İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


30.08.2021  16:58 

Hadrutda saxlanılan erməni hərbçilərin komandiri mühakimə olunur





A+  A-

2020-ci ilin dekabrında Qarabağda bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasından təqribən 1 ay sonra Hadrut bölgəsində Çaylaqqala və Köhnə Tağlar kəndlərinə qanunsuz sızaraq orada mövqe tutmuş bir qrup erməni hərbçinin komandiri Arsen Kazaryan İrəvanda mühakimə olunur.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni hərbçilərin əsir alınması işinə görə təqsirli bilinən polkovnik-leytenant Arsen Kazaryan ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

A. Kazaryan bu gün İrəvanda keçirilən mətbuat konfransı zamanı qeyd edib ki, ona qarşı irəli sürülən ittihamları qəti olaraq qəbul etmir. Onun sözlərinə görə, 44 günlük müharibə zamanı rəhbərliyin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirib və tabeçiliyində olan hərbçilərdən heç kimin həlak olmaması və əsir düşməməsi üçün əlindən gələni edib.

O bildirib ki, onun bölməsi heç bir döyüş tapşırığı olmadan Çaylaqqala kəndinə göndərilib və onlara növbələrini gözləmək tapşırılıb. Həmçinin, ölkə rəhbərliyi həmin bölməyə Azərbaycan tərəfinin hücum etməyəcəyini bildirib.

“Rəhbərlik ilə əlaqə yalnız mobil rabitə ilə idi. Dekabrın 13-də Azərbaycan tərəfi onqat artıq qüvvə ilə hücum həyata keçirdi. Qarşı tərəf təslim olmağımız və silahları təhvil verməyimiz üçün bizə 20 dəqiqə vaxt verdi. Bu zaman rəhbərliklə əlaqə yaratmaq mümkün oldu. Lakin bizə danışıqların getdiyini və düşmənin hücum etməyəcəyini dedilər. Kömək gəlmədi, düşmən hücum etdi və silah-sursatımız bitəndə geri çəkildik”, - deyə Kazaryan qeyd edib.

Kazaryan, həmçinin əlavə edib ki, o, Köhnə Tağlar kəndində hərbçilərin əsir alınmasına görə təqsirli bilinir. Onun sözlərinə görə, bu bölmə onun idarəsi və məsuliyyəti altında olmayıb. Bununla yanaşı, o, hərbçilərin necə əsir düşdüyünü anlamadığını və məsələ barədə versiyasının olmadığını bildirib.

A. Kazaryanın vəkili Vaan Ovanisyan isə vurğulayıb ki, ölkə rəhbərliyi Kazaryanı “günah keçisi”nə çevirmək istəyir və onun həbsi ilə saxlanılan şəxslərin yaxınlarının qəzəbini yumşaltmağı planlaşdırır. Vəkil deyib ki, Kazaryanın konkret olaraq nədə ittiham olunduğu aydın deyil və ümumiyyətlə mövcud olmayan əmrə tabe olmamaqda təqsirli bilinir.

“Nikol Paşinyanın və bəzi XİN nümayəndələrinin dindirilməsi üçün vəsatət qaldıracağıq. Çünki onlar insident barədə cinayət işində olmayan məlumatlar verirlər. İstintaq orqanı isə düşmənin hücumuna aid məlumatlarımıza skeptik yanaşır”,- deyə erməni polkovnik-leytenantın vəkili bildirib.

Vaan Ovanisyan, həmçinin qeyd edib ki, buna heç bir əsas olmasa da, avqustun 31-i Kazaryanın həbs olunması barədə məsələ nəzərdən keçiriləcək.

Xatırladaq ki, noyabr aylarının sonlarında Şirak və Armavir vilayətlərindən gətirilən 62 nəfərdən ibarət qruplaşma Laçın dəhlizindən keçməklə azad edilmiş ərazilərimizin içərilərinə sızdırılmışdı. Sözügedən bu hərbçilər hərbi əməliyyatların başa çatmasından sonra saxlanıldıqları üçün hərbi əsir hesab olunmur.

Saxlanılan bu hərbçilərin bəziləri artıq Ermənistana qayıdıb, bəzilərinə qarşı isə Bakıda başladılan cinayət işləri davam edir.

Xəbər 1740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +