“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


29.10.2021  14:30 

“Şəhid anası intihar edir, veteran özünü yandırmağa çalışır...”





A+  A-

Xəbər verdiyimiz kimi ötən gün Gəncə İcra Hakimiyyətinin qarşısında şəhid anasının həblər içərək intihara cəhd edib. Daha sonra qazilərin müəyyən problemlərlə bağlı yolu bağlaması, hətta polisə aparılmaları barədə xəbərlər yayıldı.

Bu isə insanlar tərəfindən birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu.
Bəs problemlərdə məsuliyyəti kimlər daşıyır? Vətəndaşlar niyə icra hakimiyyətlərindən, dövlət qurumlarından narazıdırlar?

XezerNews.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az -a bildirib ki, burada icra hakimiyyətlərinin şəxsi göstəriciləri, siyasi karyeraları, haradan gəldikləri, kimlər vasitəsilə o posta layiq görüldükləri, bugünə qədərki fəaliyyətləri çox önəmli rol oynayır:

“Bu insanlar bu günə qədər xalqa xidmət anlayışında olmayıblar. Onlar xalqın xidmətində durmaq üçün yox, öz şəxsi mənafelərini təmin etmək üçün təyin edilən insanlardır. Dünənə qədər də belə intiharlar, etirazlar olub. Sadəcə olaraq, mediada ona görə bu qədər işıqlandırılmayıb ki, Həmin şəxslər şəhid anası, qazi, veteran olmayıb. O qədər də diqqətə alınmayıblar. Belə vətəndaşları yerli icra orqanları belə ciddiyə almırdılar, bir çox hallarda “qərəzlidir, yalançıdır və yaxud təxribat” adı altında rahat yola verirdilər”.



Partiya sədri qeyd edib ki, Vətən Müharibəsindən sonra yeni sosial təbəqə yaranıb:
“Onlar şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçılarıdır. Lakin bu insanlara icra hakimiyyətləri adi şikayətçilər kimi yanaşır. Necə ki adi vətəndaş müraciət edir, onu yola verirlər, eləcə də şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına eyni qayda ilə yanaşırlar.

Şəhid anası intihar edir, veteran özünü yandırmağa çalışır, qazilərimiz hansısa problemin həll olunmamasına görə yolu bağlayır və bunlar da mediada yayılandan sonra məlum olur ki, sən demə, icra hakimiyyətləri işləmirmiş. Məsələ icra hakimiyyətlərinin şəxsi keyfiyətlərindən, idarəetmə qabiliyyətindən, kobudluğundan xəbər verir. Eyni ilə bu söylədiklərim bələdiyyələrə, nazirliklərin strukturlarına da aiddir. Təkcə icra hakimiyyətləri deyil ki, onlar nazirliklərin də qəbuluna düşə bilmirlər. Nazirlər də onların problemini həll etmir. Düşünürəm, bu, sistemin siyasi səhvidir. Çünki bu insanlar xalqa xidmət səviyyəsində özlərini yetişdirməyiblər. Bunlar vəzifələrini, kreslolarını, öz ciblərini düşünərək bəlli bir yerə gələn insanlardır. Bir icra başçısı 20-25 il müxtəlif rayonlarda eyni vəzifədə necə işləyə bilər? Sistemə yeni icra başçıları qəbul olunmur. Son zamanlar bir-iki nəfər seçilib, onlar da təbii ki, işin öhdəsindən gələ bilmirlər”.



Partiya sədri vurğulayıb ki, bunun qarşısını almaq üçün köklü islahatlar olmalıdır:
“Təsadüfi insanlar vəzifələrə təyin olunmamalıdır. Bunlar sistemin yanlışlıqlarıdır. Çıxış yolu kimi deyə bilərəm ki, ilkin mərhələdə şəhid ailələri, qazilər, veteranlarla bağlı iş üzrə dövlət protokolu qəbul olunmalıdır.

Vicdanlı icra hakimiyyəti vətəndaşı, şəhid ailəsini qəbul edir, problemin həllinə çalışır, hətta vəsait olmayanda cibindən nəsə etməyə cəhd edir. Vicdanı olmayanda ümumiyyətlə, qəbul etmir və yaxud da deyir, vəsait yoxdur, kömək edə bilmərik. Bir, sözlə bu məsələdə vahid protokol qəbul olunsa, ki hansı addımlar atılmalıdır, şikayət necə qəbul olunmalıdr və hansı ünvana yönlındirilməlidir. Bu daha faydalı olar”. /Baku Post/

Xəbər 903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +