Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


24.09.2021  14:48 

“Qızım uşaqları olan evdə başqa kişilərlə görüşürdü...“ - Qatil ata danışdı





A+  A-

Bir neçə ay öncə 36 yaşlı Gülər Salamovanın bədəninə narkotik yeridərək öldürən atası Hacıağa Salamov məhkəmədə qızını niyə qətlə yetirdiyini açıqlayıb.
XəzərNews “Kriminalqafqaz”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ailənin birgə yaşadığı evdə baş verib.

Belə ki, əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olmuş 61 yaşlı H.Salamov qızının bədəninə heroin yeridib və daha sonra onu boğaraq öldürüb.

Məhkəmədə dindirilən Hacıağa Salamov ifadəsində bildirib ki, qızını evli olduğu halda başqa kişi ilə sevgili olduğuna görə öldürüb:

“Gülər 2007-ci ildə qohumumuz Eldənizlə ailə həyatı qurub, həmin nikahdan 3 övladı olub. Qızım ailə qurduqdan sonra əri ilə Rusiyaya gedib 6-7 il orada yaşadılar, 2015-2016-cı illərdə Azərbaycana qayıtdılar. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşanmağa başladı. Hadisədən 1 il əvvəl qızım Maştağada yerləşən kursda rus dili müəllimi kimi işləməyə başladı. Bundan sonra, qızımın hərəkətlərində dəyişikliklər hiss etməyə başladım”.

H.Salamov deyib ki, son aylarda qızı uşaqlarına qayğı göstərməyib: “Evin işləri ilə də məşğul olmurdu. 2020-ci ilin noyabr ayında qızımın bir nəfərlə münasibət qurduğunu, aralarında sevgi münasibətləri olduğunu öyrəndim. Ona belə hərəkətlər etməməsini, evli olduğunu, 3 övladı olduğunu, onlara qayğı göstərməli olduğunu, qəsəbədə, kənddə yaşayan ailəmizi tanıyan şəxslərin qızım haqqında xoşagəlməz ifadələr işlətdiyini dəfələrlə dedim. Lakin qızım mənim sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə, edəcəyini dedi”.

H.Salamov iddia edib: “Qızıma nəzarət etmək üçün həyat yoldaşım və oğlumla birlikdə onun evinə köçdük. Qızım kişilərlə danışmasın deyə telefonunu əlindən aldım. Ona telefon işlətməyi qadağan etdim. Sonra onu işdən çıxartdım. Bütün bu etdiklərimə baxmayaraq, 2021-ci ildə Gülər evdən qaçdı. Polisə məlumat verdim, qızı bir günə tapdılar. Ondan niyə evdən qaçdığını soruşdum, o da mənə qadağalardan bezdiyini dedi. Bundan sonra təxminən 19-20 martda qızım yenidən evdən qaçdı. Bir neçə gün evə gəlmədi. Bu dəfə polisə bu haqda məlumat vermədim. Martın 22-də yoldaşım zəng edərək Gülərin evə gələrək paltarlarını götürüb birdəfəlik çıxıb getmək istədiyini dedi. Təxminən saat 16-17 radələrində evə gəldim. Qızımla söhbət edərək nə səbəbə bu cür davrandığını soruşdum. Gülər cavabında mənə necə istəyirsə, elə də yaşacağını, heç kəsin ona qarışa bilməyəcəyini dedi”.

H.Salamov bundan sonra qızını öldürmək qərarına gəldiyini deyib: “Gülərin bədəninə narkotik yeritsəm daha tez öləcəyini düşündüm. Həyətdəki tövlədən təxminən 1 qram çəkidə narkotiki çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətə gətirdim. Sonra evə gəlib yoldaşıma qızım ilə ata-bala söhbət etmək istədiyimi, bizi tək qoymasını, Şüvəlanda yerləşən evimizə getməsini dedim. O gedəndən sonra Gülərlə evdə tək qaldıq. Mən qapını arxadan bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum. Sonra isə qızımı qonaq otağına çağırdım. Qızım qonaq otağına gələndə ona sonuncu dəfə xəbərdarlıq edərək əxlaqsız davranışlardan çəkinməsini dedim. Lakin Gülər yenidən mənə nalayiq cavab verdi. Həmin vaxt mən qızın boğazından tutub qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qoluna vurdum. Gülər müqavimət göstərdiyi üçün şiprisi yarıya çatdıra bilmədim. Narkotik onun bədəninə yeridiyi üçün o, halsız vəziyyətə düşdü, sonra onu boğaraq öldürdüm”.

Hacığa Salamov deyib ki, Güləri öldürdükdən sonra meyitini qonaq otağında yerləşən divanın üzərinə uzadıb: “Meyitin yanında 2-3 saat tək oturub ağladım. Sonra saat 22-23 radələrində “102”-yə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim. Tutduğum hərəkətdən peşman olmuşam”.

Məhkəmə ifadə verən G.Salamovanın rəfiqəsi Cəmilə mərhuma daimi olaraq borca pul verdiyini deyib: “Biz Gülərlə sinif yoldaşı olmuşuq. Təxminən 2020-ci ilin fevral ayında Gülər İlkinlə münasibət qurdu. Gülərə İlkinin onu həqiqətən sevmədiyini, İlkinlə münasibətini kəsməsini demişdim. Gülər mənə həmişə İlkini sevdiyini, ona görə ərindən boşanacağını deyirdi. Gülər mənə ərinin Bakıdan Rusiyaya gedən zaman ondan halallıq aldığını, orada başqa qadınla evləndiyini demişdi. O, hər dəfə məndən borca pul alırdı. Səbəbini soruşanda İlkinin pula ehtiyacı olduğunu deyirdi. Mən borca pul verirdim, amma deyirdim ki, İlkindən ayrılsın, çünki İlkinin ondan istifadə etdiyini deyirdim.

Mənə İlkinlə “Crowd” deyilən sistemdə pul oyunu oynadığını, qoyduğu pulların müqabilində faiz alacağını və nəticədə maddi imkanı yaxşılacağını, bütün tanışlarına əl tutacağını deyirdi. Ona dəfələrlə belə işlərlə məşğul olmamasını deyirdim. Mənə borcları yığıldı. Əvvəlcə, pulları vaxtında verirdi. Deyirdi ki, ona İlkin kömək edir. Sonra pulu verməməyə başladı. Mən də məcbur ailəsinə mənə pul borclu olduğunu dedim. Onlar da araşdıranda onun İlkinlə münasibətləri olduğunu öyrəndilər.”

Gülər Salamovanın sevgilisi kimi təqdim edilən İlkin.R də ifadə verib. O, Gülərlə təsadüfən tanış olduqlarını deyib: “Taksi sürdüyüm vaxtlar Gülər mənim avtomobilimə minmişdi. Hazırda “Crowd” şirkətində menecer vəzifəsində işləyirəm. 2020-ci ilin may ayında Güləri Maştağa-Buzovna yolundan sifariş əsasında evlərinə apardım. Elə o vaxtdan aramızda münasibət yarandı. Gülər mənə ərindən boşandığını, 3 uşağı olduğunu, maddi imkanının yaxşşı olmadığını, borcları olduğunu dedi.

Mən də ona narahat olmamasını, ona maddi cəhətdən yardım edəcəyimə söz verdim. Hər ay ona yardım məqsədi ilə pul verirdim. Aramızda intim münasibət olmayıb. Gülərin ərindən boşanmadığını biləndə, ondan uzaqlaşdım. Bildiyim qədəri ilə Cəmiləyə 18 000 manat borcu var idi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıağa Salamov 9 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hacıağa Salamov 1998-ci il adam öldürdüyü üçün 9 il cəza alıb, 2007-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb. 2013-cü ildə narkotik daşınmasına görə 1 il 6 ay cəza alıb, 2014-cü ildə məhkəmənin qərarı ilə vaxtından əvvəl azad olunub.

Xəbər 1760 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +