Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


23.09.2021  11:59 

“Hakimiyyəti belə metodlardan əl çəkməyə çağırıram“ - Əli Əliyev





A+  A-

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ötən gün Baş Prokurorluğa dəvət edilməsindən və ona qarşı irəli sürülmüş ifadələrdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, partiya sədri “Osmanqızı TV” yutub kanalında bildirib ki, Baş Prokurorluğa çağırılmağı çox güman ki, onun apardığı siyasi işlə bağlıdır:

“Mən əslində münasibətin bu səviyyəyə çatacağını gözləyirdim. Hakimiyyət son iki ildə bütün vasitələrdən bizə qarşı istifadə etməyə çalışır. Bunu müxtəlif formalarda təzahür edib. Bu iki il ərzində mənim iki feysbuk səhifəm oğurlanıb. İşdən çıxarılmağımla bağlı təzyiqlər edilib.

Hakimiyyət davranışlarımızdakı prinsipiallıqdan narahat olmağa başlayıb. Təxminən 10 gün əvvəl 20-yə yaxın deputat bizə qarşı danışdı. YAP-ın rayon təşkilatları üzərimizə gəldi. Qondarma müxalifətin başçısının əlinə mətn verdilər, o da çıxıb oxudu. Bizə olmazın iftiralar edildi. Bu da həmin prosesin davamıdır.

Biz hakimiyyətlə sağlam rəqabət şəklində mövcud olmaq istəyirik. Mən dəvət eləmiş tərəfi (Baş Prokurorluq) heç nədə ittiham edə bilmərəm. Onlar vəzifə sahibidir, onlara gələn tapşırıq əsasında bu iş görülüb. Görüşdə öz vəzifələrini icra edirmiş kimi davrandılar. Amma proses bir-birinə həlqəvari bağlı olduğundan buna qədər olan təzyiqlərin davamı kimi qiymətləndiririk. Açıqlama yayılan ifadələrlə razı olmadığımı onların diqqətinə çatdırmışam. Mən hakimiyyəti belə metodlardan əl çəkməyə çağırıram".

Xatırladaq ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin “Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

Xəbər 1712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +