Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


19.08.2021  10:43 

Aksiz markasız 192 mindən çox siqaret aşkarlandı





A+  A-

Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycanın vətəndaşına məxsus və Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə satış məqsədilə saxlanılması və realizə olunması barədə əməliyyat məlumatı daxil olub.
DGK-dən XəzərNews.az-a verilən məlumata görə, bununla əlaqədar yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycana məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128.300 ədəd siqaret aşkar olunub.

Adı çəkilən şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63.800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 4433 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +