Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.10.2021  11:58 

Bu deputatlar xalqın problemlərindən DANIŞDI - Parlamentdə





A+  A-

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. XezerNews.az xəbər verir ki, iclasın gündəliyinə keçməzdən əvvəl deputatlar cari məsələləri - problemləri dilə gətiriblər.

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında şəhid ailələri ilə bağlı məsələni gündəmə gətirib.

Deputat ata anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsini təklif edib: "Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Onların bacı- qardaşları var. Bacı- qardaşlar da onların himayəsində idi. Ancaq mənzil məsələsi, müavinətlər onlara şamil edilmir. Bu ailələrin sayı çox deyil. Onları nəzərə almaq lazımdır".

Deputat Zahid Oruc bildirib ki, Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik: "Dünyada ədalət etalonu sayılmayan Freedom House-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada The National İnterest dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən-dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir".

Deputat qeyd edib ki, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur, eləcə də qanunların pis işləməsi, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə, prezident dəfələrlə qeyd edir, 2019-cu ildən başlanan Yeni Hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır.

Deputat Tural Gəncəliyev isə Xankəndi sakinlərinin Gəncədə məskunlaşdıqları qəsəbədə yerləşən məktəbə gedən yolda səki olmadığından vətəndaşlar övladlarını dərsə avtomobil yolu ilə apardıqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu, insanların həyatları üçün ciddi təhlükədir: "Aidiyyəti üzrə müraciət edilsə də, hələ də müsbət cavab ala bilməmişik".

Deputat Razi Nurullayev deyib ki, təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına təsir edib.

Deputat bildirib ki, qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər artıb: “Açığı, sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma, bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq. Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirirəm. Bu həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır”.

Deputat parlamentin bu problemlərlə bağlı addımlar atmalı olduğunu vurğulayıb:

“Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir. Görək "Azəristiliktəchizat" bunun öhdəsindən gəlirmi? Xeyr. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Dövlət qazanxana tikib, iş adamına istiliyi satsın, xaos da aradan qaldırılsın. Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Onlar üçün də mərkəzi qazanxanaların qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin. İkincisi, "Azəristiliktəchizat"ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüb? Üçüncüsü, təklif edirəm ki, parlamentdə "Hökumət saatı" müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə parlamentin rolunun artırılmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmasda olmalıyıq. Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk”.

Deputat Qüdrət Həsənquliyev ölkədə bir sıra ərzaq məhsullarının bahalaşdığını, bunun əhali arasında narahatlıq yarandığını deyib.

Q. Həsənquliyev bildirib ki, regionun bütün dövlətləri Ümumdünya Ticarət Təşkilatının üzvüdür: “Ərzaq qiymətlərinin qalxmasının qarşısını almaq üçün onlar bu təşkilata üzv olur. Bu, başlanğıcda çətinlik yarada bilər, amma sonradan ölkədə kənd təsərrüfatının inkişafına səbəb olacaq. Bizim hökumətin ÜTT ilə danışıqlarının nə yerdə olması qaranlıq olaraq qalır. Parlament də bu məsələni gündəmdə saxlamalıdır. Biz hökumətdən bu təşkilatla danışıqların nə yerdə qalmasını öyrənməliyik”.


Xəbər 900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +