Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


08.08.2021  16:18 

Müdafiə Nazirliyi hərbçilərin ailələrinə müraciət etdi





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.

Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib.

Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.

Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.

Bildirilib ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur.

Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq mqəsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumları ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırılıb.

Xəbər 3569 dəfə oxunub.




02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +