Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


06.10.2021  17:51 

Polis evindən “heroin tapmışdı“, məhkəmə bəraət verdi...





A+  A-

Ağstafa sakini Polad İmamverdiyev təxminən iki il həbsdə saxlandıqdan sonra bəraət alaraq azadlığa çıxıb. Məhkəmə belə nəticəyə gəlib ki, ona qarşı irəli sürülmüş narkotik ittihamı sübut olunmadı.

Hakimlər axtarış zamanı evdən külli miqdarda narkotik tapılması haqda polislərin dediklərini yox, İmamverdiyevin ifadəsini daha inandırıcı hesab edib. O, evindən tapıldığı iddia olunan narkotiki ora polislərin özlərinin qoyduğunu bildirib.

Cinayət işinin materiallarında iddia olunur ki, İmamverdiyevin satmaq məqsədilə 81 qramdan artıq heroini əldə edib evində saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun evində axtarış aparıb. Nəticədə evdən bir neçə bükümdə narkotik maddə, elektron tərəzi və şpris tapılıb. Evdə videoçəkiliş aparılıb, İmamverdiyev tapılanların ona məxsus olduğunu, Biləsuvardan alıb gətirdiyini etiraf edib. Bu səbəbdən ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.

"Bağlamanı mətbəxdə şkafın içinə qoydular"

İmamverdiyev məhkəmədə ifadəsində deyib ki, evindən tapıldığı iddia olunanlardan yalnız şprisin ona aidiyyəti var. Çünki özü narkotik istifadəçisidir, axtarışdan əvvəl də narkotikdən istifadə etmişdi. Onun sözlərinə görə, narkotik maddə və tərəzini isə evə polis əməkdaşları atıb, sonra da oradan tapılmış kimi təqdim ediblər: "Həmin gün divanda uzanmışdım, qapı döyüldü, yoldaşım açanda altı-yeddi nəfərdən də çox mülkigeyimli polislər daxil oldu. Bir-ikisini üzdən tanısam da, o biriləri tanımadım. Yoldaşım da evdə idi, oğlum sonradan gəldi. Polislərin birinin əlində nəsə vardı. Gətirdikləri həmin bağlamanı axtarış vaxtı mətbəxdə şkafın içinə qoydular. Çəkilişdən əvvəl mənə dedilər ki, "əgər boynuna almasan, oğlunu da aparacağıq". Məcbur olub, dediklərini elədim...".

Çəkilişdə polislərin dediklərini təkrarladığını vurğulayan İmamverdiyevin sözlərinə görə, tez-tez çaşdığına görə iş materiallarındakı videogörüntü bir neçə dəfəyə çəkilib. Ağstafa sakini bildirib ki, evdə axtarış üçün onların yazılı razılığı olmayıb. Sonradan idarədə polislər ərizə hazırlayıb ona imza atdırıblar.

Zəfər Abıyevin iştirakı

İmamverdiyevin evinə gələn polislər arasında Daşkəsənin icra başçısı, keçmiş deputat Əhəd Abıyevin qardaşı Zəfər Abıyev də olub. Bunu təqsirləndirilən şəxs də, şahid kimi dindirilən digər polislər də təsdiqləyib.

2019-cu ilin iyulunda İmamverdiyevin evində axtarış aparılan vaxt Abıyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi idi. O, 2020-ci ilin fevralında şöbə rəisinin müavini təyin edilib.

"Polislər mənə göstəriş verdilər ki, narkotiki Biləsuvardan aldığımı deyim. Çəkilişdə "biləsuvar" sözü yadımdan çıxırdı. Təkrar-təkrar bu sözü deyirdim ki, yadımda qalsın. Tutulmamışdan əvvəl nə Bakıya getmişəm, nə Biləsuvara. Bunlar hamısı yalandır. Ümumiyyətlə, mən çox az hallarda Ağstafadan kənara çıxırdım", – təqsirləndirilən şəxsin sözləridir.

O əlavə edib ki, nə evində axtarışda, nə də sonradan idarədə dindirmələrdə vəkil olub.

Uyğunsuzluqlar

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu işi araşdıranda polislərin addımlarında bir sıra uyğunsuzluqlar aşkarlayıb. Məsələn, "Əməliyyat-axtarış tədbirinin keçirilməsi və iş üçün əhəmiyyət kəsb edən əşya və predmetlərin götürülməsi barədə" protokol elə evdə - bu proses başa çatandan dərhal sonra tərtib olunmalıydı. Amma iş materiallarından görünür ki, həmin sənəd sonradan polis şöbəsində hazırlanıb.

Axtarışda Zəfər Abıyev, Teymur Nəsirov kimi polis əməkdaşlarının iştirakı sübut olunsa da, onların adları protokola daxil edilməyib.

Videoçəkilişi tədqiq edən məhkəmə orada da çoxsaylı ziddiyyətlər aşkarlayıb.

Mobil nömrənin anten dairəsi öyrənilib

Məhkəmə İmamverdiyevin Biləsuvara gedib-getmədiyini də araşdırıb. İttihama əsasən, o, tutulmamışdan təxminən iki həftə öncə Bakıya gəlib, keçmiş tanışıyla təsadüfən rastlaşıb. Söhbət əsnasında ona narkotik istifadəçisi olduğunu deyib. Tanışı da narkotik tapmaqda köməyini təklif edib. Deyib ki, Biləsuvardan olan Zahid adlı bir tanışı bu işlə məşğuldur. İmamverdiyev Zahidin nömrəsini götürüb və Biləsuvara gedib. Orada 3 min manata narkotiki alıb.

Məhkəmə mobil nömrənin anten əhatə dairəsi ilə bağlı məlumatları əldə edərkən aydınlaşıb ki, nəinki iki həftə əvvəl, heç son bir ay ərzində də o, Ağstafa rayonundan kənara çıxmayıb. Ona görə bu məsələdə də İmamverdiyevin ifadəsinin daha inandırıcı olması qənaətinə gəlib.

"Məhkəmə hesab edir ki, Polad İmamverdiyevə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmayıb. Onu bu maddə ilə təqsirli bilib, barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir", – hökmdə yazılıb.

Son vaxtlar ölkədə narkotik ticarəti ilə məşğul olduğu bildirilən ayrı-ayrı qruplar, şəxslər saxlanılır. Ancaq tənqidçilər narkomaniya ilə mübarizənin bəzi hallarda görüntü xarakterli olduğunu, bu işlə məşğul olanların, onların himayədarlarının cəzasız qaldığını deyirlər./AzadlıqRadiosu/

Xəbər 1597 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +