi. Bunun üçün konsulu Santa-Barbaradakı Baltimor otelinə dəvət etdi. Danışıq zamanı Yanikyan özünün iranlı olduğunu söylədi.

Los-Anceles və Santa-Barbara arasındakı məsafə 150 kilometrdən çox idi, Mehmet Baydar isə avtomobil sürməyi bacarmırdı. Buna görə də gənc vitse-konsul Bahadır Dəmirdən avtomobili idarə etməyi xahiş etdi. Yanvarın 27-də, şənbə günü hər iki diplomat Santa-Barbaraya yola düşdülər.

Yanikyanın qaldığı otağa qalxan türklər burada əvvəlcə normal qarşılandılar. Amma qısa müddət sonra iranlı yox, erməni olduğunu söyləyən ev sahibi tapançasını çıxararaq onlara atəş açdı. Parabellumun tutduğu 9 güllənin hamısını boşaldandan sonra diplomatlar hələ sağ idilər. Dolabçadan Brauninq markalı daha bir tapança çıxaran qatil Baydarın və Dəmirin başından vuraraq öldürdü.

Həbs olunan Yanikyan əməlini Osmanlı imperiyasındakı “erməni soyqırımı” və həmin hadisələr zamanı doğmalarının öldürülməsi ilə əlaqələndirdi. Amma məhkəmə həmin hadisələr zamanı heç anadan olmayan diplomatların qətlinə haqq qazandırmadı. Yanikyan ömürlük həbsə məhkum edildi. O, 1984-cü yanvarın 31-də səhhəti səbəbindən şərti azadlığa buraxıldı, fevralın 29-da 88 yaşında öldü.

Başqa vaxtda Santa-Barbara cinayəti bəlkə də bir adamın aksiyası olaraq qalardı. Amma elə olmadı. 1970-ci illər terrorun, belə demək caizsə, qızıl dövrü idi. Yanikyan törətdiyi hadisə də dünyanın müxtəlif yerlərində yaşayan ermənilər arasında böyük rezonans doğurdu. Terror təşkilatı yaratmaq üçün ən yaxşı yer isə Yaxın Şərq idi.


Xəbər 812 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +