Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.10.2021  23:11 

Keçmiş MTN-çilərə qarşı 1 milyon 162 min manatlıq iddia - Məhkəmə





A+  A-

Oktyabrın 7-də keçirilən məhkəmə iclasında keçmiş MTN-çilərə qarşı mülki iddia qaldırılıb. MTN-çilərin hədə-qorxu ilə pul aldığı iddia olunan zərərçəkmişlərdən Rahib Ağayev 150 min manatlıq, Vüqar Ağayevin vəkili isə 1 milyon 162 min manatlıq mülki iddia irəli sürüb. Onlar vaxtilə MTN-də bu qədər pullarının alındığını vurğulayaraq, geri qaytarılmasını tələb ediblər.

Mülki iddiaları məhkəmə icraata qəbul edib. Mülki iddiaların təmin edilib-edilmədiyi isə məhkəmənin sonunda məlum olacaq.

General Nizami Şirinovun vəkili vəsatət verib ki, məhkəmə qapalı keçirilsin. O bildirib ki, müvəkkili uzun müddət xüsusi xidmət orqanında xidmət edib, ifadəsində dövlət sirrinin təşkil edən məsələlər ola bilər.

Prokuror da, zərərçəkmişlər də məhkəmənin qapalı keçirilməsinə etiraz edib. Hakimlər də vəsatəti təmin etməyib.

Prokuror ittiham aktını elan edərkən məlum olub ki, təqsirləndirilən generala 6 epizod üzrə ittiham verilib. Bunlardan biri budur ki, Nizami Şirinov Dilşad Aslanov adlı şəxsdən 80 min dollar rüşvət alaraq, onu MTN-in Akademiyasına qəbul etdirib, bu müddətdə ona himayədarlıq edib. Digər epizodlarda Nizami Şirinovun tabeliyindəki işçilər vasitəsilə hədə-qorxu ilə Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 850 min manat, Emin Abbasovdan 200 min manat, Rahib Ağayevdən isə 150 min dollar pul aldığı iddia olunur.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər yazılanlarla razılaşmayıb. Onların heç biri özünü təqsirli bilməyib. İfadə vermək təklif olunsa da, indiki mərhələdə imtina ediblər. Bildiriblər ki, zərərçəkmiş və şahidlər dindiriləndən sonra ifadə verəcəklər.

Məhkəmədə zərərçəkmiş Rahib Ağayev ifadə verərək bildirib ki, 1991-ci ildən N saylı hərbi hissədə çalışıb, 2003-cü ildə ordudan tərxis olunandan sonra uzun müddət general-leytenant Yaşar Aydəmirovun ailə sürücüsü olub. Həm də generalla qonşu olublar.

2012-ci ildə telefonuna zəng gəldiyini deyən zərərçəkmişin sözlərinə görə, zəng edən özünü MTN-nin Hərbi Əks Kəşfiyyat İdarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim edib, onu idarəyə çağırıb: "Mən hərbçi olmadığımı dedim, hansı səbəbdən ora dəvət olunduğumu soruşdum. Lakin o səbəb demədi və təkidlə idarəyə gəlməyimi istədi. Bununla bağlı Yaşar Aydəmirova məlumat verdim. O da məsləhət gördü ki, gedim, nə məsələ olduğunu öyrənim. İdarəyə gedib Ruhlan Cəfərovla görüşdüm. Mənə dedilər ki, saxta sənəd düzəldib, Mahir adlı hərbi qulluqçunun təxris olunmasına kömək eləmisən. Mən həmin adamı tanımadığımı, saxta sənəd düzəltmədiyimi dedim. Hədə-qorxu gəldi, məni rəisi Elcan Abdullayevin yanına apardı. O da üstümə qışqırdı ki, "tülkülük eləmə". Ruhlan Cəfərov Elcan Abdullayevin yanından qayıdanda qırmızı qələmlə 150 min yazılmış vərəq gətirdi. Dedi ki, "bu pulu gətirməsən, səni vətənə xəyanət ittihamıyla tutub, həbsə göndərəcəyik. Qorxuya düşdüm. Oradan çıxandan sonra Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim məsələni danışacağını dedi. Lakin bir müddət sonra bildirdi ki, Nizami Şirinovla danışa bilməyib. Dedi ki, bu pulu istəyiblərsə, alacaqlar".

Zərərçəkən deyir ki, o vaxtdan sonra özü və yaxınları bir-birinin ardınca xoşagəlməz hadisələrlə üzləşib. Onu qara avtomobillərin izlədiyini deyən Rahib Ağayevin sözlərinə görə, bu barədə də general Aydəmirova məlumat verib: "Oğlumun toyu günü restoranın foyesidə tanımadığım şəxslər ortaya çıxdı. Toy zamanı Yaşar müəllimin qaynı qızı yoxa çıxdı, 4-5 saat sonra tapıldı. Bir neçə gün sonra evim yarıldı. Gəlinimin qızılları və başqa əşyalarımız oğurlandı. Mənim qızım bunların ucbatından epilepsiya xəstəliyi tutdu. Qızımdan da nəvəmə keçdi. Oğurluqla bağlı polisə məlumat verdim. İndiyə qədər həmin oğurluğun üstü açılmayıb. Həmin dövrdə dəfələrlə Ruhlan Cəfərov zəng eləyirdi. Dost-tanışdan borc yığmağa başladım. Yaşar müəllim də 10 min dollar mənə köməklik göstərdi. Pulun 100 min dollarını düzəldib, Hərbi Əks Kəşfiyyat İdarəsinə apardım, Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə dedim, o, bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərovla “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durmuşdum. Çıxanda Yaşar müəllim dedi ki, pulu vermək lazımdır. Bir müddət keçdi, zəng elədilər ki, "pulu verməsən sənə də, Yaşar Aydəmirova da pis olacaq". Mən birtəhər 27 min dollar pul tapıb, "Qələbə" kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 min 400, bir neçə gün sonra isə 600 dolları da eyni yerdə Ruhlan Cəfərova təqdim etmişəm”.

Zərərçəkmiş əlavə edib ki, o dövrdə qorxduğuna görə hüquq-mühafizə orqanlarına şikayət etməyib. 2015-ci ilin oktyabrında MTN-də baş verən hadisələrdən sonra şikayətçi olub: "Prokurorluğa başıma gətirilən hadisələrlə bağlı məlumat vermişəm. İstintaq dövründə verdiyim puldan 58 min manat Ruhlan Cəfərov mənə qaytardı. Məndən xahiş edirdi ki, onun adını çəkməyim..."

Məhkəmə prosesi oktyabrın 14-də digər zərərçəkənlərin dindirməsilə davam edəcək./Meydan TV/

XəzərNews

Xəbər 2001 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +