İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


30.09.2021  12:29 

Parlamentin bu gün keçirilən iclası: Kimlər hansı problemlərdən danışdı?





A+  A-

Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclası deputatların cari məsələləri gündəmə gətirmələri ilə başlayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən ilk plenar iclasında İrana səfəri barədə danışıb. Sahibə Qafarova səfəri zamanı Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini qeyd etdiyini bildirib: "Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin 26 fevralında Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq: “Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.

Deputatı Azər Badamov Ali Baş Komandan İlham Əliyevin ali orden və ali rütbə ilə təltif edilməsi məsələsinə Milli Məclis tərəfindən baxılmalı olduğunu bildirib: "Təklif edirəm ki, bununla bağlı qanun layihəsi hazırlansın və payız sessiyasının qanunvericilik işləri planına salınsın".

Deputat Əli Məsimli büdcəyə daxil olan layihələrdə sosial layihələrin ciddi rol oynadığını vurğulayıb: “Ona görə də “Yaşayış minumumu haqqında” qanun layihəsi əsaslı şəkildə yeni dövrə uyğunlaşdırılmalıdır. Bir də qazilərin sosial problemləri ilə bağlı məsələdə dəyişikliklər etməliyik. Onların pensiyası, müalicəsi ilə bağlı problemlər var”.

O qeyd edib ki, həmçinin sahibkarların fəaliyyəti ilə bağlı yeni qanunlar qəbul edilməlidir: “Bu kontekstdə qiymətləndirmə ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var”.

Deputat Aydın Mirzəzadə bəzi şəhidlərimizin ailələri övladlarının ali məktəbi bitirmək haqqında diplomunu ala bilməmələrini diqqətə çatdırıb: ”Çünki mövcud qanuna əsasən imtahanları bitirənlər diplom ala bilir. Onlar isə bu imtahanı səngərdə veriblər”.

Deputat təklif edib ki, şəhidlərin ailələri də bir neçə kəsri nəzərə alınmadan ali məktəbi bitirməklə bağlı diplom alsın: “İkinci məsələ isə bəzi şəhid ailələrinin mənzil növbəsinə durmasına qanunla əngəl yaradılmasıdır. Qanunda qeyd edilib ki, adambaşına düşən mənzil kvadratı 6 kvadrat olmalıdır. Bir-iki kvadrata görə bunu etmək düzgün deyil. Heç olmasa, bu, adambaşına 10 kvadrata çatdırılmalıdır. Şəhid ailələrini qanunda olan bu məsələyə görə narazı salmaq olmaz”.

Deputat Fazil Mustafa bildirib ki, ölkədə ən ciddi problemlərdən biri din üzərindən ölkəyə yayılan casusluq məsələsidir: ”Bizim bəzi qurumlarımızın məsuliyyətsizliyi üzündən böyük təhlükə yaranıb. Azərbaycan dövlətinə nə şimaldan, nə cənubdan zorakılıq göstərmək gücünə sahibdirlər. Amma Azərbaycanda 5-ci kolon kifayət qədər güclüdür”.

O qeyd edib ki, onlar ölkəni gözdən salmağa çalışırlar: “Bunun üçün dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik. Cəhalət ölkədə geniş səviyyədə yayılır. Bu da təhsillə bağlıdır. Müvafiq dövlət qurumunun səlahiyyətləri artırılmalıdır.

İkinci məsələ, qadın ölümləri ilə, məişət zorakılığı ilə bağlı məsələyə yenidən baxılmalıdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər etməliyik.

Bundan əlavə, Azərbaycanda rəqabət mühiti tamamilə yoxa çıxıb. Hamı vergi ödəyicisidir, ancaq hamı da narazıdır. Ona görə sahibkarları toplayıb onların probleminin həllinə baxmalıyıq. Ona görə də Rəqabət Məcəlləsinə yenidən baxmalıyıq”

Deputat Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin Anadolu agentliynə müsahibəsi zamanı Qafqazda barışın bərqərar olması üçün Ermənistanın Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları bağlı müddəaların çıxarılması vacib şərt kimi irəli sürdü: "Azərbaycanın ali qanunvericilik aktında heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, lakin Dağlıq Qarabağ termini yüzlərlə sənədlərdə əksini tapıb".

Deputat qeyd edib ki, xüsusilə beynəlxalq razılaşmalarda bir vaxtlar irəli sürdüyümüz qeyd-şərtlər artıq parlaq Qələbəmizdən sonra yeni reallıq, xüsusilə yeni hüquqi gerçəklik yaratdığından geniş dəyişiklərin zərurətini qarşıya qoyur: "Ona görə də ölkə rəhbəri tərəfindən 20 noyabr 2020-ci il tarixində yaradılan Əlaqələndirmə Qərargahı ilə birgə çalışmalarla parlament bir sıra sahələrdə dövlət siyasətinə töhfə verə bilər.Biz təklif edirik ki, MM-də xüsusi komissiya yaradılsın-istər qanunlarda və beynəlxalq aktlarda, eləcə də Böyük Qayıdışın gerçəkləşməsi zamanı 100 minlərlə insanın hüquqların təminatı sahəsində yeni sənədlərin hazırlanmasında aktiv iştirak etsin"

XəzərNews


Xəbər 1985 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +