İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


20.09.2021  15:32 

İran-Azərbaycan gərginliyinin...





A+  A-

Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən qıcıqlanan İran İslam Respublikası Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib. SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) tərəfindən Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlər üçün silah və texnika daşınıb.

İranın ali dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili isə cümə xütbəsində Azərbaycanı hədələyən çıxış edib. O, Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən, Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.

XəzərNews.az xəbər verir ki, İran-Azərbaycan gərginliyini şərh edən politoloq Zərdüşt Əlizadə Modern.az-a deyib ki, bu ölkələrin hər biri öz maraqlarına xidmət edən siyasət yürüdür. Politoloqun fikrincə, İran öz addımlarına, Azərbaycan isə ayrılıqda öz siyasətinə bəraət qazandırmağa çalışır: “Tərəflər arasında həqiqətən ziddiyyətlər var. Amma bu, düşündüyümüz qədər də dərin deyil. İran-Azərbaycan gərginliyinin hər hansı münaqişəyə və ya ciddi toqquşmalara səbəb olacağını düşünmürəm. Yaşananlar adi diplomatik anlaşılmazlıq, itələşmədir. Bunun yavaş-yavaş yoluna düşəcəyi istisna deyil”.

İran və Azərbaycan arasındakı gərginlikdə erməni izinin ehtimallarına gəlincə, Zərdüşt Əlizadə Ermənistanın belə böyük təsir imkanlarına malik ölkə olduğunu düşünmür:
“Ermənistan elə əhəmiyyətli dövlət deyil ki, İran kimi böyük ölkənin siyasətinə təsir edə bilsin. Əksinə, İranın Ermənistanda öz marağı var. Düşünürəm ki, bölgədəki addımlarında İran Ermənistanın maraqlarını nəzərə almır, ancaq öz maraqlarından çıxış edir. Bu maraqlar labüd olaraq, bəzi hallarda kəsişir, bəzi hallarda isə toqquşur. Toqquşma olanda siyasi qığılcım yaranır və bu qığılcımlara da çox soyuqqanlı yanaşmaq lazımdır”.

Z.Əlizadə onu da əlavə edib ki, Azərbaycan-İran əlaqələri ölkəmizin Ermənistanla münasibətlərindən asılı deyil: “Rəsmi Tehran və Bakı arasındakı münasibətlərə Azərbaycanın çoxşaxəli siyasəti təsir edir. Ona görə belə düşünmək olar ki, əsas təhlükə sovuşub. Yeni gerçəklik və yeni mənzərə yaranana qədər dalğalar davam edəcək”.

Xəbər 1117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +