Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.10.2021  23:20 

Azərbaycan həmsədrlərin Xankəndinə səfərinə niyə razılıq verib?





A+  A-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistana, o cümlədən də Dağlıq Qarabağa səfər edib, görüşlər keçirəcəyi barədə məlumat verib.


“Həmsədrlərin reginona səfərinə Azərbaycan və Ermənistan XİN rəhbərləri razılıq verib”

Sergey Lavrov sentyabrın 28-də mətbuat konfransı zamanı həmsədrlərin səfərini elan etməklə bərabər, qeyd edib ki, bu barədə razılıq Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Nyu-Yorkda həmsədrlərlə görüşü zamanı əldə edilib.

Lavrov xüsusilə vurğulayıb ki, həmsədrlər Xankəndiyə də gedəcək və orada görüşlər planlaşdırılıb.



Rusiyalı nazirin sözlərindən aydın olur ki, Azərbaycan da həmsədrlərin Xankəndinə gedib, orada icma nümayəndələri ilə görüşlər keçirməsinə razılıq verib.

Belə olan halda ilk növbədə Azərbaycan rəsmilərinin Qarabağda erməni icmasına ümid verən xarici qüvvələrin tənqidi xatırlanır. Bu təndiq Azərbaycanda müxtəlif səviyyəli rəsmilərin dilindən dəfələrlə səslənib. Amma Qarabağda separatçıların müharibədə məğlubiyyətdən sonra Minsk qrupunun həmsədrləri ilə görüşməsi, onlar üçün ən böyük ümid yeri ola bilər və bu məsələdə Azərbaycan tərəfinin razılıq vermə səbəbləri suallar yaradır.

Meydan TV-nin Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə həftə ərzində dəfələrlə əlaqə qurub, rəsmi şərh almaq cəhdləri baş tutmadı.

“Ermənistanı sülhə gətirsələr, özlərinə bir qədər bəraət qazandıra bilərlər”


Məsələni Meydan TV üçün şərh edən, politoloq Tofiq Abbasov bunu Azərbaycanın proseslərin həlli üçün əlindən gələni etməsi ilə bağlayıb.



“Ermənistana havadarlıq edənlərin bəhanəsi ondan ibarətdir ki, guya, Minsk Qrupu öz məntiqi sonluğuna yetməyib, yəni missiyasını yerinə yetirməyib. Ancaq İlham Əliyev “France 24” kanalına müsahibəsində dedi ki, Minsk Qrupununun hardasa son şansı qalıbdır. Əgər qrup sülh prosesinin təmin olunmasına və onun ətrafında qəbul olunan sazişə töhfəsini verə bilsə, biz buna razı olarıq”.

Onun fikrincə, indiki vəziyyətdə əgər həmsədrlər Ermənistanı sülhə gətirib Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sülhə imza atdırsa, o zaman özlərinə bir qədər bəraət qazandıra bilərlər.

Politoloq vurğulayıb ki, kimin tələb etməsindən asılı olmayaraq, Azərbaycan açıq şəkildə status məsələsinin artıq gündəmdə olmadığını bildirib.

“Ermənistan və ona dəstək verən qruplar, ölkələr gərək bunu aydın tərzdə özləri üçün müəyyən etsinlər ki, məsələ həll olunub, geriyə dönüş yoxdur”, - Tofiq Abbasov deyib.

“Həmsədrlər status məsələsini gündəliyə salmaq istəsələr, dövlət başçısı onlarla görüşməz”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxah Şahinoğlu məsələni Meydan TV üçün şərh edərkən deyib ki, Minsk Qrupunda həmsədr olan üç böyük dövlətdən təzyiq ola biləcəyini nəzərə alaraq, Azərbaycan tamamilə onlardan imtina edə bilməz.

“Ona görə də prezident hədəfləri dəyişmək istəyir. Əgər Minsk Qrupu fəaliyyətini davam etdirəcəksə, birinci, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması tələbi üzərində işləyə bilər. Ən yaxşı halda iki dövlət bir-birlərinin ərazi bütövlüklərini tanısın. İkinci sərhədlərin müəyyənləşməsi və nəhayət, dəhlizin açılması”.

Onun fikrincə, Minsk Qrupunu bu məsələlərə cəlb etmək Azərbaycan üçün faydalı ola bilər.



Elxan Şahinoğlu İlham Əliyevə istinadən vurğulayıb ki, Minsk Qrupu tərəflər arasında görüş təşkil etsə, Azərbaycan imtina etməz.

Status məsələsinə gəldikdə isə, politoloq hesab edir ki, Azərbaycan istəmədiyi halda heç kim Azərbaycanla status məsələsini müzakirə edə bilməz. O qeyd edib ki, əgər həmsədrlər səfər zamanı status məsələsini müzakirə etməyi gündəliyə salmaq istəsələr, dövlət başçısı onlarla görüşməz.

“Uzaqbaşı xarici işlər naziri görüşə bilər. Amma qarşı tərəflə görüşün təşkilindən söhbət gedəcəksə, İlham Əliyev Minsk Qrupu həmsədrləriylə görüşüb fikir mübadiləsi aparacaq”.

XəzərNews


Xəbər 1732 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +