Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


21.09.2021  14:46 

Amilini danışdıranlar “şirin quyruğu” ilə bağlı tövsiyyə verəndə...





A+  A-

Həsən Amili… İran İslam Respublikası adlanan ölkənin ali dini rəhbərinin “Ərdəbil ostanı”ndakı nümayəndəsidir. Fars-molla rejimi Azərbaycan Respublikasına yönəlik sərsəmləmələrini adətən onun dilindən səsləndirir.

Bir qayda olaraq, xütbələrində “cəh-cəh” vuran Amili Azərbaycanı və azərbaycanlıları hədəfə alanda rejim tərəfindən əlinə verilən kağızdan höccələyir. İndi yenə bir kağız parçasını veriblər əlinə, o da dili dolaşa-dolaşa, hıqqına-hıqqına bir-iki cümləlik söz yığınını havaya üfürüb və öz qurşaqdan aşağı düşüncəsinə görə, fars-molla rejiminin bəsit “tapıntı”sını bərkdən höccələməklə böyük “qəhrəmanlıq” nümayiş etdirib.

Deməli, belə… Rejim Həsən Amilinin vasitəsi ilə bizə tövsiyyə edib ki, “şirin quyrğu ilə oynamayaq”. İran İslam Respublikası 1980-ci ildən “şiri-xurşid”dən imtina edib və sözügedən ölkənin gerbi Allah kəlməsidir, hərçənd ki, bu rəmz altında həyata keçirilən siyasətin də Yaradanın buyurduqları ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur.

Həsən Amilini danışdıranlar “şirin quyruğu” ilə bağlı tövsiyyə verəndə, görünür bu heyvanlar şahının dövlət rəmzində əks olunmasının Azərbaycan türkləri ilə bağlı olduğunu unudublar. Şir rəmzindən ilk dəfə indi İran İslam Respublikası adlanan ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin də daxil olduğu nəhəng bir imperiyanın – Qaraqoyunlu dövlətinin gerbində istifadə olunub, Qaraqoyunlu hökmdarı Qara İsgəndərin zamanında, 1423-cü ildə. Ümid edirəm, Qaraqoyunluların türk dövləti olduğunu İran adlanan ölkənin başbilənləri yaxşı bilirlər. Pəhləvilərin hakimiyyəti qəsb etdiyi vaxta qədər indiki İranın da daxil olduğu nəhəng bir ərazidə qurulan imperiyaların da həmçinin, Azərbaycan türklərinə məxsus olduğunu, düşünürəm ki, qəbul edə bilməsələr də, bunun tarixi həqiqət olduğunu anlayırlar.

Şir əksinin olduğu dövlət rəmzi daha sonralar, yenə də Azərbaycan türklərinin qurduğu Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərinin gerbi olub. Uzun illər boyu türk hökmdarlarının saraylarına şirlərin əzalarını sığallamaqla yol tapan və türk sülalələri arasına nifaq toxumu səpməklə hakimiyyəti qəsb edənlər – Pəhləvilər də Azərbaycan türk dövlətçiliyinin rəmzinə kiçik və olduqca uğursuz əlavələr etməklə keçiniblər və bununla da türklərin dövlətçilik tarixinə də sahibləmək niyyəti güdüblər. Bu səbəbdən, Amili də, onu höccələtdirən rejim qulbeçələri də anlamalıdırlar ki, biz öz yaratdığımızın quyruğu ilə oynamırıq. Üzərimizə kəkələyənlərin əsməkdə olan quyruğunu isə qopardıb boyunlarından asırıq. Az qala unutmuşdum, “Şiri-xurşid” (“Günəş və Aslan”) ordeni də ilk dəfə Qacarlar sülaləsinin zamanında təsis edilib.

Düşünürəm ki, Həsən Amili və onun konspekötürənlərinə Azərbaycan tarixi ilə bağlı bir sıra məqamların xatırladılmasına da ehtiyac var. Məsələn, şir rəsminin Azərbaycan dövlətçiliyinin ayrılmaz hissələri olan Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının dövlət rəmzi olduğunu İran adlanan ölkənin erməni yanlıları bilməmiş deyillər. İndi həmin İrəvan xanlığının ərazisində İran İslam Respublikası adlanan dövlətin fars-molla rejiminin quyruq buladığı Ermənistan adlı ölkə yerləşir.

Və onlar İrəvan qalası da daxil olmaqla, tarixi Azərbaycan torpaqlarında mövcud olan bütün izləri, o cümlədən “Günəş və Aslan”ın izlərini də silibllər. Məscidləri yerlə bir ediblər… Həmçinin indi işğaldan azad etdiyimiz ərazilərdə də tarixi, mədəni və dini abidələri uçurublar, müqəddəs məkanlarımızda donuz saxlayıblar. Amilinin təmsil etdiyi rejim isə bütün bu illər boyu müsəlmanların qürurunu aşağılayanları, onlara zülm edənləri dəstəkləyib, işğalı davam etdirmələrinə yardım edib və quyruq bulayıb. Bu rəzalət hələ də davam etməkdədir.

“Şirin quyruğu ilə oynamağa” gəldikdə isə, əslində bu da problem deyil. Necə olsa öz şirimizdir, başına sığal da çəkərik, quyruğu ilə də oynayarıq. Problem donuzun quyruğu ilə oynamaqdır. Həm də donuzun quyruğu, çox qısa olur… Ehtiyatlı olun, bulaşarsınız!

Elçin Mirzəbəyli

Xəbər 2332 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +