Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


26.07.2021  11:09 

Qulu Məhərrəmli ittihamlara cavab verdi





A+  A-

Tanınmış jurnalist Qulu Məhərrəmli Jurnalistlərin üçüncü binası ilə bağlı Prezidentə müraciətdən sonra sosial şəbəkələrdə yazılan iddialara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Q. Məhərrəmli qeyd edib ki, elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər:

"Bəziləri özünü cəmiyyətin gözündən elə salıb ki, hətta ən insani məsələdə belə adın onlarla bir siyahıda olanda səni yanlış anlayır, sənə görə məyus olur, qınayır, haqqında yanlış fikirlərə düşürlər. Kəmfürsətlər isə bundan sənə qarşı ləyaqətsiz şəkildə istifadə etməyə çalışırlar.

Məlum "ev məsələsi"ndə kimlərsə fərqli maraqlar güdə bilər, amma Arif Əliyev və mən lap əvvəldən prinsip məsələsindən çıxış etmişik. Bu prinsip ondan ibarətdir ki, özünü jurnalist sayan kəslər ictimai maraqlara xidmət edirsə, hökumətdən ev hədiyyə ala, medianı və peşəni mənəvi iflasa uğrada bilməz. Elə şərait olmalıdır ki, cəmiyyətdə ehtiyacı olan hər kəs, o cümlədən jurnalistlər mənzil ehtiyaclarını sosial ipoteka hesabına həll edə bilsinlər!

P.S. Kimsə bu siyahı və müraciət məsələsini OYUN hesab edə bilər, amma səmimi dostlar və ləyaqətli həmkarlar bilsinlər ki, biz heç bir oyunda iştirak etmirik…"

Xəbər 3302 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +