Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.09.2021  16:39 

Elza Seyidcahanı döyən iş adamı həbs edildi





A+  A-

Əməkdar artist Elza Seyidcahana qarşı zor tədbiq edən Rüstəm Kərimzadənin növbəti məhkəməsi baş tutub.

XəzərNews axşam.az-a istinadən xəbər verir ki, sentyabrın 29-da Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində 1 aylıq həbs qərarı çıxarılıb. O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Seyidcahan bildirib ki, həmin şəxs ona və anasına hücum edərək onları döyüb:

"Faiq Azayev onlara zəng vurub tapşırır ki, onlara zor tətbiq edin, obyekti bizə versinlər. Mən də 21-ci polis bölməsinə şikayət etdim. Ötən gün Rüstəm Kərimzadə törətdiyi hadisəyə görə həbs edildi.

İyunda məkanımıza gəlib, anama hücum etdi. Anamın üstünə təcili yardım gəlmişdi. Onun pis əməmli bununla bitmədi. Anam məkanımızn üstünə elanlar yapışdırmışdı, gəlib onları cırıb, anamı küt alətlə vurub, itələyib. daha sonra mənə də hücum edib, vurub. Bizi hədəliyirdi ki, Faiqin həbsdən çıxmasına az qalıb, gəlib başınıza oyun açacaq. Bu adam həbs edilib, ordan zəng vurub camaatın uşaqlarını öyrədib, bizi hədələyir. Axırda da belə həbs olunurlar. Bizə deyirdi ki, qarşıma ailənizdəki kişiləri çıxarın, polisə niyə şikayət edirsiniz ki...

21-ci polis bölməsinin əməkdaşlarına, şikayətimizə baxanlara təşəkkür edirəm. Haqlı qərar verdikləri üçün çox sağ olsunlar. Bizim 44 günlük vətən müharibəmizin ildönümüdür. Bu ərəfədə belə mövzularla gündəmə gəlmək istəməzdim. Mənə hazırda bu problemi qabartmaq yaraşmaz. Mən şəhid analarının yanında olmağa çalışıram, yeni mahnılar yazdırıram".

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.

Xəbər 1555 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +